Ermənistan 18 il əvvəl süqut etdi

  • 27 okt 2017, 14:55

18 ildir ki, ermənilər dövlətsizlik rejimində yaşayırlar.

Bu sözləri erməni analitik Sərkis Artsruninin Ermənistan parlamentindəki 1999-cu il 27 oktyabr teraktının 18-ci ildönümü ilə bağlı "1in.am” saytında dərc olunan məqaləsində qeyd edib.

"27 oktyabrda təkcə ictimaiyyətin etibarını qazanan liderlər ölmədilər. Bu tarixdə bizim ictimaiyyətin əlindən hakimiyyəti formalaşdırmaq imkanı alındı. Ona görə də dövlət idarəçiliyinin əsasını xalqın inam və etibarı yox, korrupsiya və oğurluğun təşkil etdiyi acgöz kriminal oliqarxiya əvəz etdi.

27 oktyabrda total ruslaşdırmaya, Ermənistanın müstəmləkəyə çevrilməsinə start verildi. Ermənistan Rusiya quberniyası statusunu aldı”, – deyə o bildirib. //axar.az//

Demokratik.Az

Oxşar xəbərlər