İlham Əliyev Donald Trampa məktub göndərib

  • 07 noy 2017, 08:15

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa başsağlığı verib.

 

Demokratik.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

 

"Hörmətli cənab Prezident, Texasda baptist kilsəsinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu faciəli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Oxşar xəbərlər