Amerikalı konqresmenlər Ermənistana niyə gəlib?

  • 26 sen 2017, 07:59

Plamen Peskov

Bolqar yazıçı, publisist, politoloq (Sofiya),

Mənim fikrimcə, Ermənistana gələn amerikalı konqresmenlər qarşıdan gələn sözdə Kürdüstan dövlətçiliyinin qurulması faktını Ermənistanın hərbi rəhbərliyinin diqqətinə çatdırmaq istəyirlər. Xəritəyə baxsaq, Ermənistan və indiki Türkiyə arasındakı sərhəd xəttinin çox hissəsini əhatə edən ərazidə yaşayan əhalinin 70 %-ni kürdlərin təşkil etdiyini görmüş olarıq. Yəni bu böyük ehtimalla gələcəkdə sözdə Kürdüstan ərazisinin tərkib hissəsi olacaq. Konqresmenlər müdafiə nazirindən xeyli aşağı statusa malikdirlər. Lakin onlar üçün müdafiə naziri Pax Americana – Pax Britanica və yerdə qalanların isə vassal, kaloniya və nəzarətində olan ərazilər olduğu anqlosakson birqütblü dünyada Ermənistan, Özbəkistan, Gürcüstan və ya Tacikistan – bu təxminən kaloniyalarla nəzarət altında olan ərazilərin mərkəzində dayanandır. Bolqarıstanda "Cənub axını” mövzusunun necə bağlandığını yada salıram: yenə də 3 amerikalı senator gəlmişdi – konqresmenlər yox, Aşağı palatanın üzvləri və nazirlərlə deyil, Bolqarıstanın baş naziri ilə görüşmüşdülər. Onlar kobud amerika tərzində əmrlər verir, hətta KİV qarşısında edilən çıxışları nəzarətdə saxlayırdılar ki, məhz onların dediyi kimi hərəkət edilsin. Burada yəqin ki, onlar Ermənistan müdafiə nazirinə qabaqdan gələn sözdə Kürdüstanın yaradılması ilə əlaqədar erməni silahlı qüvvələrinin sakitliyin təmin etmələri üçün göstəriş verməyə gəlmişdilər. Çünki Kürdüstanın yaradılması bütün dövlətlər eləcə də Ermənistan tərəfdən sakit qarşılana bilməz.

Lakin əsas zərər çəkən tərəflər regionun 4 dövləti (Suriya, İraq, İran, Türkiyə) olacaq və burada Kürdüstan kürdləri Kosovoda kosova albanlarının yerinə yetirdiyi funksiyaları görəcək. Onlar bu tapşırıqları yerinə yetirməlidirlər: 

1) Suriya, Türkiyə, İran, İraq və Çini asılı və gərgin vəziyyətdə saxlamalı, Çinin coğrafi baxımdan Kürdüstan torpaqlarından keçən "İpək yolu” planına nəzarət etmək, zərurət olduqda   hərbi yolla onu bağlamaq; 

2) siyasi və hətta hərbi yolla yuxarıda göstərilən 4 regional qüvvənin stabilliyini pozmaq; 

3) regionda həll oluna bilməyən etnik-hərbi düyün yaratmaq. Bunun üçün ABŞ həmişəki kimi  kürdlərin bir hissəsi qəsdən adları çəkilən 4 dövlət daxilində saxlayacaq, lakin 30-40% yəni az olan hissəsini. Bu ABŞ-a bütün millətlərarası konfliktləri idarə etmək və özlərinə lazım olanda regionda baş verən bütün proseslərdə hakim rolunda çıxış etmək imkanı verəcək.

ABŞ və Ermənistan arasında mümkün ola biləcək hərbi əməkdaşlığa gəlincə isə heç bir hərbi əməkdaşlıq mövcud deyil və olmayacaq da. Ancaq ABŞ-dakı erməni lobbiçiliyi vasitəsilə lobbiçilik fəaliyyəti mütləq şəkildə olacaq. Rusiyanın buna hüququ çatsaydı buna reaksiya verə bilərdi və verməli idi. Hələ ki Rusiya təmamilə nəzarət altında olan, xaricdən maliyyə-iqtisadi sahəsi yaxşı idarə olunan dövlət kimi ağıllı, faydalı və onun və geosiyasi müttəfiqləri üçün sərfəli olan qərar qəbul edə bilməz və hətta əsrlər boyu Rusiya imperiyası və Sovetlərin təsir dairəsində olan bu regionda özü üçün lazımi və sərfəli siyasət yürüdə bilməz. Rusiya öz bazasını Gümrüdə möhkəmləndirə bilər, bəlkə də edə bilməz. Ola bilsin Ermənistana silahlanma ilə bağlı yardım edə bilər, ola bilsin ki də edə bilməsin. Gələcəkdə yaradılacaq Kürdüstanın xaricində qalacaq kürdlərlə hər hansı diplomatik əlaqələr qurmağa çalışa bilər, bəlkə də bilməz. Bir sözlə Rusiya hələ birmənalı və anlaşılan mövqe sərgiləyə bilmir. Ona görə yox ki, regionda özünün və müttəfiqlərinin maraqlarını bilmir və ya dilə gətirmək, müdafiə etmək istəmir. Ona görə ki, Rusiya xarici faktorlardan və Rusiyanın rəsmi hakimiyyət institutlarından həddindən artıq asılı vəziyyətdədir.

Demokratik.Az

Oxşar xəbərlər