Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:47 - 14.12.2018  
ABŞ sanksiyaları Azərbaycanı da “vurdu”... - Tehrandan 2 antitürk qərarı
Tarix: 12-08-2017, 09:25 | Bölmə: Xəbərlər » Siyasət

Din və qan qardaşımızdan etibarsız gediş;Konqresin İran və Rusiya əleyhinə sərt sanksiyaları cənub qonşumuzu da hərəkətə gətirdi və... yada dərhal Güney amili düşdü; Ruhaninin yeni hökumətdə azərbaycanlılara portfel verməməsi və parlamentdə türkdilli fraksiyanın ləğvinin səbəbi...

ABŞ sanksiyaları Azərbaycanı da “vurdu”...İranda ikinci dəfə ölkə prezidenti seçilən Həsən Ruhani formalaşdırdığı yeni hökumətdə bir etnik azərbaycanlıya belə, nazir portfeli verməyib. Məlumat onun andiçmə mərasimindən sonra üzə çıxıb. Bu, İran əhalisinin az qala, yarısını təşkil edən Azərbaycan türklərinə qarşı, yumşaq desək, etimadsızlığın daha bir təzahürü sayıla bilər.


Maraqlıdır ki, bundan bir neçə gün sonra - dünən məlum olub ki, İran parlamentində təsis edilmiş Türk Bölgələr Fraksiyası "türk sözünün yaratdığı həssaslıqlar” səbəbi ilə buraxılıb. Yəni ləğv olunub. Axar. az xəbər verir ki, bu barədə məlumatı Təbriz, Azərşəhr və Üskünün millət vəkili Şəhabəddin Bimiqdar deyib.


Onun sözlərinə görə, Türk Bölgələri Fraksiyasının canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət yeni fraksiya yaradılacaq. "Bilmirəm, ”türkdillilər" sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar", - deyə o əlavə edib.


İran parlamentində ilk dəfə Türk Bölgələri Fraksiyası 2016-cı ilin oktyabrında təsis edilib. 100 deputatdan çox üzvü olan fraksiyanın türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradıldığı bildirilirdi.
İndi isə belə bəlli olur ki, sırf iqtisadi, məişət və təhsil problemləri ilə məşğul olan bir fraksiya da Tehranda qıcıq yaratmağa başlayıb. Gerçəkdənmi "türk”, "türkdilli” sözlərinə görə? Belədirsə, nədən bir il öncə fraksiya qıcıq yaratmırdı?


Burdaca qeyd edək ki, son vaxtlar İranda türk toplumuna qarşı həqarətedici yazılar və hücumlar da artıb. Yenə sual: görəsən niyə? Baş verənlər təsadüfmü, yoxsa?


***


Yəqin ki, yox. Suallara cavab axtarmaq üçün ən əvvəl İran ətrafında baş verən və cərəyan edən proseslərə diqqət eləmək lazım gəlir. Məsələ də ondadır ki, İranda Güney türkləri ilə bağlı verilən hər iki neqativ qərar ABŞ-ın İran, Rusiya və Şimali Koreya əleyhinə təzəcə qəbul elədiyi sanksiyalar qanunundan az sonraya təsadüf edir.


Məlumdur ki, Moskva kimi Tehran da uzun on illər qüvvədə olacaq bu qanuna qarşı bərk qəzəblidir. Həm də o səbəbə ki, həmin sanksiyalar paketinin daha bir hədəfi Rusiya və İranı daxildən zəiflətmək və daha sözəbaxan ölkəyə çevirməkdir. Rəsmi Tehran isə həmişə daxildəki türk amilindın ehtiyatlanıb.


Elə bir çox əcnəbi təhlilçilər də son zamanlar ABŞ-ın yeni administrasiyası (respublikaçılar) dönəmində İran daxili amillərin, o sırada Güney Azərbaycan faktorunun gündəmə daşına biləcəyi haqda proqnozlar səsləndirməyə başlayıblar.


Bu üzdən nə qədər "islahatçı” imici olsa da, Ruhani hökuməti də belə görünür, türk faktorundan "sığortalanmağa” və "ön tədbirlər” görməyə başlayıb. Belədirsə, o zaman yaxın zamanlarda İranda milli-mədəni fəallara qarşı repressiv addımların artacağını da proqnoz eləmək olar. Ruhaninin son prezident seçkiləri zamanı konstitusiyanın 15-ci maddəsinin (türk və digər dillərin daha fəal istifadəsini nəzərdə tutur) tətbiqi ilə bağlı güneylilərə verdiyi vəd də artıq unudulmuş sayıla bilər.


***


ABŞ-ın yeni sanksiyalarından söz düşmüşkən, bu sanksiyalar bütövlükdə Tehran-Bakı əlaqələri üçün də yeni sınaqlar, hətta diskomfort yarada bilər. Ona görə ki, Azərbaycan Güneydəki bu və digər repressiv hərəkətlərə rəğmən, həm İranla, həm də ABŞ-la tərəfdaş münasibətlər saxlayan ölkədir.


Bu gün İran-Azərbaycan iqtisadi-ticari əlaqələri yüksəliş dövrünmü yaşayır. Eyni zamanda kommunikasiya, humanitar, səhiyyə sahələri üzrə iki ölkə arasında bir sıra ortaq layihələr (Şimal-Cənub nəqliyyat dəhlizi, Naxçıvanı Bakı ilə birləşdirəcək dəmiryolu, Azərbaycanda dərman zavodlarının, Araz çayı üzərində SES tikintisi və s.) həyata keçməkdədir. Bu ortaq iş birliyindən sözsüz ki, İran da böyük mənfəətlər götürəcək və götürür.


Bu mənada Azərbaycan İran üçün də vazkeçilmız bir tərəfdaşa çevrilib yazsaq, yanılmarıq. Ancaq o da aydındır ki, Azərbaycan öz balanslı xarici siyasət kursuna sadiq qalaraq ABŞ-la tərəfdaşlıq əlaqələrini də heç bir halda zəiflətməyəcək - Bakı-Tehran əlaqələrinin hansı səviyyəsində olmasından asılı olmayaraq. Ona görə ki, Azərbaycanın müstəqil dövlət kimi varlıq qarantlarından biri məhz ABŞ-la, Qərblə əlaqələrə bağlıdır. Əks halda Rusiya və İran müstəqilliyimizə çoxdan son qoymuşdu.

ABŞ sanksiyaları Azərbaycanı da “vurdu”...


Unutmayaq ki, SSRİ dağılandan sonra İran və Rusiya Azərbaycanın müstəqilliyini heç də Türkiyə, Pakistan kimi birinci sırada tanıyan dövlətlər olmayıb. Moskva və Tehranın Azərbaycan dövlətçiliyinə münasibətini onların Dağlıq Qarabağ məsələsində tutduğu mövqe ilə bir daha təsdiqlənir: hər iki ölkə işğalçının yanındadır. İran isə ermənilərə daim gizli rəğbət bəsləyib və bu gün də işğalçı üçün nəfəslik rolu oynamaqdadır, Qarabağ məsələsində Tehran rəsmiləri hətta ara-sıra sürüşkən, ikibaşlı bəyanatlar verirlər. Ötən ilin sonunda Ruhani İrəvana səfər də edib.


***


Sadalananlar rəğmən, Bakı komplementar xarici siyasət kursunu yəqin ki, davam etdirəcək. Ən azı, iona görə ki, İran və Rusiya ilə normal qonşuluq əlaqələri saxlamağı milli maraqlarımız diktə edir.


Siyasət şöbəsi

Xəbər 1213 dəfə oxunub






Oxşar xəbərlər

Ərdoğanla Tramp arasında razılaşma əldə olundu
Prezident onlara general rütbəsi verdi (SİYAHI)
Tramp soyadını dəyişmək istəyir
"Maşın Şou"da səsverməni Murad idarə edir - SƏSYAZISI
Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl
Mafioz, xeyriyyəçi yoxsa siyasi OYUNBAZ?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…
Azərbaycanda yeni dövlət qurum yarandı (FƏRMAN)
Ruhi: “Gəldiyimi eşidən kimi Sibel Can məni..”
Londonda “sarı jiletlilər” “Vestminstr körpüsü”nü bağlayıb
Prezident Türkiyənin xarici işlər nazirini qəbul edib
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür
“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...
Ucarda bir ailə kömək istəyir - EVLƏRİ UÇUB
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
Bakıda "BMW" yandı - VİDEO
İşçilərin sayı artdı – Maaş 540 manata çatıb
Eldar Əzizov Atatürk parkını niyə “şumlayır”? - Açıqlama
“İnşaat Konstruksiyaları” MMC barədə CİNAYƏT İŞİ BAŞLANDI – Rəsmi
AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq
"iPhone"un Çində satışına qadağan qoyulub
Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
Köçəryanın vəkili azərbaycanca danışdı: “Bilmirəm”
Şabranda evdən 2900 manat oğurlanıb
Poroşenko Rusiya ilə dostluğu bitirdi - ŞOK
Mirismayıl Xələfli pedofildirmi? /Etiraf, İttiham və özünü təkzib + VİDEOSÜJET
Fransa etirazlarında Rusiya izi araşdırılır
"Onlar şərəfsizdirlər” - Ərdoğandan - VİDEO
PLAGİAT QALMAQALI: “Axı bu, oğurluqdur, fakt göz qabağındadır”
Qubada tələbə itkin düşüb
Göygöl SSİ-nin rəisinə cinayət işi açıla bilər
Avtomobillərdən oğurluq edənlər yaxalanıblar
Ramil Usubov polkovnik-leytenantı rəis təyin etdi
Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər
Çanaqqalada ağır yol-nəqliyyat hadisəsi baş verib
“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb
Acunun Serenaya baxışları müzakirələrə səbəb oldu – Foto, Video
"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi
MİLLİ MƏCLİS Parlamentin 100 illiyini niyə qısa andı? - VİDEO
“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar
Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12482] initstartout [0.00017] initstartin [0.00092] calstart [0.01561] calend [0.00063] topnewsend [0.00395] rsssend [0.00000] ehgend [0.00779] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09499]