Artur Rasizadə iclasa getmədi

  • 03 noy 2017, 13:03

Özbəkistanın paytaxtı Daşkənddə MDB-yə üzv ölkələrin hökumət başçılarının iclası başlayıb.

Bu barədə informasiyanı "RİA Novosti” agentliyi yayıb. Agentlik iclasda 19 məsələnin müzakirə ediləcəyini bildirib. Müzakirə olunacaq məsələlər siyasi, iqtisadi və maliyyə sferalarına aid olacaq.

Qeyd edək ki, görüş Daşkənddə ilk dəfədir keçirilir. İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya baş nazir, Azərbaycanla Türkmənistan baş nazir müavinləri, Moldova isə xüsusi nümayəndə səviyyəsində iştirak edir.

Oxşar xəbərlər