Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:25 - 05.12.2019  
İki dost arasında sıxılan Azərbaycan - çətin seçim
Tarix: 8-01-2018, 14:44 | Bölmə: Xəbərlər » Siyasət

Bakının balans siyasəti üçün qəfil təhdidlər; 2018-lə bağlı ilginc iddia; türkiyəli ekspert: "Bakının İsraillə yaxınlaşmağa davam etməsi iki qardaş ölkənin münasibətlərinə problem yarada bilər”; yanvarın 19-da ABŞ-ın açıqlayacağı hərbi strategiyanın Azərbaycana da dəxli var, çünki...

İki dost arasında sıxılan Azərbaycan - çətin seçim

 

Ağır Qarabağ yükü olan Azərbaycan üçün 2018-ci ilin daha məsuliyyətli və ziddiyyətli bir il olacağı gözlənilir. Daxil olduğumuz ildə dost-müttəfiqlər və rəqiblər təzədən səf-nəzər ediləcək. "Yeni Müsavat”a görə, Bakı geosiyasi mahiyyət daşıyan bəzi sınaqlarla da üzləşə bilər. Bu isə böyük ölçüdə Rusiya-ABŞ, Türkiyə-ABŞ, Türkiyə-Rusiya və ABŞ-İran münasibətlərinin xarakterindən qaynaqlanacaq.

Azərbaycanın İsraillə münasibətlərinin də növbəti çətin testlə üzləşəcəyi istisna edilmir - ilk növbədə də qardaş Türkiyənin yəhudi dövləti ilə davam edən qeyri-müəyyən münasibətləri fonunda. Siyasi analitiklərin bu yöndə fikir və proqnozları maraq doğurmaqla yanaşı, bəzi mühüm gözləntilərə yol açır.

*****   

"Azərbaycanın İsraillə inkişaf edən əlaqələri orta perspektivdə Türkiyə-Azərbaycan münasibətləri üçün problemlər yarada bilər”. "Yeni Müsavat”ın məlumatına görə, belə bir ilginc iddia ilə türkiyəli tanınmış politoloq, "Ankara-Moskva” analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer rusdilli Vesti.az saytına açıqlamasında 2017-ci ilin yekunları haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan 2017-ci ildə həyata keçirdiyi klassik balans siyasətini 2018-ci ildə də davam etdirəcək. "Rəsmi Bakı öz əlaqələrini Rusiya və ABŞ-la balanslaşdırmağa çalışır. Bu, izah edilən və məntiqli bir strategiyadır. Lakin Azərbaycanın İsraillə əlaqələri orta perspektivdə Türkiyə-Azərbaycan münasibətləri üçün problemlər yarada bilər” - ekspert bildirib.

Türkiyəli politoloq hesab edir ki, prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı elan eləməsi və ABŞ səfərliyini Qüdsə köçürmək barədə sərəncamı Türkiyə-ABŞ münasibətlərinə zərbə vuran qərar olub. "ABŞ prezidentinin bəyanatı Türkiyə-ABŞ münasibətlərindəki çatı dərinləşdirdi. Məlumdur ki, Ankara BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Bu da bütün ölkələrə öz mövqeyini nümayiş etdirmək imkanı yaradıb. Çox mühümdür ki, Azərbaycan məsələdə aydın və dəqiq mövqe tutdu”, - deyə o qeyd edib.


İki dost arasında sıxılan Azərbaycan - çətin seçim

 

Analitikin qənaətincə, ötən il regional aktyorlar kimi, Azərbaycan, Türkiyə və Rusiya nümayiş etdirdilər ki, təşəbbüs göstərməklə regiondakı problemləri həll edə bilərlər. "Mövcud rəylərə rəğmən, Türkiyə bu xüsusda Avrasiya Birliyinə inteqrasiya eləməməklə və Avropaya daha yaxın olmaq səylərindən uzaqlaşmamaqla istədiyi nəticələrə nail ola bildi. Regional əməkdaşlığa üstünlük - Ankaranın yeni strategiyasının əsasında dayanır. Bu mənada 2017 gerçəkdən də dəyişikliklərin başlanğıcı sayıla bilər”.

*****

Azərbaycanın İsraillə dinamik münasibətlərinin nə vaxtsa Azərbaycan-Türkiyə qardaşlığına problem yarada biləcəyi fikri ilginc olduğu qədər diqqət çəkməyə bilməz. Belə çıxır ki, rəsmi Bakının bir seçimi də məhz strateji tərəfdaş ölkə olan İsraillə qardaş Türkiyə arasında olacaq? 

Suala cavab tapmazdan öncə vurğulayaq ki, əslində Azərbaycan hazırda münasibətləri gərgin olan İsraillə Türkiyə arasında "bufer” rolu oynaya, hətta vasitəçi qismində çıxış edə bilər. Necə ki, məlum təyyarə insidenti üzündən Rusiya-Türkiyə münasibətləri böhrana girəndə Bakı bu missiyanı uğurla yerinə yetirmişdi. Eyni uğurla o, lazım gələrsə, qardaş ölkə ilə İsrailin də "arasına” girə bilər. Yəni Bakı-Təl-Əviv əlaqələrinin isti qalması strateji olaraq, Ankaranın da maraqlarına uyğun görünür.

Başqa yandan, rəsmi Ankara yaxşı bilir ki, İsraillə əməkdaşlığımız öncəliklə Qarabağ konfliktinə görədir. Bununla biz həm silahlı qüvvələrimizi müasir silah-sursatlar və hərbi texnologiyalar hesabına daha da modernləşdiririk, həm də nüfuzlu beynəlxalq yəhudi lobbisinin imkanlarına çıxış əldə eləməklə konfliktin ədalətli həlli üçün əlverişli beynəlxalq rəyin hazırlanmasına çalışırıq. Bu gün Azərbaycanın hətta Rusiya üçün əlçatmaz olan yüksək dəqiqlikli PUA-lara (pilotsuz usan aparatlar) sahib olması ən əvvəl İsrailin hesabınadır. "Dəmir günbəz” müasir raketdən müdafiə sisteminin yaratdığı üstünlük də öz yerində.


İki dost arasında sıxılan Azərbaycan - çətin seçim

 

İnsafən, İsrail tərəfi də Azərbaycanla əlaqələrə böyük dəyər verir və Ermənistanı "bort arxasında” saxlamaqda davam edir. Məsələn, Qüdslə bağlı Trampın qərarından sonra İsrail-Türkiyə münasibətləri təzədən gərginləşəndə İsrailin müdafiə naziri Avidqor Liberman öncə Ankara əleyhinə açıqlama verərək dedi ki, İsrail öz qazını Türkiyə ərazisindən Avropaya daşınmasına razılıq verməməlidir, çünki onun fikrincə, o halda qazın "açarı” Ərdoğanın əlində olacaq. Lakin ardınca bildirdi ki, uydurma erməni soyqırımının İsrail Knessetində (parlament - red.) tanınması həm də Azərbaycanla isti əlaqələr səbəbindən mümkün deyil.

*****

Başqa sözlə desək, bu gün Bakı-Təl-Əviv əlaqələri eyni zamanda ən böyük erməni yalanının rəsmiləşməsini əngəlləməklə Türkiyənin də maraqlarına xidmət edir. Lakin çox şey yəhudi dövlətinin özündən, onun yaxın və orta perspektivdə yürüdəcəyi xarici siyasət kursundan asılı olacaq. Söhbət həm də Türkiyəyə qarşı Qərbin bəzi çevrələrində hazırlanan məkrlin planlarda iştirakdan gedir. Belə planlarda İsrailin yer alması həqiqətən də Bakını qardaş ölkə qarşısında rahatsız duruma sala bilər. Bəzi iddialara görə, Türkiyəyə, Ərdoğan iqtidarına qarşı ABŞ-ın belə planları hər halda mümkündür.

Yeri gəlmişkən, yanvarın 19-da ABŞ-ın yeni Hərbi Strategiyası açıqlanacaq. "Yeni Müsavat” bildirir ki, bu haqda Pentaqon başçısı Ceyms Mettis bildirib. Onun sözlərinə görə, ictimaiyyət sənədin yalnız özəti ilə tanış olacaq. Yada salaq ki, ötən ilin sonunda ABŞ yeni Milli Təhlükəsizlik Strategiyasını açıqlamışdı. Həmin sənəddə Birləşmiş Ştatlara əsas təhlükə kimi Rusiya, İran və Şimali Koreya göstərilir. Ötən həftə sonu isə ABŞ-ın dövlət katibi Reks Tillerson İranla nüvə anlaşmasının ləğv ediləcəyinin, demək, Tehranla münasibətlərin bir qədər də kəskinləşəcəyinin anonsunu verib.

Şübhə yox ki, ABŞ-ın Hərbi Strategiyasında da Milli Təhlükəsizlik Strategiyasındakı kimi İran və Rusiya ön hədəflər sırasında olacaq. Bu iki dövlət isə bizim üç böyük qonşumuzdan ikisi, üstəgəl, ortaq iqtisadi layihələr ("Şimal-Cənub” dəhlizi) içində olduğumuz tərəfdaş ölkələrdir. Üçüncü böyük qonşumuz - qardaş Türkiyəyə qarşı iddia edilən planlar, habelə İsrail-İran və İsrail-Türkiyə münasibətlərinin qəliz xarakteri nəzərə alınarsa, 2018-in Azərbaycan üçün sınaqlar və seçim ili olacağı ilə bağlı qənaət daha inandırıcı görünər.

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 2211 dəfə oxunub






Oxşar xəbərlər

AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək
Bugün Azərbaycan və Ermənistan XİN başçıları görüşür
Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı
Ermənilər AzTV-nin əməkdaşına hücum çəkdi (VIDEO)
Azərbaycan aktiv islahatlar mərhələsindədir - Prezident
İlham Əliyev yeni rektor təyin etdi
Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”
Kəmaləddin Heydərov da yola salınır! - İDDİA
Azər Həsrətin etirafı: "Əli Həsənovun “trolu” olmuşam”
Azərbaycan ordusu İrəvana Türk ordusundan tez çatacaq
Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb
SOCAR-a yeni vitse-prezident təyin edilib
Baş Nazir bayram günləri ilə bağlı sərəncam imzaladı
Yüksək vəzifə verilən Gündüz Kərimov kimdir? (DOSYE)
Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir
Azərbaycan əhalisi nağd avro alışını azaldıb
Ata Abdullayev Əli Həsənova ittihamlar yağdırdı - "Ola bilər səviyyəsizəm, amma cavab verin!""
Prezident Milli Məclisin buraxılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi
Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir
Rusiyanın hansı bölgəsində daha çox maaş verilir?
"Çempionatımız maraqlı deyil" - Elşad Əhmədov
Paşinyan Xankənində Azərbaycanla danışıqları müzakirə edir
“Gözlə bizi, can Azərbaycan”
Etibarnamələrin verilməsi elektronlaşdırıldı
Onlar vəzifələrini niyə İTİRDİLƏR?..
Millət vəkili xanım jurnalistə vəzifə verdi (FOTO)
YAP Siyasi Şurasının müraciəti təqdim edilib
Prezident ailəsində xoş gün (FOTOLAR)
Prezident mifləri dağıtdı: bundan sonra nələr olacaq?
“Bir ildir özümə qadağa qoymuşam” – Ramiz Novruz
Məzahir Pənahov seçki bülletenləri çap etdirir
Bələdiyyə seçkilərində 41800 namizəd iştirak edir
Şəmkirdə ağır yol qəzası: 5 nəfər ölüb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37738] initstartout [0.00027] initstartin [0.00145] calstart [0.01693] calend [0.00103] topnewsend [0.00933] rsssend [0.00000] ehgend [0.04355] tagsstart [0.00091] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30385]