Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:58 - 22.07.2018  
Əli Həsənov "BTQ" dəmir yolunun açılışından yazdı
Tarix: 2-11-2017, 17:31 | Bölmə: Xəbərlər » Siyasət

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı ilə bağlı fikirlərini bölüşüb.

Əli Həsənov "BTQ" dəmir yolunun açılışından yazdıPrezidentin köməkçisi  öz "Facebook" səhifəsində yerləşdirdiyi məqalədə qeyd edib ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı həm Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında, həm də qlobal miqyasda mühüm tarixi hadisəyə çevrilib:


"Əksər ekspertlərin rəyinə əsasən, BTQ Avropa və Asiya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi, region ölkələrinin iqtisadi inkişafı və onların dünyada geosiyasi nüfuzunun artmasına güclü təkan verməklə yanaşı, həm də və ilk növbədə Azərbaycanın geoiqtisadi maraqlarının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır".

Ə. Həsənov bildirib ki, məhz prezident İlham Əliyevin Azərbaycanın zəngin təbii resursları, əlverişli coğrafi mövqeyi, Qərblə Şərqi birləşdirən nəqliyyat-kommunikasiya imkanları və digər geosiyasi üstünlüklərinin milli maraqlara uyğun şəkildə istifadəsi istiqamətində apardığı məqsədyönlü siyasət ölkəmizin beynəlxalq aləmdə yerini və rolunu əsaslı şəkildə möhkəmləndirib: "BTQ Avrasiya məkanında ticarət əlaqələri, yük daşımaları sahəsində yeni və iqtisadi cəhətdən daha əlverişli nəqliyyat marşrutunun yaradılması zərurətindən ərsəyə gəlib. Məlumdur ki, hazırda Avrasiya regionunda Avropa İttifaqı və Çin əsas iqtisadi güc mərkəzləri kimi çıxış edir. Onların arasında yükdaşımaları şimaldan Transsibir dəmir yolu ilə Rusiya ərazisindən, cənubdan isə Hind okeanı-Süveyş kanalı vasitəsilə həyata keçirilir. Lakin fərqli geosiyasi maraqları baxımından Avropa İttifaqının və Çinin bu nəqliyyat marşrutlarına münasibətləri müxtəlifdir. Avropa İttifaqı ölkələri hesab edir ki, Şimal dəmir yolu marşrutunun Rusiya ərazisindən keçməsi yüksək siyasi risklər doğurur. Digər yanaşmaya görə, Cənub dəniz yolu marşrutu üzrə daşınmalar xeyli vaxt itkisinə səbəb olur ki, bu da iqtisadi səmərəlilik baxımından əlverişsizdir. Ona görə də BTQ yeni marşrut kimi şimal və cənub istiqamətləri üzrə tranzit daşımalarının potensialını kifayət qədər artıran və geoiqtisadi baxımdan ciddi səmərəlilik vəd edən layihə kimi dünyanın diqqətini özünə cəlb etməyi bacarıb".

Ə. Həsənov qeyd edib ki, Avrasiyanın nəqliyyat xəritəsinin mühüm tərkib hissəsi olan BTQ dəmir yolu layihəsinin hazırlanması və reallaşması müxtəlif çətinliklərdən keçib: "Bəzi xarici siyasi dairələr bu tarixi layihəni gözdən salmaq üçün məqsədli şəkildə təbliğat apararaq onun iqtisadi baxımdan səmərəsiz olduğunu iddia edirdi. Lakin ilk növbədə prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə liderlərinin prinsipial mövqeyi, qarşılıqlı dəstəyi və etimadı bütün çətinlikləri dəf etməyə və növbəti tarixi layihəni reallığa çevirməyə imkan yaratdı.

Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstan keçən əsrin 90-cı illərindən başlayaraq Qərb ölkələri ilə birlikdə Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində fəal siyasət aparıb. Cənubi Qafqazın geosiyasi münasibətlər sistemində Azərbaycan, Türkiyə və Gürcüstanın milli maraqları üst-üstə düşərək bir-birini tamamlayır. Bu üç ölkənin birgə geoiqtisadi maraqlarının və təhlükəsizliyinin təmin edilməsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu mühüm rol oynayır. 2007-ci ildə BTQ dəmir yolunun tikintisinə dair sazişin imzalanması nəqliyyat-kommunikasiya sahəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı strateji tərəfdaşlıq əlaqələrini daha da dərinləşdirib".

Prezidentin köməkçisi deyib ki, son bir neçə ildə Azərbaycan həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturlarını, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərini müasir tələblərə uyğun yenidən qurmaqla dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici vəsiləyə çevrilib:"Ölkəmizin transmilli enerji, nəqliyyat-kommunikasiya və yükdaşıma layihələrində (Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) iştirak etməsi onun regiondakı geoiqtisadi əhəmiyyətini, beynəlxalq enerji-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında rolunu artırıb. Azərbaycan BTQ dəmir yolu layihəsinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçısı kimi artıq dünyada mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib".

Ə. Həsənov vurğulayıb ki, BTQ-nin Avrasiya regionunda təhlükəsizliyin, sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunmasında mühüm əhəmiyyət daşıyacağı şübhə doğurmur: "Dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa, eyni zamanda iqtisadi baxımdan əlverişli marşrut xəttidir və onun vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı dövrdə isə 17 milyon ton və daha artıq həcmdə yüklərin daşınması proqnozlaşdırılır. Həmçinin yeni dəmir yolu yük və sərnişinlərin Avropaya və Asiyaya çatdırılması, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin kəskin artması, eyni zamanda Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin zənginləşməsi, ölkəmizlə bölgə dövlətləri arasında xarici iqtisadi münasibətlərin inkişafı baxımından böyük perspektivlər vəd edir".

O bildirib ki, Azərbaycan ixracatçılarının dünya bazarlarına səmərəli və ucuz xərclərlə çıxmasına, marşrut üzərindəki dövlətlər arasında xarici ticarət dövriyyəsinin həcminin artmasına BTQ dəmir yolu mühüm təsir göstərəcək: "Bu nəqliyyat marşrutunun digər geoiqtisadi əhəmiyyəti Azərbaycanın Türkiyə ilə Gürcüstan ərazisindən keçməklə, Avropa ilə birbaşa dəmir yolu əlaqəsi qurmasından ibarətdir".

Ə. Həsənov qeyd edib ki, Cənubi Qafqazda transmilli nəqliyyat-kommunikasiya layihələrinin reallaşması yalnız Azərbaycanın deyil, həm də regionda sülhün və sabitliyin qorunub saxlanılmasında maraqlı olan dünya dövlətlərinin strateji maraqlarına cavab verir: "Avropa İttifaqının enerji-nəqliyyat təhlükəsizliyi siyasətində Azərbaycana həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi böyük əhəmiyyət verilməsi ölkəmizin geosiyasi dəyərini artıran mühüm amillərdən biridir. Eləcə də bu amil dünya iqtisadiyyatının mərkəzlərindən biri olan Çinin Azərbaycanın apardığı transmilli nəqliyyat siyasətini dəstəkləməsində özünü göstərir. Rəsmi Pekin Şərq-Qərb nəqliyyat dəhlizinin Avrasiyadan Çinə qədər olan hissəsinə aid layihələrə xüsusi diqqət yetirir. Çin hətta BTQ dəmiryolu layihəsinə böyük maraq göstərib və onun maliyyələşdirilməsində iştirak etməyə hazır olduğunu bildirib. Hazırda Azərbaycanın Şərq-Qərb nəqliyyat-kommunikasiya sistemində mövqeyi getdikcə güclənir və onun tranzit imkanları artdıqca iqtisadi güc mərkəzləri (Avropa İttifaqı, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və s.) ilə strateji tərəfdaşlığı daha da möhkəmlənir. Bütün bunlar bir daha göstərir ki, BTQ dəmir yolunun istifadəyə verilməsi ölkələrarası nəqliyyat əlaqələrini daha da gücləndirəcək, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunması üçün geniş geoiqtisadi imkanlar yaranacaq. Şübhəsiz, bu transmilli nəqliyyat marşrutu müasir dövrdə regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında özünəməxsus yer tutacaq".

 

Demokratik.Az

Xəbər 938 dəfə oxunub






Oxşar xəbərlər

"Instagram"da onlayn olanları görmək mümkün oldu
Kuba parlamenti hakimiyyətin yeni tərkibini təsdiqləyib
Çində qsırğa ŞOKU yaşanır - Şanxayda təxliyyə
Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür - REPORTAJ
100 kq-lıq qızılı oğurlayan ailənin 77 evi əlindən alındı
Əli Həsənov: “Əliyevin də Zərdabi qədər rolu var”
Leyla Əliyeva Emin Ağalarovu yeni evlilik münasibətilə təbrik edib
Atəşkəs imzalandı, İsrail HƏMAS-ın hərbi obyektini vurdu
"Beşiktaş" klubu ispaniyalı qapıçı ilə yollarını ayırıb
Yunanıstan terrorçuya siyası sığınacaq verib
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub, 1 nəfər məhv edilib
Sualtı sivilizasiya? yoxsa yadplanetlilərin bazası? - Su pərilərinin sirri
Adnan Oktarın Azərbaycandakı adamının kimliyi açıqlandı (FOTO)
Rusiyalı politoloq erməniləri hədələdi: “Əgər..”
Tramp Çini məhv etmək istəyir? - Milyardlıq vergi
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Atəşkəs rejimi 82 dəfə pozulub
Hələb Türkiyənin nəzarətinə verilir - iddia...
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır
Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”
Səmra Emin Ağalarovun hədiyyəsinə erotik klip çəkdirdi – VİDEO
Azərbaycan Prezidenti Fransa prezidenti ilə görüşüb - FOTOLAR
Türkiyədən qovulan fahişələr Azərbaycana niyə gəlir? – SƏBƏB
Sabahın hava PROQNOZU!
ŞOK - Putinin öyündüyü silahların sirrini QƏRB ƏLƏ KEÇİRDİ
Ermənilər Plovdivdə at oynadır: kriminal qanunlar…
Azərbaycanda nüfuzlu ziyalı dünyasını dəyişdi
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
Prezident: “Daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə hazır olmalıdırlar”
Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10156] initstartout [0.00012] initstartin [0.00054] calstart [0.00645] calend [0.00037] topnewsend [0.00274] rsssend [0.00000] ehgend [0.00614] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08451]