Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:50 - 19.09.2018  
İlham Əliyevin kritik səfəri - Bakı Avropaya şərt qoydu
Tarix: 6-10-2017, 12:04 | Bölmə: Xəbərlər » Siyasət

İlham Əliyev Brüsselə gedir - mühüm gəlişmə; Azərbaycanla Avropa Birliyi arasında əlaqələr yeni fazaya keçid ərəfəsində; təşkilatla imzalanacaq anlaşma sənədində əsas bənd Qarabağla bağlı olacaq çünki...; prezidentlərin növbəti görüşü də Brüsseldə reallaşa bilər...

İlham Əliyevin kritik səfəri - Bakı Avropaya şərt qoyduAzərbaycan prezidenti İlham Əliyev noyabrda Brüsseldə keçiriləcək Avropa Birliyinin (AB) "Şərq tərəfdaşlığı” sammitində iştirak edəcək. Musavat.com xəbər verir ki, bu barədə ölkə başçısı oktyabrın 4-də AB-nin Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə Bakıda keçirdiyi görüşdə deyib.

"Şərq tərəfdaşlığı” sammitində iştirak üçün dəvətə görə qonaqlara minnətdarlıq edən prezident daha sonra bildirib: "Mən bu dəvəti prezident Tuskdan fevral ayında aldım və bildirdim ki, birmənalı olaraq, zirvə görüşündə iştirak edəcəyəm. Fikrimcə, orada olmaq çox vacibdir. Azərbaycan lap əvvəldən ”Şərq tərəfdaşlığı" proqramına dəstək verib. Mən şəxsən "Şərq tərəfdaşlığı”nın ilk sammitində olmuşam və bütün həmin sammitlərdə iştirak etmişəm - yalnız sonuncudan başqa. Orada olmamağımın da səbəbini, yəqin ki, bilirsiniz. İndi isə həmin mühüm toplantıya qatılmamaq üçün əsas yoxdur. Bir sözlə, biz buna böyük ümidlər bəsləyirik".

İlham Əliyev eyni zamanda qeyd edib ki, üzv dövlətlərə daha fərdi yanaşma tətbiq edilməlidir, çünki həmin ölkələr fərqlidir. "Əfsuslar olsun ki, əvvəlki Avropa komissiyaları zamanı mövqeyimizə yaxşı yanaşılmadı. Əksinə, biz bəzən hücum hədəfinə çevrildik. Hansısa xüsusi razılaşmanı tələb edən tərəf kimi ittiham olunduq. Bu, belə deyildi. Əslində biz komissiya ilə xüsusi ünsiyyəti yaratmaq istəyirdik. Saziş üzərində fəal danışıqlara başlamağımız faktı göstərir ki, bu yanaşma artıq üstünlük təşkil etməyə başlayır. Bu, çox müsbətdir. ”Şərq tərəfdaşlığı", əlbəttə ki, vacib çərçivədir. Lakin bu çərçivədə, fikrimcə, Azərbaycan ilə Avropa Komissiyası arasında ayrıca razılaşma ən mühüm məsələdir", - deyə Azərbaycan prezidenti qeyd edib.

Dağlıq Qarabağ konflikti ilə bağlı "Şərq tərəfdaşlığı”ndan gözləntilərə gəlincə, prezident deyib: "Bizim gözləntimiz və istəyimiz ondan ibarətdir ki, Avropa Komissiyası postsovet məkanında mövcud olan bütün konfliktlərə vahid yanaşma sərgiləsin. Əks halda biz haqlı olaraq bunu ”ikili standart" yanaşması kimi qəbul edirik. Bu səbəbdən Dağlıq Qarabağa dair yekun bəyannamədə ərazi bütövlüyü məsələsinin dəqiq əksini tapması çox vacibdir. Biz hesab edirik ki, bir ölkənin ərazisi onun rəhbərliyi və xalqının razılığı olmadan dəyişdirilə bilməz".

Azərbaycanın dövlət başçısının AB ilə imzalanması nəzərdə tutulan çərçivə sənədi ilə bağlı rəsmi Brüssel qarşısında bu şərti əslində əsas və haqlı olmaqla bərabər, Avropada (Avropa Birliyinin üzvü olan İspaniya və s.) başlanan "referendum” paradı fonunda xüsusilə aktual səslənir və ciddiyə alınmaya bilməz. Sənədin imzalanması isə bu ilin sonuna nəzərdə tutulur.      

*****

Maraqlısı odur ki, Rusiyanın satelliti Ermənistan isə məhz Brüssel sammiti çərçivəsində AB ilə "Çərçivə anlaşması” imzalamağa hazırlaşır. Bu haqda artıq İrəvan rəsmiləri, o cümlədən prezident Serj Sərkisyan bəyanat verib. Sərkisyan bundan ötrü Brüsselə gedəcəyini də açıqlayıb.

Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Qarabağ mövzusunda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü məhz Brüsseldə baş tuta bilər (oktyabr 7-də, yəni sabah həmsədrlər regiona səfərə gələcəklər).

Ancaq daha maraqlısı, rəsmi Moskvanın 2013-cü ilin sentyabrından fərqli olaraq öz vassalına bu dəfə "Çərçivə sazişi” imzalamağa icazə verib-verməyəcəyi ilə bağlıdır. Məlumdur ki, o vaxt son anda Putin Sərkisyanı Kremlə çağıraraq onu Qarabağla hədələmiş, nəticə etibarilə Sərkisyan dərhal geri vermişdi: Ermənistan Avropa Birliyinə deyil, Avrasiya Birliyi və Gömrük İttifaqına qoşulmaq qərarına gəlmişdi. Rusiyanın Avropa və ABŞ ilə gərgin münasibətləri ciddiyə alınarsa, bu dəfə də eyni aqibətin olacağı istisna olunmur - hərçənd erməni yetkililəri indi daha arxayın görünürlər.       

     

*****

Azərbaycan isə əksinə, bu məsələdə qat-qat müstəqil qərar sahibidir. Hərgah Bakı da Moskvanın iradəsini, sonuncunun axır vaxtlar Brüssel və Vaşinqtonla daha da soyuyan münasibətlərini ciddiyə almaya bilməz. Bundan əlavə, Azərbaycanın Avropa Birliyi ilə - Qərbin əsas iqtisadi-siyasi qurumu ilə yaxınlaşmasına da Rusiya həmişə qısqanc yanaşıb. Səbəblər barədə dəfələrlə yazmışıq (onlardan biri ölkəmizin Avropa enerji bazarında Rusiyaya ciddi rəqib olması və Bakının yeni transmilli qaz layihələrinə AB-nin hərtərəfli siyasi və maliyyə dəstəyi verməsidir).

Buradaca həmçinin az öncə Azərbaycan hakimiyyəti əleyhinə Qərb mediasında tirajlanmış korrupsiya ittihamlarının arxasında Rusiyanın gizli servisinin də əli olması haqda informasiyaları yada salmaq lazım gəlir ("Yeni Müsavat” ötən saylarının birində bu barədə geniş yazı dərc edib).

Azərbaycan prezidentinin qarşıdakı Brüsselə səfəri və AB ilə əməkdaşlığı yeni fazaya qaldırmaq əzmi ilə bağlı yuxarıdakı açıqlamaları həm də Kremlin son gizli anti-Azərbaycan gedişləri və "badalaqları” kontekstində ikiqat önəm daşıyır və Moskvaya bir növ, incə cavab da sayıla bilər...

Analitik xidmət

Xəbər 1079 dəfə oxunub






Oxşar xəbərlər

Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
İlham Əliyev Çilili həmkarına təbrik məktubu göndərib
“Ruhla danışırdı ki...” – Dediyi vaxtda ölən əməkdar artistin qardaşı DANIŞDI – VİDEO
Türkiyəli qonaqlar Diasporla İş üzrə KOMİTƏDƏ
ADAU-nun elmi şurasında dərs ilinə hazırlıq müzakirə edilib
Xətaidə soyğunçuluq edən qohumlar saxlanılıb
Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
Bank Respublika nağd kreditlər üzrə faizləri endirdi
Elçin Quliyevin oğlu da hərbi xidmətə getdi
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”
Gürcü kəşfiyyatçı Cənubi Qafqazdakı ABŞ laboratoriyalarının sirrini açıb
İŞİD İraqda dinc sakinlərə hücum edib, ölənlər və yaralananlar var
İsrail İranın nəqliyyat təyyarəsini anqarda vurdu
AzNəşriyyatda MÜBHƏM QƏZETÇİLİK ruhu dolaşır - ANONS
Moskva Mettisi nüvə zərbəsi ilə hədələyib - Şok
ABŞ-ın ağır hərbi texnikası Litvaya gətirilib
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır
100 il əvvəl - Nuru paşa gəldi, Bakı daşnak-bolşevlərdən təmizləndi
2019-da buraxılış və qəbul imtahanlarında yeniliklər olacaq
İlham Əliyevdən vətəndaşlara XOŞ müraciət
Gürcüstan turizmdən ayda 441 milyon dollar qazanır
Beyləqan Rayonuna yeni Polis rəisi təyin olunub
Azərbaycan - İsrail əməkdaşlıq layihələri müzakirə edilib
Cümhuriyyət öz xilaskarını həbsdən necə qaçırdı?
15 sentyabr - Azərbaycanda Bilik günüdür
Müxalifət düşərgəsində İlqar Məmmədov qovğası
NURU PAŞAYA AĞIZ BÜZƏNLƏRƏ - "Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət"
BÜRCÜNÜZ – 15 sentyabr
Ermənistanda vətəndaş müharibəsi ola bilər
Bu gün Bakıda möhtəşəm parad keçiriləcək
Rza Zərrab niyə türmədə deyil?
Elmar Vəliyev oğlu ilə restoranda – Yeni FOTO
“Elçibəyə dil uzadanlar cavabını alacaq” – Toliki həbs gözləyir
Ağalarovların adı ABŞ-da şübhəli pul köçürmələrində hallandı

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11380] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00725] calend [0.00041] topnewsend [0.00326] rsssend [0.00000] ehgend [0.01771] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08395]