Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:02 - 24.11.2017  
Əli Kərimlinin daha bir adamı ona qarşı çıxdı - Gizlinlər açılır
Tarix: 18-08-2017, 16:44 | Bölmə: Xəbərlər » Siyasət

AXCP sədrinin bir nömrəli cangüdəni Kərim Mehdiyev sensasion faktlar açıqladı

Əli Kərimlinin daha bir adamı ona qarşı çıxdı - Gizlinlər açılırAXCP sədri Əli Kərimli Avropa.info xəbər portalında dərc olunan yazılardan sonra özünün ifşa olunmasından narahatçılıq keçirərək videomüraciət yayıb. Bu müraciət yayıldıqdan dərhal sonra Əli Kərimlinin mühafizə xidmətinin sabiq rəisi, AXCP Ali Məclisinin üzvü Kərim Mehdiyev Avropa.info-ya müraciət edib.

Kərim Mehdiyev vaxtilə Əli Kərimli ilə çox yaxın olmuş bir şəxs kimi bəzi məsələlərə aydınlıq gətirilməsini özünə borc bildiyini qeyd edib. K.Mehdiyev qeyri-obyektiv görsənməmək üçün elə Əli Kərimlinin öz videomüraciətində sadaladığı "faktlar”a istinad edib.

Kərim Mehdiyev yazır:

"İlk növbədə qeyd edim ki, yazılanlar fərd kimi təkcə mənə aid deyil, bu Əli Kərimli tərəfindən aldadılmış, lakin satqınçılıq damğası ilə üzləşməkdən narahatçılıq keçirən yüzlərlə cəbhəçinin mövqeyidir.

Əli Kərimlinin daha bir adamı ona qarşı çıxdı - Gizlinlər açılır

Görüntünün olası içeriği: 10 kişi, şapka, açık hava ve yakın çekim

AXCP sədri elə rəy yaratmaq istəyir ki, partiya daxilində hər şey idealdır və hamı onun nağıllarına uyub bu gün-sabah hakimiyyətə gələrək vəzifə alacağı xəyalı ilə yaşayır”.

Kərim Mehdiyev daha sonra fikirlərinə belə davam edir:

Amma elə olsaydı, Əli Kərimlinin dələduzluğunu anlayan ən yaxın silahdaşları – Kərim Mehdiyev, Şahin Həsənli, Rövşən Quliyev, Fuad Mustafayev, Əbülfəz Qurbanlı, Kamil Vəli Nərimanoğlu, Sahib Kərimli və digərləri onun ətrafından uzaqlaşmazdılar və bu gündə AXCP-nin aparıcı simalarından biri olardılar. Diqqət edin insanlar ideya uğrunda mübarizə apararaq həbsxanaya düşür, övladları, valideyinləri ilə ünsiyyətdən mərhum olur, həyatının ən sevincli anı olan nikah mərasimini zindanda rəsmiləşdirir, Əli Kərimli isə vicdan əzabı çəkmədən belə övladlarının təhsili üçün xərclədiyi vəsaitin hesabatını xalqa verir.

Nə isə, qayıdaq Əli Kərimlinin videomüraciətinə. Xərclədiyi pul vəsaitləri ilə bağlı cəbhəçilər arasında gəzən şaiyələrin ictimailəşməsi ona o qədər yer etmişdir ki, həmin hadisədən 2 gün keçdikdən sonra dözməyərək öz əqidə yoldaşlarına yeni nağıllar uydurmağa başlamışdır. Diqqət edin, bu insan özünü təmizə çıxarmaq üçün hansı vasitələrdən istifadə edir. Birinci, korrupsiyaya uğramış hakimiyyəti tənqid edirmiş kimi hədəfi özündən uzaqlaşdırmağa çalışır, sonra isə diqqət yetirin – özünü müdafiə üçün ailə üzvlərini önə çəkir. Gah həyat yoldaşının evini sataraq əldə etdiyi pulu oğlunun təhsilinə yönəltdiyini, gah oğlunun yüksək məvacib alaraq bacısının təhsilinə kömək etdiyini, gah da qızının yay tətilində işləyərək ailsənə maddi yardımlar göstərdiyini bildirir.

Əli bəyi qınayası deyil, bu instinktiv (yəni insanın özündən asılı olmayan, şüuraltı surətdə həyata keçən) müdafiə mexanizmidir və psixologiya elmində onun adı rasionalizasiyadır. Psixologiya elmindən az-çox anlayışı olan hər bir şəxs Əli Kərimlinin çıxışının özünümüdafiə mexanizminin elementi olduğunu təsdiqləyə bilər. Yəni loru dildə desək – "qara məni basınca mən qaranı basım” və ya "ən yaxşı müdafiə hücumdur”.

Əli bəy, uşaqlarınızın təhsili ilə bağlı o qədər saxta faktlar sadalamaqdansa elə birdəfəlik deyərdiniz ki, hamı oğurlayır, mən də oğurlayıram. Yoxsa həyat yoldaşımın Ayaz Mütəllibov dövrü gənc mütəxəssis kimi aldığı evi satıb oğlumun təhsilinə xərcləmişəm nağılına yalnız siz və ətrafınızdakılardan başqa heç kim inanmır. Tutaq ki, gənc mütəxəssis kimi həyat yoldaşınıza Ayaz Mütəllibov dövrü 1 otaqlı, lap olsun 2 otaqlı ev veriblər və siz həmin köhnə mənzili 80 min manata satmısınız. Biz yox, özünüz deyirsiz ki, oğlunuz Bristol Universitetinin "Hüquq” fakültəsini bitirib. Google-da axtarış versək həmin ali məktəbin siz dediyiniz fakültəsində 1 illik təhsil haqqının 30 min funt sterlinqdən aşağı olmadığını görərik. Yəni 5 ilə 150 min funt sterlinq (330 min manat) + 5 il ərzində minimum 42 min funt (92 min manat) dəyərində kirayə və yemək xərclərini. Bu yalnız Londonda bir uşağın üzdə görsənən xərcləridir. Hər iki uşağın Bakıdakı təhsil haqlarını və Britaniyadakı xərclərini əlavə etsək görsənən xərclər 1 milyon manatı keçəcək (gizli məsrəfləri də nəzərə alsaq, xərclər 2 milyon manatı ötür).

Kərim Mehdiyev AXCP sədrinin Avropa Məhkəməsindən əldə etdiyi maliyyə ilə bağlı dediklərinə diqqət çəkir:

"İndi baxaq sizin səsləndirdiyiniz rəqəmlərə. Avropa Məhkəməsindən əldə etdiyiniz 46 min avronu (siz dediyiniz kimi 100 min manat) da satdığınız mənzilin pulunun üstünə gəlsək 180 min manat edir. Deputat olduğunuz 1995-2005-ci illər ərzində, özünüz dediyiniz kimi aldığınız yüksək əmək haqqı ilə, hətta yeməyib-işməsəniz də belə yerdə qalan 1 milyondan artıq vəsaiti ödəmək mümkün deyildi.

Yeri gəlmişkən, özünüz-özünüzü təhrif edirsiniz. Gah deyirsiniz qızım 1-ci kursda oxuyur, gah da deyirsiz onun tələbə yoldaşlarının çətin tədris ilindən sonra istirahət etməsinə baxmayaraq o, tələbə vizası ilə işləyir. Hələ 1-ci kursa daxil olan insanın tələbə yoldaşlarının olmasını və çətin tədris ilindən yorulmasını sizdən eşidirik. Yəqin belə demək istəmisiniz: "Qızım 4 illik təhsili başa vurub və hazırda magistraturanın 1-ci kursundadır”. Belə demək əlverişli deyil axı, çünki bu o deməkdir ki, cəbhəçiləri tilsimləyərək, onların hesabına qazandığınız əlavə 70-80 min funt sterlinq də (200-220 min manat) ortaya çıxacaqdır.

Yaxşı, bütün cəbhəçilər sizin öz mənzilinizi sataraq, Avropa məhkəməsindən aldığınız pullar və deputat maaşı ilə övladınızı oxutdurduğuna inandı. Bəs bu qədər imkanınız ola-ola sizə maddi kömək üçün müraciət edən onlarla cəbhəçini "pul yoxdur” deyərək əli boş yola salmağınızdan utanmırsınızmı? İndi də etiraf edirsiniz ki, heç demə pul varıymış, amma əqidə yoldaşlarım üçün deyilmiş. Elə çıxır ki, öz dediyiniz kimi sizə maddi köməklik göstərən əqidə yoldaşlarınız özünüzdən daha mənəviyyatlı və dürüstimişlər. Onlar sizə köməklik göstərir, amma hakimiyyət tərəfindən şərlənərək zindanlara atılan onlarla cəbhəçi, onların körpə balaları üçün "pul yoxdur” deyərək yola verirsiniz.

Özünüz dediyiniz səxavətli əqidə yoldaşlarınızla və dostlarınızla bağlı "AXCP-nin "Yurd” həqiqətləri” kitabında hələ 2003-cü ildə görün nə yazılır.

Yeri gəlmişkən, cəbhəçilərin pullarını oğurlamaq sizə və yaxın ətrafınıza xas olan bir ənənə olduğunu elə həmin "Yurd həqiqətləri”ndən oxuya bilərik. Görün zaman keçdikcə siz necə də dəyişməmisiniz, Əli bəy. Elə həmin dələduz və fırıldaqçısınız. Sadəcə dəyişən ətrafınızdakı insanlar olub və bu səbəbdən yeni gələnlər köhnə xislətinizdən bixəbər olduqları üçün sizə inanıb və öz xəyallarının tərəfinizdən zorlanmasına qeyri-ixtiyari olaraq razılıq veriblər.

Və yaxud görün 2000-ci ildə AXC-AXCP-nin vəsaitləri və əmlaklarından Əli Kərimlinin nəzarətsiz və şəxsi məqsədləri üçün istifadə etməsini araşdıran xüsusi komissiyanın qərarının 6-cı bəndində nə deyilir:

Necə olur ki, 1995 və 2000-ci il parlament seçkilərində Milli Məclisə düşə bildiniz, amma sonrakı dövrlər yox. Bəli, özünüz dediyiniz kimi hakimiyyət mandatınızı oğurladı və buna görə Avropa Məhkəməsinə müraciət etdiniz. Sual olunur, bəs əvvəl niyə oğurlamırdı?”.
K.Mehdiyev 2000-ci illərdə Türkiyədə Yavuz Bülent Bakiler tərəfindən hazırlanmış "E.Elçibey” dərgisində bu suala aydınlıq gətirən məlumatları heç bir şərh vermədən diqqətə çatdırıb:

"Öz videomüsahibənizdə 1993-cü ildə sizə verilmiş 3 otaqlı evdən danışırsınız. Baxın görün tarix bu barədə nə deyir. Heç bir şərh vermədən həmin mənzil və 1994-cü il 10 sentyabr mitinqində sizin polis tərəfindən saxlanılmağınızla bağlı "Yurd həqiqətləri”ni diqqətinizə çatdırıram.

Əli bəy, yekunda bir sual. Deyirsiniz oğlunuz ali məktəbi bitirib və hazırda işləyir. Özünü müxalifət lideri adlandıran və korrupsioner hakimiyyətdən fərqli olaraq xalqa nümunə göstərən bir şəxsin övladı hərbi xidmətə gedibmi? Əgər getməyibsə, onun xidmətdən yayınmasını daim sizi əzən və hüquqlarınızı tapdalayan yırtıcı hakimiyyətlə necə razılaşdırmısınız?”

Xəbər 570 dəfə oxunub






Oxşar xəbərlər

“Reket jurnalistlər”in istintaqı yekunlaşdı - Məhkəmə başlayır
Eldar Mahmudovun şok cinayətləri - generalların dili ilə
ABŞ-la Türkiyəni üz-üzə qoyan adam - Rza Zərrab
Tənzilə Rüstəmxanlı Brussel forumundan yazdı
Tağı Əhmədov adı “qara siyahı”da
Yer kürəsinə həyat kosmosdan ötürülüb - ŞOK
Putin Əsədi "SATDI"? – Ərdoğan hər şeyi DANIŞDI
Günün ulduz falı - 24 noyabr
Pentaqon Yaxın Şərqdə hərbi gücünü artırır
Sumqayıtda cinayətkar “zek” yaxalandı
Şairimiz şaman duasından dar ağacına gedir
Türkiyə, Rusiya və İran ittifaqına bu ölkə də qoşulur
Gədəbəyin icra başçısı yeni “Müsibəti-Fəxrəddin”“yazır”
Dilqəm və Şahbazdan xəbər var
MTN generalları məhkəmədə ifadə verdi
Vaxtsız ölən azərbaycanlı jurnalistlər - FOTOLAR
"Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır" - Prezident
Milli Məclisin saxlanması neçəyə başa gəlir?
Nizaməddin Quliyev özünü Heydər Əliyevə oxşadır (FOTO)
8 baldan yuxarı 20 zəlzələ proqnozu
Qaraqoyunlu, Ağqoyunlu dövləti olmayıb... – Tarixçi
ADAU komandasının layihəsi birinci yerə layiq görülüb
Azərbaycanda 120 min erməni yaşayır
Yağış yağacaq – PROQNOZ
Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi
Deniz Seki yenə məhkəmə qarşısına çıxacaq
Bu məmurlara xidməti maşın veriləcək
İngiltərədə Rusiya təyyarələrinin uçuşu niyə qadağa edildi?
Saç erkən ağarırsa - səbəbləri
Qənirə Paşayeva bankları tənqid edib
“Palmali"də erməni işləyə bilməz” deyən soydaşımıza - Erməni tələsi
Əflatun Amaşovun parlamentdəki çıxışı - MƏTN
Ayaz Mütəllibovdan ilginc vertolyot qəzası açıqlaması
Türkiyədə FETÖ əməliyyatı: 134 həbs
Rəsulzadənin xanımının məzarı tapıldı (FOTOLAR)
“Səhiyyəyə ayrılan xərcləri artırmaq lazımdır”
Nazir yazdı: "20 hakimin səlahiyyətinə xitam verilib"
Fədayə Laçından YENİ XƏBƏR
Tarixdə bu günün hökmü - 22 noyabr
Bu məmurlar vəzifələrini itirdilər- FOTO
Putinlə Tramp nədən danışıbar? - AÇIQLAMA
“Bəzi nazirlikləri ləğv etmək vaxtıdır” – Zahid Oruc
“QARABAĞ DANIŞIQLARI TEZLİKLƏ BAŞA ÇATMAYACAQ” – Lavrov
Azərbaycan və Rusiya müxalifəti:fərqli və ortaq cəhətlər
Qətər dünyanın ən varlı ölkəsidir
Çovdarov niyə bəraət istəyir?
İlqar Məmmədovun taleyiilə bağlı kritik həftə
Dövlət müşavirləri vəzifəsi ləğv edildi
"Bu avtomobilləri artıq yol polisi saxlamır" açıqlama
İŞİD Əfqanıstana doluşur - yeni hədəf
Ərdoğan Rza Zərrabın həbsini TƏLƏ adlandırır
Mübariz Mənsimov KİV-lərə səsləndi - NİYƏ RUSCA?
Azərbaycan İslam ölkələri mediasının diqqətində
Ermənilər 4 günə nə qədər vəsait topladı?
İqtisadiyyat nazirindən mənzili olmayanlara müjdə
Əli Həsənov Brüsseldə separatizmin təhdidindən danışıb
AÇIQLAMA: “Azərbaycan az borcu olan 10 ölkədən biridir”
Baş nazirimiz parlamentdə - büdcə zərfinin müzakirəsində
“Balıq Hafiz”dən namizəd çıxar, “Quska”dan yox?
Deputatlar hansı benzindən istifadə edir? - SORĞU
Qara Kənd Faciəsində kimləri itirmişik? - VİDEOXƏBƏR
Azərbaycanlı tələbə Rusiyada vəhçicəsinə döyüldü
AZƏRBAYCANLI MÜĞƏNNİLƏRİN TOY QİYMƏTLƏRİ – SİYAHI
AST Telman danışdı: “Nəvələrimə deyirlər ki, babanız qatildir”
Putinlə Bəşər Əsəd görüşdü Soçidə
“20 noyabr faciəsinin sirlərini hələ də açmamışam,..” Mütəllibov
Tarixdə bu günün hökmü - 21 noyabr
Məşhur aktrisanı öldürənə 1,5 milyon dollar veriləcək
Abbas Bağırovun toyundan - Fotolar
Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Bütün xəbərlər

2017-XORUZ İLİNDƏ NƏLƏR OLACAQ?
love HƏR ŞEY XORUZ KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.08801] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00662] calend [0.00041] topnewsend [0.00334] rsssend [0.00000] ehgend [0.00533] tagsstart [0.00041] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07118]