Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:48 - 11.12.2018  
"Dağlıq Qarabağı 7 günlük müharibə xilas edər" - Sensasion iddia
Tarix: 7-11-2014, 08:20 | Bölmə: Xəbərlər » Siyasət

27 il ərzində keçirilən 27 görüşün və 7 tənzimləmə variantının nəticəsizliyini sanksiyalaşdırılmış 7 günlük müharibə aradan qaldıra bilər.
"Dağlıq Qarabağı 7 günlük müharibə xilas edər" - Sensasion iddia
Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin başlanmasının 27-ci ili tamam olur. Onun sözlərinə görə, 27 il ərzində həmsədrlər ümumilikdə 7 tənzimləmə variantı ortalığa qoyublar:

"Madrid və Yenilənmiş Madrid prinsipləri ilə əvvəlki 3 tənzimləmə modeli arasında 10 illik pauza yarandı. Bu pauza dövründə bu və ya digər formada ərazi mübadiləsinə dair 2 variant ortalığa qoyuldu. Madrid prinsipləri 2008-ci, Madrid prinsiplərinin yenilənmiş variantı isə 2009-cu ildə ortalığa qoyuldu. 2008-ci ildən bu günədək prezidentlər 17 dəfə görüşüblər. Ermənistanın eks-prezidenti R.Koçaryanın dövründə keçirilən görüşlərin sayı da təxminən 10-dur. 27 il ərzində keçirilən 27 görüşdə 7 tənzimləmə variantı müzakirə olunub”.

M.Əhmədoğlu qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri həm regiona səfəri, həm də Parisdəki görüş zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdülər:

"Regiona səfərdən sonra yaydıqları ənənəvi bəyanatda daha çox əvvəlki, erməniləri qane edən mövqedə qaldıqları hiss olunurdu. Sonradan Paris görüşünün erməni ssenarisinin dəyişməsi ilə həmsədrlərin də mövqeyi dəyişildi. Həmsədrlərin Azərbaycan mətbuatına həmin dövrdə müsahibə verməsi mesaj idi. Fransa görüşündən sonra həmsədrlər bəyanat yaymadılar. Bu, onların praktikasında az rast gəlinən hadisədir. Paris görüşünün nəticələri həmsədrləri qane etməyib. Həmsədrlər Böyük Sülh Sazişinin hazırlanmasının tərəfdarıdırlar. Azərbaycan da Böyük Sülh Sazişinin hazırlanmasına tərəfdarıdır. Ermənistan tərəfi Böyük Sülh Sazişinin hazırlanmasına razılıq vermir. "Hələ tezdir” deyir. Əvvəlcə tənzimləmə prinsipləri barədə müqavilənin imzalanmasını, sonra isə Böyük Sülh Sazişinin imzalanmasını tələb edir. Böyük Sülh Sazişi Yenilənmiş Madrid prinsipləri əsasında hazırlanacaq. Ona görə xalqların bərabərliyi və xalqların öz müqəddaratını təyinetmə prinsipi də daxil olmaqla həm tənzimlənmə prinsipləri, həm də etimad tədbirləri Böyük Sülh Sazişinin tərkibində olacaq. Ermənilərin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə tənzimlənməsinə hazır olmaması göz qabağındadır. Beynəlxalq ictimaiyyət "bir görüşlə və ya qısa müddət ərzində mürəkkəb Dağlıq Qarabağ münaqişəsini həll etmək olmaz”, "yalnız dinc yolla”,”yalnız ATƏT MQ formatında" tezislərini tez-tez təkrar etməklə ermənilərin yalanlarına inanmağa davam etməkdə olduqlarını göstərirlər”.

M.Əhmədoğlu qeyd edib ki, 27 görüş və 7 variant Dağlıq Qarabağda yaşayan erməni ilə Dağlıq Qarabağdan deportasiya olmuş azərbaycanlını bir dəfə də olsun Dağlıq Qarabağda və ya kənarda görüşdürə bilməyibsə, həmsədrlərinin gücü və niyyəti ciddi şübhə doğurur.

Onun sözlərinə görə, 27 il ərzində Dağlıq Qarabağda Ermənistan hərbçisinin sayı bir nəfər də olsun azalmayıb. İşğalçı erməni hərbi birləşmələrinin sayı bu müddət ərzində yalnız artıb:

"Belə olan təqdirdə Ermənistanın nəyəsə razılıq verəcəyini düşünmək özünü aldatmaqdır. Qızlarını hərbi xidmətə məcburi qaydada çağırmağa hazırlaşan Ermənistanın gələcək strategiyasında da Dağlıq Qarabağ münaqişəsini tənzimləmək niyyəti görünmür. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə qərar qəbul edə bilmir. Beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə qərar qəbul edə bilmir. Nəticədə, həm Ermənistanın vəziyyəti pisləşir, həm də regionda regional və beynəlxalq vəziyyətlər risklərlə üzləşir. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi barədə qərar qəbul edə bilməyəcək. Erməni milli xüsusiyyəti, erməni maksimalizmi, uydurma miflər, saxta tarix və beynəlxaq ictimaiyyətin bunlara inanması qərar qəbul etməyə imkan vermir. Amma beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı qərar qəbul edə bilər. Azərbaycana öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara beynəlxalq ictimaiyyətin razılığı olarsa, bu müharibə minimal itki ilə, az risklə başa çatacaqdır. Nəticədə, Dağlıq Qarabağ erməniləri azərbaycanlıları ilə birlikdə Dağlıq Qarabağda inkişafa imkan verən şəraitdə və təhlükəsiz mühitdə yaşayacaqlar. 27 illik münaqişəni 27 görüş və 7 variant həll edə bilməyibsə də, bu münaqişəni 7 günlük sanksiyalaşdırılmış müharibə birdəfəlik həll edə bilər”.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin ritorikası sərtləşir, yeni termin və ifadələrlə zənginləşir. Azərbaycanda İrəvanın Ermənistana verilməsi ilə bağlı elmi məlumatlar mətbuatda dərc edildi. Ordu günü-gündən möhkəmlənir. Azərbaycan hökumətinin ritorikasının sərtləşməsi, İrəvanın Azərbaycana məxsusluğu ilə bağlı elmi məlumatların dərc edilməsi, hərbi quruculuq işinin daha da inkişaf etdirilməsi Azərbaycanın nəinki indiki, hətta tarixi torpaqlarını özünə qaytarmaq iradəsini nümayiş edir.

Xəbər 2649 dəfə oxunub






Oxşar xəbərlər

Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
Köçəryanın vəkili azərbaycanca danışdı: “Bilmirəm”
Şabranda evdən 2900 manat oğurlanıb
Poroşenko Rusiya ilə dostluğu bitirdi - ŞOK
Əfqanıstan dünyada qadınlar üçün ən pis yerdir
Fransa etirazlarında Rusiya izi araşdırılır
"Onlar şərəfsizdirlər” - Ərdoğandan - VİDEO
PLAGİAT QALMAQALI: “Axı bu, oğurluqdur, fakt göz qabağındadır”
Qubada tələbə itkin düşüb
Göygöl SSİ-nin rəisinə cinayət işi açıla bilər
Avtomobillərdən oğurluq edənlər yaxalanıblar
Ramil Usubov polkovnik-leytenantı rəis təyin etdi
Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər
Çanaqqalada ağır yol-nəqliyyat hadisəsi baş verib
“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb
Acunun Serenaya baxışları müzakirələrə səbəb oldu – Foto, Video
"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi
“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar
Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
Ərdoğan Paris olayları haqda: "Bizim polisi qəddarlıqda suçlayanlar..."
“Koçak Gold” işində sensasion səsyazı var
Biabırçılıq - Bakıda iki oğlan restoranda öpüşdü - VİDEO
Bu döyüş dünyanı şoka salacaq - FOTOLAR
BƏD XƏBƏR: Yeni qiymət artımları gəlir - SİYAHI
Cəlilabadda yol qəzası baş verib, yaralılar var
Azərbaycanda yeni duz yataqları açılacaq
Samir Şərifovdan açıqlama - VİDEOMÜSAHİBƏ
"HOZU" ləqəbli baş redaktor Vahid Əhmədova NİYƏ daş atdı?
Əhəd Abıyev qəzaya düşdü: “Yalandı, onu yazan p… yeyir”
Qubada ərinin əmisi oğlu ilə qaçan qadın danışdı - Video
Ceyhun Bayramovun direktorsuz məktəbi: Sorağı məhkəmədən gəlir
"Əmr olarsa, Naxçıvan ordusu İrəvanı şumlayar" – Qüdrət Həsənquliyev
Sabiq erməni prezidenti həbs olunacaq:– QƏRAR
Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ
POLİS GƏNC QADINI ÖLÜMDƏN XİLAS ETDİ
Əvəz Zeynallı: “Qarabağ Komitəsi 15 dekabr mitinqinə ciddi hazırlaşır”
BNA əməkdaşına hücum edən şəxs müraciət yazdı
Putindən Avropaya jest: “Türk axını”…
"İlham Əliyev Nikol Paşinyanla söhbətləşdi - MÜSAHİBƏ
Bürclər – 8 dekabr
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Kreml çeçen və inquşları barışdırır
Fransada yaşayan azərbaycanlılara xəbərdarlıq – “Sabah evdən çıxmayın”
Abşeronda evə silahlı basqın edildi
NAZİRLİK DEPUTATI TƏXRİBATDA İTTİHAM ETDİ – “Nə varsa onu açıqlayıb deyirəm…”
Səddam Hüseyni sevdirən səbəblər...
"Azərbaycan büdcəsindən barıt qoxusu gəlmir" - Fərəc Quliyev
Baş nazir qəbirlərlə bağlı standartı təsdiqlədi
RƏSMİ: Belə hallarda DTX-ya müraciət edin
“Broker Əbülfəz”-ə DGK-da vəzifə verilməyib" /Açıqlama
Orduxan Teymurxan haqqında cinayət işi açıldı
Oqtay Əsədov Volodinə məktub yazıb
Ziya Məmmədovun xalaoğulları Ucarı niyə viran qoyub?
Azərbaycanın FIFA referisi karyerasını başa vurur
Gülnarəyə görə 14 milyard dollar!
Gəncə “İmamzadə”si qeydiyyata alındı, maşınla təmin olundu
Əsirlərdən biri azad edilə bilər - Bəs Dilqəm və Şahbaz?
Lift idarəsinin müdiri dediyini dandı: "Qiymət artırılmayacaq"
İran mediası Azərbaycanı nədən tənqid edir?
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlir
Putin və Medvedevin maskası ilə 2 türk soyuldu
Həbib karyerasını bitirməsindən danışdı
Zaur Kamala yüksək vəzifə verildi
Qazaxıstan prezidenti öz qızına mükafat verdi
“Bu şəhərdə”dən sərt cavab: Coşquna nə olub? – Video
Paşinyandan KTMT-yə qəribə müraciət: Bakını dayandırın!
Təzadlı Hacıyevlər - biri Londonda itlə gəzir, digəri “it günün”dəki məhbəsdə
26 yaşlı gənc özünü asıb - Sumqayıtda
Eldar Namazov: “Aprel döyüşlərindən sonra dünyada rəy dəyişib”

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15202] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00710] calend [0.00040] topnewsend [0.00409] rsssend [0.00000] ehgend [0.01660] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.12264]