Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:49 - 22.10.2019  
İlqar Məmmədov üçün verilən vaxt başa çatdı; gözlər Avropada
Tarix: 26-10-2017, 08:45 | Bölmə: Xəbərlər » Siyasət

Fazil Mustafa: "İlqar Məmmədov həbsdə olanda daha məşhur şəxsə çevrilir”; Mehman Əliyev: "Deməzdim ki, 25-nə qədər buraxılması üçün vaxt qoyulmuşdu”

İlqar Məmmədov üçün verilən vaxt başa çatdı; gözlər AvropadaAvropa Şurası Parlament Assambleyasının REAL sədri İlqar Məmmədovun azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinə verdiyi vaxt oktyabrın 25-də başa çatdı. AŞ PA bildirmişdi ki, əgər REAL sədri azad edilməsə, Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi gündəmə gələcək. Amma vicdan məhbusu verilən vaxt ərzində azadlığa buraxılmadı. Maraqlıdır, AŞ PA hansı addımları atacaq?

Bu istiqamətdə gedən müzakirələr birmənalı deyil. AŞ PA-nın sərt qərar qəbul edəcəyini düşünənlər də, bu məsələdə Azərbaycanla beynəlxalq qurum arasında hər hansı bir razılığın əldə oluna biləcəyini deyənlər də var. Əksəriyyət REAL sədrinin tezliklə azadlığa buraxılacağını düşünür. İlin sonuna qədər bunun reallaşacağı da qeyd edilir.

İlqar Məmmədov üçün verilən vaxt başa çatdı; gözlər Avropada

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa İ.Məmmədovun həbsdə saxlanılmasının əleyhinədir: "Əsas məsələ budur ki, İlqar Məmmədov həbsdə olanda daha məşhur şəxsə çevrilir. Azadlıqda olarsa, onun hər hansı bir ideyasının, fikrinin Azərbaycan cəmiyyəti üçün elə də cəlbedici olacağını düşünmürəm. Bu istiqamətdə cəmiyyət tərəfindən elə də tanınan şəxs deyil. Hakimiyyətin İlqar Məmmədovu niyə belə məşhurlaşdırmaq xətti götürdüyünü, onu ciddi rəqibə çevirdiyini anlamaq mənim üçün də çətindir. Onun həbsdə qalmasının heç bir mənası yoxdur. Avropa Şurasının onunla bağlı tələbi oldu-olmadı əhəmiyyəti yoxdur. Çünki Azərbaycan tərəfi belə tələblərə əhəmiyyət vermir. Avropa Şurasında ölkəmizə qarşı olan qərəzli yanaşma hər kəsə məlumdur. Lakin bu tələb oldu-olmadı, İlqar Məmmədovun buraxılması lazımdır. Onu süni surətdə məşhurlaşdırıb, siyasi liderə çevirməyi anlamıram. Adam hansısa bir əsəri, kitabı, düşüncələri ilə Azərbaycan cəmiyyətində təlatüm yaratmır. Yaxud da xüsusi bir fikir sahibi deyil ki, hakimiyyət ondan qorxsun, çəkinsin. Bu məsələlərdə bəzi şəxslərin süni surətdə belə mövqedə olmasının, onun həbsxanada saxlanılmasının şərhini vermək çətindir. Ümid edirəm ki, bu məsələ həllini tapar, Azərbaycanın hər hansı problemlərlə üzləşməsinin önü kəsilər”.

İlqar Məmmədov üçün verilən vaxt başa çatdı; gözlər Avropada

"Turan” informasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə "deməzdim ki, 25-nə qədər buraxılması üçün vaxt qoyulmuşdu. Sadəcə olaraq, bu məsələ müzakirəyə çıxarılacaq, Azərbaycan tərəfdən bu məsələ ilə bağlı informasiya alınacaq - deyə qeyd etdi: ”Əsas olan odur ki, məsələnin həlli üçün vaxt veriləcək. Orada məsələ belə qoyulmamışdı ki, oktyabrın 25-də hər hansı bir qərar veriləcək. Burada təkcə İlqar Məmmədovun məsələsi yoxdur. Daha çox geniş siyasi məsələlər burada var ki, bunlar öz həllini tapmalıdır. Əvvəlcədən bəyan edilirdi ki, baxış olacaq, ondan sonra vaxt qoyulacaq. Məsələnin həllindən asılı olaraq, növbəti iclasda artıq o məsələ qalxa bilər. Hakimiyyət əslində İlqar Məmmədovu azad etməlidir. Ona görə yox ki, Avropa sıxır deyə bunu etsin. Sadəcə olaraq, qanun nöqteyi-nəzərindən və digər aspektlərdən baxsaq, bütün hallarda o azad olunmalıdır. Onun həbsi və həbsdə saxlanılması haqsızlıqdır. Bizdə çoxsaylı siyasi motivlərlə həbs edilən məhbuslar var. Bu məsələ də hələ həll olunmayıb. Burada vacib olan məsələ məhkəmələrin azad olmaması ilə bağlıdır. Azərbaycanda ən böyük problemlərdən biri də odur ki, məhkəmələr icra hakimiyyətindən asılıdır və tapşırıqlar əsasında qərarlar qəbul edir. Buna son qoyulmasa, siyasi və iqtisadi, eləcə də başqa məsələlərdə problemlər artmaqda davam edəcək. Hesab edirəm ki, yaxın gələcəkdə bu məsələ prioritet olacaq".

Qeyd edək ki, İlqar Məmmədov 23-24 yanvar 2013-cü il tarixində İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. O, kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İlqar Məmmədovun həbsi və həbsxanada saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox müddəalarını, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prinsipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrininin pozduğunu tanıyıb. Məhkəmə İlqar Məmmədovun hər hansı dəlil olmadan saxlandığı qənaətinə gəlib.

Avropa Şurası (AŞ) Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-in Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb. Oktyabrın 25-də AŞ Nazirlər Komitəsi Azərbaycan barəsində Avropa Konvensiyasının AİHM-in qərarlarını yerinə yetirməyən ölkəyə qarşı məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutan 46-cı maddəsinin tətbiq edilməsi haqqında məsələyə baxacaq.

Cavanşir ABBASLI

Xəbər 3552 dəfə oxunub






Oxşar xəbərlər

Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!
Elmar Vəliyevi ölümdən xilas edən cangüdəni danışdı
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-ya gəlib
"AZƏRSU ASC"-yə qarşı şikayət davam edir - MƏKTUB
Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.39892] initstartout [0.00031] initstartin [0.00147] calstart [0.01763] calend [0.00106] topnewsend [0.00851] rsssend [0.00000] ehgend [0.01122] tagsstart [0.00112] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.35756]