İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

  • 30 noy 2017, 07:30
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. 

B.Qasimi deyib ki, M.C.Zərif noyabrın 30-da İtaliyada keçiriləcək Aralıq Dənizi Konfransına qatılmaq üçün Romaya səfər edəcək. "Bu konfransda müştərək təhlükəsizlik, mühacirət, mədəniyyət və vətəndaş cəmiyyəti sahələrində müzakirələr aparılacaq. M.C.Zərif italiyalı həmkarının dəvəti ilə bu konfransa qatılıb və orada çıxış edəcək”.

İran XİN sözçüsü qeyd edib ki, daha sonra M.C.Zərif cümə günü İtaliyadan Bakıya səfər edəcək.
Oxşar xəbərlər