Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:20 - 20.07.2019  
Lavrov gəlir: Bakının sülh şərtləri nədir? – Şərh
Tarix: 16-11-2017, 08:58 | Bölmə: Xəbərlər » Siyasət

Rusiya XİN rəhbəri Sergey Lavrovun gəlişi Qarabağ münaqişəsinin həll edilməsi üçün tərəfləri müəyyən razılaşmaya gətirmək məqsədi daşıyır. Doğrudur, Lavrov bu məsələdə o qədər də arzuedilən şəxs deyil. Amma baş verən proseslər sülhyaratma prosesinə yeni bir dinamizm verilməyə çalışıldığından xəbər verir. Bunun nə ilə nəticələcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil, amma hər nə olsa da, Azərbaycan öz mövqeyində prinsipiallığını qoruyub saxlayacaq.

Bu sözləri Axar.Az-a politoloq Qabil Hüseynli Ərdoğan və Putinin Soçi görüşündən sonra səfər turlarına start verilməsinin səbəblərini şərh edərkən deyib. Onun sözlərinə görə, Nalbəndyanın dərhal Moskvaya çağırılması ortada ermənilərin mövqelərini korrektə etmək məsələsi olduğu anlamına gəlməlidir:

"Şübhəsiz ki, Ərdoğan və Putin görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə edilib. Çünki bu görüşün heç də bütün məqamları mətbuata açıqlanmayıb. Bu həm ikili münasibətlərə, həm də bölgədəki problemlərə aiddir. Görüşdən bir gün sonra Nalbəndyanın Rusiyaya çağırılması bu məsələ ilə bağlı onu mütləq təlimatlandıracaqlarından xəbər verir. Artıq 5 rayon məsələsi kifayət qədər real görünür. Azərbaycan hətta təkidlə 7 rayonun da qaytarılmasını tələb edə bilər. Amma Rusiya 5 rayonun Azərbaycana qaytarılması məsələsində Ermənistanın da razılığını alıb və bunu Rusiya mətbuatı qeyd edir. Bundan başqa, Məmmədyarovla da görüşün sözsüz ki, müəyyən diqqətçəkən məqamları var. Bunlar əsasən, Azərbaycandan müəyyən güzəştlər qoparmaq xarakteri daşıyır. Bu güzəştlər əlbəttə ki, sırf Dağlıq Qarabağın status məsələsi ilə bağlı olacaq. Zənnimcə, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi, Azərbaycanın üzərinə Avrasiya və KTMT-yə üzv olması ilə bağlı öhdəliklərin qoyulması qətiyyən olmayacaq. Bu gündəmdə olan məsələ deyil. Çünki əsasən ermənilərin istədiyi və Rusiyanın da gerçəkləşdirməyə çalışdığı məsələ Dağlıq Qarabağa keçici status verilməsidir. Lakin Azərbaycan bu məsələdə də güzəştə getmək fikrində deyil. Çünki Prezident İlham Əliyevin YAP-ın 25 illik yubiley tədbirində çıxışı zamanı bu məsələdə Azərbaycanın mövqeyini bir daha xatırladaraq, ərazi bütövlüyünün pozulması ilə nəticələnəcək hər hansı bir yolun bizim üçün məqbul olmadığını xüsusi vurğuladı”.

Lavrov gəlir: Bakının sülh şərtləri nədir? – ŞərhPolitoloq qeyd edib ki, keçici status Dağlıq Qarabağı Azərbaycanın tabeliyindən çıxara və onu tamamilə başqa bir mərhələyə daşıya bilər:

"O səbəbdən də bu məsələdə Azərbaycanın Rusiya və Ermənistanla razılaşacağını düşünmürəm. Amma Azərbaycan keçici status məsləsini bölgəyə neytral sülhməramlı qüvvələrin gəlməsi ilə də əvəz edə bilər. Yəni Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalmaqla, təhlükəsizlik məsələlərini həll etmək üçün bölgədə, məsələn, Finlandiya, Almaniya, Belçika və s. ölkələrin sülhməramlı qüvvələri BMT-nin verdiyi mandat əsasında sırf Dağlıq Qarabağ sərhədləri boyunca yerləşdirilə bilər. Bu qüvvələrin fəaliyyəti əsasən, Azərbaycanın bütün işğal edilmiş əraziləri qaytarılana, bölgədəki proseslər səngiyənə və iqtisadi mədəni-əlaqələr canlanana kimi hər hansı bir qarşıdurmanın qarşısını almaq üçün nəzərdə tutulmalıdır. İkitərəfli münasibətlərin formalaşması və Ermənistanın da regional layihələrə qoşulmasına imkan yaradıldıqdan, xüsusilə Ermənistanın blokadası götürüldükdən sonra məsələlər daha intensiv və sürətli xarakter ala bilər”.

Politoloq qeyd edib ki, burada hər şey Ermənistanın davranışlarından asılıdır:

"Ermənistan əgər hadisələrin bu cür gedişini sabotaj etməsə, proseslər böyük sülh sazişinin bağlanmasına istiqamətlənəcək. Dağlıq Qarabağın statusu məsələsində isə Azərbaycan öz ərazi bütövlüyü daxilində Dağlıq Qarabağa ən yüksək, yəni respublika statusunun verilməsinə razıdır. Respublika statusunun bir sıra genişləndirilmiş hüquqları nəzərdə tutulacaq və bu hüquqlardan istifadə edərək burada yaşayan insanlar öz prezidentlərini, polis-asayiş qruplarını yarada bilər, amma xarici siyasət, müdafiə və sərhədlərin qorunması məsələsi mütləq Azərbaycanın ixtiyarında olmalıdır. Bütün bunlar Azərbaycanın konseptual yanaşmasının ayrı-ayrı elementləridir”.

Qeyd edək ki, Ərdoğan və Putin noyabrın 13-də Soçidə qapalı görüşündən sonra Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan Moskvaya çağırıldı, noyabrın 16-da Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya paytaxtına gedəcək, 20 noyabrda isə Rusiyanın XİN rəhbəri Sergey Lavrov Bakıya və İrəvana səfər edəcək.

Demokratik.Az

Xəbər 1803 dəfə oxunub






Oxşar xəbərlər

Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12148] initstartout [0.00011] initstartin [0.00055] calstart [0.00715] calend [0.00039] topnewsend [0.00271] rsssend [0.00000] ehgend [0.01468] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09538]