"İrəvan Bakı qarşısında mövqelərini itirdi" - Paşayan

  • 22 sen 2017, 18:05
Azərbaycan ərəb dünyası üçün Ermənistandan daha vacib dövlətdir.

Demokratik.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan-Diaspor Ümumerməni Forumunda çıxışı zamanı erməni eksperti Araks Paşayan söyləyib.

"Azərbaycan artıq Yaxın Şərq ölkələrini Ermənistanın aqressor olduğuna və Azərbaycanın torpaqlarını işğal etdiyinə inandıra bilib. Ermənistanın ərəb dünyasında mövqeləri 2000-ci ilə qədər güclü idi, amma indi Azərbaycan bizi ötüb. Bu ölkə indi ərəblər üçün Ermənistandan daha vacibdir”, – deyə o bildirib. 

 

Demokratik.Az 

Oxşar xəbərlər