Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:43 - 15.12.2017  
Rəsul Quliyevin "qayıdış" və prezident olmaq istəyinə REAKSİYA
Tarix: 7-10-2017, 08:51 | Bölmə: Xəbərlər » Siyasət

"Təbiətcə qorxaq adamdan böyük nələrsə gözləmək əbəsdir, Rəsul Quliyev ancaq hakimiyyət icazə verərsə Azərbaycana gələr...”

Rəsul Quliyevin "qayıdış" və prezident olmaq istəyinə REAKSİYARəsul Quliyev vətənə qayıtmaq və seçkidə iştirak etmək istədiyini deyib. Bildirir ki, qayıda bilməsə belə prezidentliyə namizədliyini verəcək. Onun bu açıqlamasından sonra ətrafında gedən söz-söhbətlər getdikcə artır. Ən müxtəlif mülahizələr, iddialar, proqnozlar verilir. Hətta belə fikirlər də irəli sürülməyə başlayıb ki, 2018-ci il prezident seçkilərində Rəsul Quliyev müxalifətin vahid namizədi ola bilər. Lakin buna qarşı olanlar və hətta, Rəsul Quliyevin gəlməyəcəyini düşünənlər də var.

Milli Strateji Düşüncə Mərkəzinin üzvü, Azərbaycan Milliyətçi Demokrat Partiyasının lideri İsgəndər Həmidov "Yeni Müsavat”a bu mövzu barədə açıqlamasında bildirdi ki, o cür açıqlama verməsinə baxmayaraq Rəsul Quliyev gələsi deyil: "Yəqin ki, Rəsul Quliyev yenə də barda filanda oturub və əhvalı yaxşı olanda Azərbaycana qayıtmaq və seçkidə iştirak etmək xəyallarını qurub. O gəlməyəcək, kimlərsə onun bir açıqlamasından sonra ümidləniblərsə, boşuna ümid etməsinlər. Rəsul Quliyev o dərəcədə cəsarət sahibi deyil ki, hansısa təqib olunmağı, həbsə düşməyi gözə alsın və bunlardan çəkinməsin. 2005-ci ildə də deyirdi ki, türməyə düşsə də, ölüm təhlükəsi olsa da gələcək. Lakin Ukraynadan geri döndü, onu müdafiə edən çoxlu sayda insanlar isə burada məhrumiyyətlərə düçar qoyuldu, həbs edildi, döyüldü, işdən çıxarıldı. Təbiətcə qorxaq adamdan böyük nələrsə gözləmək əbəsdir. Rəsul Quliyev ancaq hakimiyyət icazə verərsə Azərbaycana gələr. Bu variantla gəlişinin mümkünlüyü və bu halda namizəd olması isə ayrı məsələdir. Bu cür gələcəyi halda onun namizədliyini müxalifətin müdafiə etməsi isə təbii ki, mümkün deyil.

Rəsul Quliyevin "qayıdış" və prezident olmaq istəyinə REAKSİYA

Rəsul Quliyevin seçkidə iştirak etməsi və hətta müxalifətin vahid namizədi olmasını isə heç cür ağlıma sığışdıra bilmirəm. Əvvəla, qanunvericiliyə görə son on ildə Azərbaycanda yaşayan Azərbaycan vətəndaşı namizədliyini verə bilər. Rəsul Quliyevin müxalifətin vahid namizədi olması məsələsini ciddi şəkildə ortaya atsalar və müxalifət düşərgəsinə bu barədə müraciət etsələr, Milli Strateji Düşüncə Mərkəzində bu məsələni müzakirə edib hansı qərara gəldiyimizi elan edərik. Amma şəxsən mən İsgəndər Həmidov kimi Rəsul Quliyevin vahid namizəd olmasının əleyhinə olaram".

Rəsul Quliyevin "qayıdış" və prezident olmaq istəyinə REAKSİYA

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, əvvəla, prezidentliyə namizəd olmaq istəyən şəxs mütləq Azərbaycan sərhədləri daxilində olmalıdır: "Xarici dövlətdə oturaraq prezidentliyə namizədliyini vermək istər hüquqi, istərsə də texniki baxımdan xeyli çətin məsələdir. Rəsul Quliyevin namizəd olmaq istəyini təbii qəbul edirəm. Hər bir Azərbaycan vətəndaşı kimi onun da seçkilərdə namizəd kimi iştirak etmək hüququ var. Ancaq məhz Rəsul Quliyevin vəziyyətində bəzi hüquqi məsələlərə də diqqət yönəltmək zəruridir. Bu məsələyə diqqət edilməlidir ki, hazırkı qanunvericilikdə onun namizəd ola bilməsi nə qədər mümkündür? Təəssüflə qeyd etmək istərdim ki, müxalifət olaraq bizim 2013-cü ildə belə bir problemimiz oldu. Xatırlayırsınızsa Rüstəm İbrahimbəyovun xarici vətəndaşlıq məsələsi müxalifəti faktiki olaraq namizədsiz qoydu. Bu dəfə də belə riskin olması mümkündür. Odur ki, mən namizədlərin hər birinin vətəndə olmasını labüd şərt hesab edirəm. O ki, qaldı Rəsul Quliyevin qayıtması məsələsinə, mən bildiyim qədər Rəsul bəyin özü də dəfələrlə bildirib ki, Azərbaycana qayıdıb həbsxanaya girmək fikrində deyil. Deməli, onun qayıdışı ancaq hökumətlə ümumi razılıq olarsa mümkündür. Rəsul Quliyev özü də açıqlamasında qayıdışının hakimiyyətin mövqeyindən asılı olduğuna işarə edib. Buradan da belə bir nəticəyə gəlmək olar ki, əgər o hakimiyyətlə hər hansı bir razılıqla qayıtsa onun prezident seçilməsi mümkün deyil, çünki hakimiyyət öz əli ilə gətirib kiməsə hakimiyyəti təhvil verməz. Ən yaxşı halda razılıqla dönsə, namizəd olar və maksimum seçkilərdə 2-ci elan olunar. Hələliksə mən bu məsələni real hesab etmirəm. Hakimiyyətə onun gəlib seçkidə iştirak edib ikinci olması gərək deyil. Göründüyü qədər isə nə Amerika, nə də Avropa bu gün Azərbaycanda hakimiyyət dəyişikliyi istəmir. Ən azından bunu zamanında Gürcüstanda və Ukraynada istədiyi qədər istəmir. Avropa və Amerika həmişə olduğu kimi yenə də seçki ərəfəsində müxalifətdən istifadə edərək hakimiyyətdən daha çox güzəştlər qoparmaq niyyətindədir. Bütün yuxarıda qeyd etdiklərimi nəzərə alsaq görərik ki, Rəsul Quliyevin gəlişinə Qərbin də marağı yoxdur. Qeyd olunan bütün məqamları nəzərə aldıqda isə indiki halda Rəsul bəy müxalifət üçün o qədər cazibədar namizəd görünmür. Odur ki, müxalifətin vahid namizəd olmaq şansı yoxdur”.

Partiya sədrinin sözlərinə görə, Rəsul Quliyev vahid namizəd olmaq istəyirsə gərəkdir ki, müxalifəti inandıra biləcək resurslar nümayiş etdirsin, lakin hələ ki eks-spiker bunları etmir: "Mən AĞ partiyanın adından deyə bilərəm ki, biz hələlik heç kimin vahid namizədliyini  dəstəkləmək fikrində deyilik. Bizim öz namizədimiz olacaq və seçkiyə onunla gedəcəyik. Əgər nə vaxtsa siyasi dəngələr dəyişərsə və yeni şərtlər əmələ gələrsə o zaman bu qərarımıza yenidən baxa bilərik. Bugünkü şərtlərlə isə bu addımı atmağa heç bir əsas görmürük”.

Etibar SEYİDAĞA

Xəbər 417 dəfə oxunub






Oxşar xəbərlər

"Broker Əbülfəz"in bacısı oğlu da avtoşluq edirmiş - VİDEO
Bu gün şəhid olan Süleymanın FOTOLARI
Azad Rəhimovun qardaşı oğluna vəzifə verildi
İngiltərə nümayəndə heyəti Bakıda
Arif Hacılının müavini istefa verdi
“Ordumuza ən müasir silahlar verilib” - General açıqladı
2017-də kimləri itirdik? - FOTO
Bu il onlara düşmədi... -Ən yaxşı və pis hadisələr
Meymunların planeti - Zamin Hacı yazır
Etibar Hüseynov-Tahir Kərimli "davası" pik həddə
Amerikanın fantastik hərbi büdcəsi - 700 milyard
“İlqar Məmmədovun azadlığa çıxması uzana bilər” - ŞƏRH
Kanadada sərnişin təyyarəsi qəzaya uğradı
"MTN İŞİ"ndə zərərçəkən “od püskürdü”
Ekvadorun sabiq prezidenti 6 il iş aldı
İlham Əliyev: “Fələstin xalqının yanındayıq”
DTX-nın həbs etdiyi baş redaktor hakim qarşısında
”AAAF İnşaat”ın sahibi məşhur saytları məhkəməyə verdi
Sabah yağış yağacaq
Saakaşvili Ukraynanın baş naziri olmaq istəyir
Nesrindən etiraf: “Məni təmin etmək çətindir“
Fazil Məmmədov əmlaklarını itirməyə başladı - təfərrüat
Broker Əbülfəz çarəsizlik içində: niyəsini oxuyun!
Şeyx fətva verdi, islamçılar hərəkətə gəldilər
Fazil Məmmədov günün əsas mövzusu olaraq qalır - önəmli İDDİALAR
Heydər Əliyev məhz buna görə SSRİ rəhbəri seçilməyib
Leyla Əliyeva Gürcüstanda - Ulu Öndərin abidəsini ziyarət etdi
Kərə yağının qiyməti yenidən bahalaşdı
İlham Əliyev Türkiyədə səfərdədir- FOTOLAR
Xərçəng xəstəliyinin qarşısını aın(75 QƏPİYƏ)
Rasim Balayev səhhətindən danışdı - televerilişləri pislədi"
“FETÖ hücuma hazırlaşır: Sensasion sui-qəsdlər törədiləcək”
Bürclər – 13 DEKABR
Silahlı Qüvvələrə əlavə vəzifələr verildi
Azərbaycanın altıqat çempionu dünyasını dəyişdi
Dağlıq Qarabağda erməni əsgərləri atışıb
Fədayənin məhkəməsi başlayır
Putinin qərarına qərb reaksiyası: "Suriyada savaş bitməyib"
Türkiyəli futbolçu transseksualla evlənir
Azərbaycanlı aktyor bank soydu: 27 milyon oğurladı
Prezident Heydər Əliyevin məzarını ziyarət edib
Afrikanın ən yaxşı futbolçusu odur - FOTO
FHN Akademiyasında Heydər Əliyevi anım mərasimi keçirilib
Amerikalılar yenidən Aya uçacaq - Trampdan sərəncam
Qayınata gəlinini namus üstündə güllələdi - Bakıda
Bugün Heydər Əliyevin anım günüdür! - ÖLMƏZ LİDER
Yatağı yatmaq və cinsi əlaqə məqsədi ilə istifadə edin!
Düşmən atəşkəsi 121 dəfə pozdu
Qüdsə görə bütün müsəlman dövlətləri İstanbul zirvəsinə toplaşır
Xaləddin İsgəndərov "avtopilot rejim"ə keçib
Fazil Məmmədovun qohumlarının siyahısı tutulur
“Hakimiyyətdə qızıl orta tapılıb”-deputat
Məmmədovlara “Zərrab işi”ndən böyük zərbə
"2017-ci ilin rektoruna xüsusi diplom təqdim olundu
Prezident 5,83 milyon manat ayırdı - sərəncam
Rusiyanın Donbasla bağlı planı AÇIQLANDI
Narkotik də tapıldı, oğurlanan qızıllar da
Türkiyədə dəhşətli qətl - Məşhur rejissorun başını əzərək öldürdülər
Səudiyyə Ərəbistanı daha bir qadağanı ləğv etdi
Ərdoğan Putin görüşünün detallarını açıqlandı
Yeni nazirin ilk işi: sahibkarlara müraciət
“Şəki Aqro İndastris” MMC-də DƏRƏBƏYLİK yaxud "Bəylik" pendirində XƏYANƏT izi!
Pxenyan 10 ildir bu silahı hazırlayır
Ramil Səfərova yeni rütbə verildi - FOTO
Azərbaycanda yol qırğını:12 ölü, 29 yaralı
Yəhudilərin Heydər Əliyevə Şuşa mesajı və Qüds mövqeyimiz
Azərbaycan dünya bazarlarına pomidorla çıxır
"Ona lazımıydı ki, gəlinlik geyinsin..." (VİDEO) Natavana ağır ittihamlar:
Röya mükafat aldı
Nazim İbrahimovun biznesmen qızı nişanlandı

Bütün xəbərlər

2017-XORUZ İLİNDƏ NƏLƏR OLACAQ?
love HƏR ŞEY XORUZ KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10786] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00763] calend [0.00043] topnewsend [0.00289] rsssend [0.00000] ehgend [0.02263] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07281]