Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:54 - 16.09.2019  
Ermənistanda hakimiyyət dəyişir - Sərkisyan gedir
Tarix: 15-11-2017, 07:47 | Bölmə: Xəbərlər » Siyasət

Boynunda "rus ilgəyi” olan Sərksiyan üçün çoxməchullu tənlik ; İrəvanda tələbə etirazlarının bu həftə pik həddə çatacağı gözlənilir – ölkə yeni qanlı toqquşmalar astanasında; 24 noyabra kimi həm Brüssel, həm də Moskva ilə anlaşmalı olacaq Sərkisyan Kremlin "dobro”sundan məhrum ola bilər...    

Ermənistanda hakimiyyət dəyişir - Sərkisyan gedirHəftənin birinci günündən etibarən işğalçı Ermənistanı yenidən kütləvi tələbə etirazları bürüyüb. "Yeni Müsavat”ın xəbər verdiyi kimi, tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsinə qarşı çıxırlar. Onlara cəmiyyətin digər təbəqələri, ələlxüsus əsgər anaları da dəstək verir. 

Qanun layihəsi bu gün və sabah - noyabrın 14-17-si arası parlamentin plenar iclasının müzakirəsinə çıxarılacaq. Oktyabrın 27-də o, artıq 1-ci oxunuşda qəbul edilib. Bununla belə, 5-ci gündür davam edən etirazlar müəyyən nəticə də verib. Belə ki, musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, müdafiə nazirinin müavini Artan Zakaryan deyib ki, qanun layihəsinə bəzi düzəlişlər edilib. Həmin düzəlişlərə görə, yeni qanun müstəsna istedadı olan tələbələrə şamil olunmayacaq. Yəni onların möhlət hüququ saxlanacaq.

Lakin tələbələr bunu yetərli saymırlar. "Elmin İnkişafı Naminə” hərəkatın koordinatoru David Petrosyan bildirib ki, hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi elm sahəsinin maliyyələşdirilməsinin azlığı və təhsilin keyfiyyətinin aşağı səviyyədə olmasının göstəricisidir. "Bunu da ölkədə hamı bilir”, - deyə o qeyd edib. / Y.M/

*****

Onu da qeyd edək ki, etirazçıların məsələ ilə bağlı bu günədək baş nazir Karen Karapetyan və müdafiə naziri Vigen Sərkisyanla keçirdikləri görüşlər nəticəsiz bitib. O üzdən aksiyaların bu həftə - sənədin müzakirə edildiyi günlərdə pik həddinə çatacağı istisna olunmur. Hakim rejimin kriminal mahiyyətini nəzərə alsaq, qanlı toqquşmalar da mümkündür. Bu isə ilk növbədə prezident Serj Sərkisyan üçün yeni başağrısı və sınaq deməkdir - həm də beynəlxalq insan haqları təsisatları qarşısında.

Sərkisyan isə sabah Moskvaya səfərə hazırlaşır. Güman ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ermənistanın daxili durumu da müzakirə predmedi olacaq. İstisna deyil ki, Sərkisyan Kreml başçısından bu xüsusda da qiymətli "təlimatlar” alsın. Bu təlimatlar indi Avropa Birliyinin (AB) 24 noyabr Brüssel sammiti öncəsi xüsusi önəm daşıyır - hansı sammitdə ki, Sərkisyan da iştirak edəcək və AB ilə Ermənistan arasında imzalanması gözlənilən çərçivə sənədinin taleyinə aydınlıq gələcək.

Elə Sərkisyanın öz taleyi də, belə demək mümkünsə, qarşıdakı 10 gündə həll olunur. Bir amili dedik - getdikcə böyüyən tələbə hərəkatı. Məsələ ondadır ki, İrəvandakı tələbə etirazları bütövlükdə hakim rejimdən narazı qüvvələrin hamısını konsolidasiya edə və ayağa qaldıra bilər. İkincisi isə Brüsseldə özünü "yandıracağı” təqdirdə Sərkisyan gələn ilin aprelində yeni baş nazir qismində təsdiqlənməsi üçün Kremlin "dobro”sunu almaya bilər.

*****

Beləliklə, qarşıda Ermənistanın hakimiyyət başçısı üçün kritik 10 gün durur. Bu 10 gündə Sərkisyan həm tələbə etirazlarını sivil üsullarla yatırdıb Brüsselə təməl insan haqları ilə bağlı ciddi qınaqlar olmadan yollanmağı bacarmalı, həm də Moskvada Putindən aldığı son göstərişlərə əməl edib də AB ilə yeni münasibətləri Kremlin maraqlarına toxunmadan qurmağı təmin eləməlidir. Yəni daxili və xarici təhdidlərin öhdəsindən gəlməlidir.

Birinci amildən başlayaq. Böyük ehtimalla, parlament tələbə gənclərin əleyhinə olan qanun layihəsini bu həftə qəbul edəcək. Çünki erməni işğalçı ordusu kəskin çağırışçı problemi yaşayır, başqa yol yoxdur. Demək, etirazlar da güclənəcək ki, səngiməyəcək.

Brüssel sammitinə gəlincə, bu məsələdə də İrəvan dilemma qarşısındadır. Çünki Sərkisyan bir yandan, Qarabağ məsələsinə görə Rusiya ilə münasibətlər üzərində əsirsə, başqa yandan, Avropa Birliyinə, bütövlükdə Qərbə reveranslar hesabına Azərbaycanın Dağlıq Qarabağ məsələsində uğurlu manevr imkanlarını daraltmağa çalışır.

Azərbaycanın belə uğurlu manevrlərdən biri də AB-nin Brüssel sammitində qəbul ediləcək yekun bəyannamənin 2-ci bəndinə Gürcüstan, Ukrayna və Moldova ilə birgə təşəbbüs sayəsində AB-yə tərəfdaş ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı haqda müddəanın daxil edilməsidir. Xəbər verdiyimiz kimi, rəsmi İrəvan bundan çox narahatdır və dəridən-qabıqdan çıxır ki, həmin müddəa oradan çıxarılsın və ya heç olmasa, məxsusi Qarabağ konflikti ilə bağlı Minsk Qrupu həmsədrlərinin tez-tez səsləndirdikləri "üç prinsip” (onların arasında "öz müqəddəratını təyinetmə” də var) əlavə edilsin.

Lakin bundan ötrü Ermənistanın AB-nin müəyyən şərtlərin əməl etməsi, o sırada Rusiyadan uzaqlaşmasını göstərən hansısa hərəkətlər eləməsi vacibdir. Bu isə artıq Moskvanın "quyruğunu” tapdamaqdır. Hətta AB ilə çərçivə sənədinin imzalanması şərtlərindən biri sayılan Metsamor AES-in ləğvi tələbi də Rusiyanın maraqlarına cavab vermir. Çünki sözügedən AES Moskvanın Ermənistandakı dayaqlarından biridir.  

Beləliklə, qarşıdakı 10 gündə boynunda "rus ilgəyi” olan Serj Sərkisyanı çoxməchullu bir tənlik gözləyir. Onun yanlış həlli işğalçı ölkənin başçısını bitirə bilər.

Xəbər 1822 dəfə oxunub






Oxşar xəbərlər

General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye
Misir Mərdanov direktor seçildi
İqor Levitin: "Azərbaycanda idman çox inkişaf edib"
Deputat Rusiyada 6.5 milyon dollara obyekt aldı
Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
Bal yarmarkasına müraciət edən arıçıların seçimi aparılıb
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Netanyahu Soçidə Rusiya prezidenti ilə görüşəcək
İqtidar və müxalifət birgə sənəd imzaladı – Video
"Əxlaq polisi"nin yaradılması nəzərdə tutulmayıb - AÇIQLAMA
İqtidar-müxalifət partiyaları birgə BƏYANAT verdi - MƏTN
Bloqqer Elvin İsayev sərbəst buraxıldı
Şuşa qalasının ən son görüntüləri (FOTO)
Bakıda adam oğurlayan dəstə tutuldu - Video
Arda Turana 2 il həbs cəzası verildi – SƏBƏB
Universitetlərimizin reytinqi yenidən gündəm oldu
"Qarabağı yavaş-yavaş itiririk" - Deputat
Neft bahalaşmağa davam edir
Dilqəm və Şahbaz azad edilə bilər - ÇAĞIRIŞ
“Eldar Mahmudovu Rusiya ifşa etmişdi” - Sərdar Cəlaloğlu
Moskva “B planı”nı işə saldı - Paşinyan üçün son döyüş
Erməni şirkətləri Azərbaycana necə yol tapır? – Gömrükdəki problem
AŞPA məruzəçisi Bakıya səfərini yekunlaşdırıb
Eldar İbrahimova SUAL: “Sən özün hansı tərəfdəsən?”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29255] initstartout [0.00024] initstartin [0.00100] calstart [0.01184] calend [0.00053] topnewsend [0.00426] rsssend [0.00000] ehgend [0.00596] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26803]