Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:38 - 20.11.2019  
İsrailin Azərbaycana ehtiyacı yaranıb - “qızıl orta”nı necə tapmalı
Tarix: 19-12-2017, 15:02 | Bölmə: Xəbərlər » Siyasət

İsrailin Azərbaycana ehtiyacı yaranıb Dost-tərəfdaşlar üçün yeni Qüds sınağı; Yəhudi dövlətinin müdafiə nazirinin qardaş ölkəyə ünvanlı təhdid mesajından Azərbaycana da "pay” düşür, çünki...; İsrail qazı Türkiyədən yan keçməklə Avropaya çatdırıla bilərmi? – Gündəmin daha bir sualı...


ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı məlum qərarı "arı yuvasına çöp” soxmaq kimi bir effekt yaratdı. Dost-müttəfiqlərin yenidən səf-nəzər edilməsinə səbəb oldu. Görünən budur ki, ələlxüsus, qardaş ölkə Türkiyənin İsraillə əlaqələri növbəti və ciddi sınaqla üzləşib. Tərəflər arasında başlayan və artıq hədə ritorikasına keçən söz dueli buna sübutdur.

Bu da növbəti fakt. İsrailin müdafiə naziri Aviqdor Liberman deyib ki, İsrail hökuməti Türkiyə ilə iqtisadi əlaqələri yenidən nəzərdən keçirməlidir. Bu barədə o, özünün facebook səhifəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Qüdslə bağlı açıqlamasını şərh edərkən yazıb.

"Son aylar ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan istənilən bəhanədən istifadə edərək İsrailə qarşı təhrikçi bəyanatlar verir. Fikrimcə, biz Türkiyə ilə münasibətlərimizdə çox şeyə yenidən baxmalıyıq” - nazir bildirib. Liberman İsraildən Türkiyəyə, oradan da Avropaya gedəcək qaz boru kəmərinin inşasına qarşı olduğunu da deyib: "Düşünürəm ki, bu, böyük strateji yanlışlıq olardı. Obrazlı desək, qaz borumuzun ”ventili" Ərdoğanın əlində olacaq".

*****



Xatırladaq ki, iki gün öncə Rəcəb Tayyib Ərdoğan Trampın qərarına etiraz olaraq, Türkiyənin İsraildəki səfirliyini Təl-Əvivdən Şərqi Qüdsə köçürəcəyini bəyan edib. "Biz artıq Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı elan etmişik. Yaxın günlər ərzində səfirliyimizi də açacağıq”, - deyə o vurğulayıb. Bundan bir neçə gün qabaq isə İstanbulda Ərdoğanın ev sahibliyi ilə Qüds zirvəsi keçirilib və Trampın məlum qərarı sərt şəkildə pislənib. Ərdoğan həmçinin İsraili "terrorçu dövlət” adlandırıb.

Beləcə, bu günə yekun belədir ki, Trampın qərarından onsuz da kövrək olan Türkiyə-İsrail münasibətləri ən çox zərər görməkdədir. Avidqor Libermanın son açıqlaması isə göstərir ki, bu neqativ proses hələ bitməyib. Odur ki, bir sual açıq qalır: Qüds ətrafında situasiyanı süni şəkildə gərginləşdirmək kimə lazım idi - Amerikayamı? Gerçəkdənmi Ağ Ev bunun uzaqgedən nəticələrini hesablamayıb və Ankaranın yəhudi dövləti ilə münasibətlərini pozmaq hədəfi güdüb? Belədirsə, onda niyə pozmaq istəyib? Axı Türkiyədə hakimiyyətdə AKP olmasa belə, Qüds məsələsində qardaş dövlətin mövqeyi daşlaşıb və burada siyasi bazarlığa gedəcək qüvvə yoxdur.

*****

Bir şeyi əminliklə söyləmək olar ki, Türkiyə-İsrail gərginliyi ermənilərin və erməni lobbinin maraqlarına cavab verir. Həm də o səbəbə ki, belə situasiya İsraillə yaxşı əlaqələrə malik Azərbaycana da diskomfort yaradır. Çünki İsrail ölkəmizin strateji tərəfdaşı, hərbi-texniki sahədə geniş əməkdaşlıq etdiyimiz bir neçə mühüm dövlətdən biri, Bakı-Ceyhan neftinin alıcılarındandır.



Azərbaycan ordusunun hərbi və döyüş qabiliyyətinin artırılmasında bu tərəfdaşlıq böyük önəm kəsb edir. Söhbət həm də son illər bəzi döyüş sistemlərinin birgə istehsalının qurulması sahəsində əldə olunmuş uğurlardan gedir - hansı ki, ötən ilin aprelindəki "4 günlük müharibə” zamanı özünü qabarıq şəkildə göstərib.

Doğrudur, Azərbaycanın silah tədarükçülərindən biri olmasından İsrailin özü də böyük mənfəət qazanır. Ancaq Türkiyə ilə, əksər İslam dövlətləri ilə, İƏT-lə gərginləşən münasibətlər istər-istəməz, bu sferaya da dolayı təsirini göstərə, neqativ rəngini qata bilər ki, bundan da İsrail büdcəsi ziyan görər.

Bu mənada Türkiyə-İsrail ilişgilərinin kritik həddə gəlməməsi əslində hamıdan çox yəhudi dövlətinin marağında olmalıdır. Qüds qərarının bu xüsusda zaman və şərtlər etibarilə əsla yerinə düşmədiyini etiraf eləmək lazımdır.

Bundan başqa, İsrail qazının Türkiyə, TANAP və TAP vasitəsilə Avropaya çıxarılması ilk növbədə İsrailin özünün faydasınadır. Çünki bu, ən əlverişli marşrutlardan biri hesab olunur. TANAP və TAP isə Azərbaycanın "Şahdəniz -2" qazını Avropa bazarlarına daşıyacaq Cənub Qaz Dəhlizinin əsas seqmentləri sayılır. Gələcəkdə İsrail, İran və türkmən qazı da bu kəmərlə nəql edilə bilər ki, bu da kəmərin rentabelliyinin artması demək olar.

*****



Əlavə edək ki, İsrailin indiki müdafiə naziri Avidqor Liberman həm də Azərbaycanın lobbiçiliyini edən siyasətçilərdən biridir. Bakı bu lobbiçiliyi həmişə qiymətləndirir. Yəhudi lobbisinin qlobal siyasətə, ABŞ-ın xarici siyasət kursuna təsiri də məlumdur. Fəqət, Libermanın Türkiyə əleyhinə son statusundan, neqativ planda təəssüf ki, Azərbaycana da "pay” düşür. Bakı üçün seçim problemi olmasa da, "qızıl orta” problemi yaradır. Səbəbini izah elədik.

Hərçənd "qızıl orta” məsələsi artıq İsrailin də problemi olmalıdır. Çünki böyük oyunda karta indi həm də yəhudi dövlətinin geosiyasi və iqtisadi maraqları qoyulub. Yəni bumeranq effekti. Türkiyə və Azərbaycanın isə İslam aləmində artan yeri və nüfuzunun, habelə bu ölkələrdəki yəhudi icmasının mövcudluğunun, nəhayət, iki qardaş ölkənin yəhudi dövlətini diplomatik münasibətlərdə olduğu tək-tük müsəlman ölkələri olması faktının İsrail üçün məxsusi önəmi var. Bunu da İsrail rəsmiləri ciddiyə almaya bilməzlər.

Diqqətçəkicidir ki, Türkiyə mövzusunda sərt danışan A.Liberman uydurma erməni "soyqırımı” iddiasının İsrail tərəfindən tanınması məsələsində ənənəvi soyuqqanlı mövqe ortaya qoyub - həm də Bakı ilə münasibətlərə görə. Sitat: "Türkiyəyə qarşı cavab addımı kimi ”erməni genosidi"nin rəsmi Təl-Əviv tərəfindən tanınması istisnadır. Mən düşünmürəm ki, biz bu məsələni araşdırmalıyıq. Ən əvvəl bu, mübahisəli, tarixi və nəzəri məsələdir. İkincisi də bizim Bakı ilə, Azərbaycanla əlaqələrimiz sözsüz ki, bizdən ötrü mühümdür".

Siyasət şöbəsi,
"Yeni Müsavat”
Xəbər 1622 dəfə oxunub






Oxşar xəbərlər

İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32875] initstartout [0.00022] initstartin [0.00097] calstart [0.01227] calend [0.00070] topnewsend [0.00636] rsssend [0.00000] ehgend [0.00803] tagsstart [0.00083] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29932]