Azərbaycan Myanmaya yardım edəcək

  • 08 sen 2017, 17:08

Myanmada Rohinya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan hökuməti tərəfindən humanitar yardım göstəriləcək.

FHN-dən verilən məlumata görə, humanitar yardım "SilkVey” aviaşirkəti vasitəsilə Rohinya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Demokratik.Az

Oxşar xəbərlər