Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:10 - 26.03.2019  
Azərbaycanın D-8 ölkələri üçün əhəmiyyəti
Tarix: 21-10-2017, 08:25 | Bölmə: Xəbərlər » Siyasət

Ekspert: "Ölkəmiz bu quruma qəbul edilə bilər”

Azərbaycanın D-8 ölkələri üçün əhəmiyyətiOktyabrın 21-də Türkiyənin İstanbul şəhərində inkişaf etməkdə olan səkkiz müsəlman ölkəsinin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilən IX Zirvə görüşü keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə görüşünə xüsusi qonaq olaraq qatılıb.

Azərbaycan prezidenti İstanbulda səfər çərçivəsində oktyabrın 19-da İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verib ki, görüşdə prezident İlham Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan prezidenti iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında mühüm infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Dövlətimizin başçısı prezidentlər səviyyəsində görüşlərin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verdiyini bildirib.

İranın birinci vitse-prezidenti Eshaq Cahangiri Azərbaycanla İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, Astara-Astara dəmir yolu xəttinin həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

Eshaq Cahangiri regionda terrorizm təhdidlərinin olduğunu söyləyib və buna qarşı mübarizədə ölkələrin səylərinin artırılmasının əhəmiyyətindən danışıb.

İqtisadi əlaqələrimizin uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev Astara-Astara dəmir yolu layihəsinə dünyada böyük marağın olduğunu qeyd edərək bildirib ki, bu layihə bölgədə iqtisadi əməkdaşlığın inkişafına xidmət edir. Dövlətimizin başçısı deyib ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan ölkələrdəndir və bu sahədə səylərini əsirgəmir.

Söhbət zamanı Azərbaycan ilə İran arasında energetika, əczaçılıq, sərmayə qoyuluşu, sənaye, o cümlədən birgə avtomobil istehsalı və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğu bildirilib və əlaqələrimizin inkişafına dair fikir mübadiləsi aparılıb.

Azərbaycanın prezidentinin Türkiyə prezidenti və digər iştirakçılarla da ikitərəfli görüşləri olub.

Oktyabrın 20-də prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib.

Türkiyə prezidenti Ərdoğan isə toplantıda çıxışında bildirib ki, D-8-ə yeni üzvləri qəbul etməyə ehtiyac var: "Bizlər, D-8 üzvləri 3 qitəyə hakim vəziyyətdəyik. Zəngin təbii ehtiyatlarımız, gənc, dinamik bir əhalimiz var. Adambaşına düşən milli gəlir də orta hesabla yüksəkdir. Təbii ki, bu da yetərli deyil. D-8-in daxili ticarət dövriyyəsinin həcminin 500 milyard dolları aşacağına inanıram. Müdafiə sənayesi başda olmaqla, bir çox sahələrdə ortaq layihələrimiz ola bilər. Bir çox sahələrdə əməkdaşlıq üçün potensialımız var. Təşkilatımıza yeni üzvlər qazandırmağımıza ehtiyac var. Milli və yerli valyuta ilə ticarət etsək, ölkələrimiz qazanar. Mübadilə mərkəzi yaratmaq üçün mərkəzi banklarımızı bir araya gətirməliyik”.

Digər çıxışlardan sonra D-8 Şurasının 16-cı, 17-ci və xüsusi sessiyalarının hesabatları dinlənilib, gündəlikdə duran məsələlər müzakirə olunub.

Sonra Türkiyə prezidenti R.T.Ərdoğanın, Azərbaycan prezidenti İ.Əliyevin və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Zirvə görüşündə D-8-ə sədrlik Pakistandan Türkiyəyə keçib.

D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi-Türkiyə və İndoneziya "Böyük iyirmilər”in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir.

Azərbaycan prezidentinin Türkiyəyə səfəri dünən günün ikinci yarısı başa çatıb.

Image result for Yeganə Hacıyeva

Azərbaycanın dövlət başçısının D-8 ölkələrinin sammitinə xüsusi qonaq olaraq dəvət edilməsinin və iştirakının həm ölkəmiz, həm də qurumun özü üçün əhəmiyyəti barədə siyasi ekspert Yeganə Hacıyeva  "Yeni Müsavat”a danışıb:"Bildiyiniz kimi, D-8 Türkiyyənin təşəbbüsü ilə yaranmış, 8 üzv İslam ölkələri arasında  əməkdaşlığı gücləndirmək və növbəti pillədə inkişaf edən digər İslam dövlətlənin də üzvlüyə cəlb edilməsi ilə dünya iqtisadiyyatında İslam ölkələrinin mövqelərinin möhkəmlənməsinə imkan yaradacaq bir platforma kimi nəzərdə tutulub. D-8 üzv ölkələrin əməkdaşlıq sahələri kimi  geniş spektr nəzərdə tutulsa da hazırda enerji, ticarət, sənaye, maliyyə bank sistemi, turizm, mədəniyyət və idman sahələrində geniş əməkdaşlıq mövcuddur. Öncəliklə onu qeyd etmək istəyirəm ki, Azərbaycanın iqtisadi baxımdan yerləşdiyi ərazinin və coğrafi mövqeyinin,  beynəlxalq münasibətlər və xarici  siyasət baxımından strateji əlaqələrinin önəmini nəzərə alsaq,  istənilən iqtisadi və siyasi platforma üçün xüsusilə regionlar arası formatda nəzərdə tutulan platformalar üçün arzu edilən bir tərəfdaşdır. Azərbaycan həmçinin bir müsəlman ölkəsidir, İslam həmrəyliyi baxımından D-8 təşkilatına gələcək əməkdaşlıq üçün qlobal iqtisadi və siyasi oyunçunun dəvət olunması çox normaldır. Xüsusilə enerji , neft, qaz tranziti baxımından Azərbaycan özünün mövcud və inkişaf etdirdiyi infrastrukturu ilə D-8 ölkələri üçün Avropa Birliyi və ümumilikdə Qərb ölkələri arasında körpü rolunu oynaya biləcək bir ölkədir. Bütün bunları nəzərə aldıqda Azərbaycanın prezidentinin fəxri qonaq qismində D-8 zirvəsinə dəvət edilməsinin tamamilə təbii olduğunu görərik. Burada toplantıya ev sahibliyi edən Türkiyə prezidentinin də qardaş ölkə olaraq Azərbaycana, onun başçısına xüsusi dost münasibətinin rol oynadığını qeyd etmək lazımdır. Türkiyə prezidenti də Azərbaycanın önəminin fərqindədir. Türkiyə prezidenti Ərdoğan Zirvə toplantısında bildirib ki, təşkilata yeni üzvlərin qəbuluna ehtiyac var. Düşünürəm ki, Ərdoğan ilk növbədə Azərbaycanın nəzərdə tutur. Odur ki, Azərbaycanı yaxın gələcəkdə D-8-ə üzv qəbul ediləcəyi mümkündür".

Ekspert onu da qeyd etdi ki, Azərbaycan üçün də D-8 ilə əməkdaşlıq ciddi əhəmiyyət daşıyır: "2015-ci ildə təşkilatın energetika və texnologiya sahəsində gələcək əməkdaşlığın fəaliyyət strategiyalarını formalaşdırmaq üçün işçi qruplar yaradılıb, bu sahədə Azərbaycanın təcrübəsi və əlaqələrindən yararlanmaq məqsədilə də addımlar atılıb. Həmçinin Azərbaycan üçün 16,4 trilyon dollarlıq dünya ticarət həcminin təqribən 4%-ni təşkil edən, 3,7 trilyon dollarlıq iqtisadi dövriyyəyə malik, əhalisinin ümumi sayı 1 milyard nəfər olan D-8 ölkələrinin ixracat həcmi eyni zamanda 693 milyard dolları əhatə edən bir platforma çox cəlbedicidir”.

Etibar SEYİDAĞA

Xəbər 1839 dəfə oxunub






Oxşar xəbərlər

ÇAĞDAŞ RUSİYANIN 1930-cu İLLƏRİN ALMANİYASI İLƏ OXŞARLIĞI
"Xəzər" Universitetinin təsisçisi ittihamlara cavab verdi - sabiq müəllimini əxlaqsızlıqda ittiham etdi
“Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - Əli Məsimli
Zakir Həsənov ABŞ-a işgüzar səfərə gedəcək
Paşinyan bunu da etdi! - Küçə süpürdü – VİDEO
Spikerin Moskvada yeni əmlakları aşkarlandı - (FOTOFAKT)
Xəzər Universitetinin "milyonları" hara xərclənir?
Tanınmış meyxanaçının ölüm səbəbi bilindi
Eden Azar "Real Madrid"ə keçməyə razılıq verib
ADY Gəncə-Bakı reysində dəyişiklik edib
ƏLİ İNSANOVUN “BORCU”… – Sabiq nazir həbs olunmasaydı, indi kim idi?
Bu da Zeynəb Xanlarovanın dəbdəbəli villası… – FOTO
Kasprşik Paşinyanla Qarabağ münaqişəsindən danışıb
NEFTİMİZ UCUZLAŞDI
Gəncənin yeni polis rəisinin oğlu “Porsche” ilə radara düşdü (FOTO)
PUA Frankfurt hava limanının işini dayandırdı
Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11185] initstartout [0.00016] initstartin [0.00075] calstart [0.00850] calend [0.00045] topnewsend [0.00308] rsssend [0.00000] ehgend [0.00614] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09223]