Demokratik TV
Xəbər lenti
İlham Əliyev Səudiyyə Kralına təbrik göndərdi
- 22 sen 2017, 19:18
Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik ünvanlayıb.
"Report”un xəbərinə görə, təbrik mətnində deyilir:
"Əlahəzrət,
Əziz Qardaşım,
Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər qardaş xalqlarımızın iradəsinə uyğun olaraq daim qarşılıqlı inam, etimad və dəstək ruhunda inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti