Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:03 - 22.10.2019  
Putin ABŞ-ın atdığı “əlcəyi” götürdü – 5 hədəf, biri də Qarabağ...
Tarix: 3-08-2017, 10:37 | Bölmə: Xəbərlər » Siyasət

Böyük güclərin bir-birinə əzələ nümayişi – kritik gəlişmə; Vitse-prezident Maykl Pensin Tiflisdən verdiyi hədələyici bəyanatdan bir həftə sonra Rusiya prezidenti işğal altındakı Abxaziyaya gedəcək; Kreml başçısının "dal qapı”dan Gürcüstana girməsi Bakıya da mesajdır?..


Putin ABŞ-ın atdığı “əlcəyi” götürdü – 5 hədəf, biri də Qarabağ...ABŞ-Rusiya münasibətlərində kritik gərginlik artan xətlə davam edir. Ancaq belə görünür ki, gərginlik hələlik pik həddinə çatmayıb. Bunu tərəflərin davranışlarından da sezmək mümkündür. ABŞ-ın vitse-prezidenti Maykl Pensin iki gün öncə Tiflisə səfər eləməsi bu qənaətə şübhə yeri saxlamadı.


"Yeni Müsavat” ötən sayında xəbər verdiyi kimi, Pens səfər çərçivəsində həm də NATO təlimlərini izləyib və istər Gürcüstan, istərsə də bütövlükdə bölgənin taleyi üçün böyük önəm daşıyan bəyanatlar səsləndirib. Eyni zamanda sanki Rusiyanı daha çox qıcıqlandırmaq üçün məhz Tiflisdə elan edib ki, prezident Donald Tramp artıq Moskvaya qarşı sərt sanksiyalar qanunu imzalayıb.


Bu harasıdır, ABŞ-ın 2-ci şəxsi Tiflisdə Gürcüstanı Amerikanın əsas strateji tərəfdaşı adlandırıb, ölkəsinin Gürcüstanın ərazi bütövlüyünü və NATO-ya üzvlüklə bağlı səylərini dəstəklədiyini bəyan edib, habelə Vaşinqtonun Abxaziya və Cənubi Osetiyanın işğalı ilə heç vaxt barışmayacağını bəyan edib. "Biz Gürcüstanda təhlükəsizliyin güclənməsi ilə bağlı səylərimizə sadiqik. ABŞ Gürcüstanla münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə hazırdır”. Bunu da Pens deyib. 
Yəni faktiki surətdə ABŞ Azərbaycanın qərb qonşuna hər növ təhlükəsizlik təminatı verib. Ən önəmlisi odur ki, M.Pens Gürcüstandan - Rusiyanın "burnunun ucu”ndan Kremlə hədələyici mesajlar göndərib, ona "əlcək” atıb.


Əlbəttə ki, söhbət ilk növbədə Gürcüstana qarşı Rusiya təhlükəsi əleyhinə ABŞ təminatından gedir - o Rusiya ki, Gürcüstanın bir hissəsini illərdir işğal altında saxlayır, o Rusiya ki, 2013-cü ildə sülhməramlı libasını soyunaraq, Abxaziya və Cənubi Osetiyanı işğal edib və bu iki separatçı qurumun müstəqilliyini birtərəfli qaydada tanımaqla oradakı işğalçı Rusiya ordusuna legitimlik statusu verməyə çalışır.


***


Maraqlıdır ki, Gürcüstanda NATO təlimlərinin davam etdiyi vaxtda və M.Pensin səfərindən sayılı günlər sonra Rusiya prezidenti Vladimir Putinin Gürcüstana - daha doğrusu, işğal altındakı Abxaziyaya gedəcəyi xəbəri yayılıb. Bu barədə informasiyanı RBK saytı özünün etibarlı mənbələrinə istinadən yayıb. Səfər 2008-ci il Gürcüstan-Rusiya "5 günlük” müharibəsinin başlama tarixinə - 8 avqusta təsadüf edəcək. Qısa ziyarət çərçivəsində Putin Abxaziyanın "prezidenti” Raul Xacimba ilə görüşəcək.


Qeyd edək ki, prezidentin mətbuat katibi Dmitri Peskov səfərlə bağlı sualı cavablandırmayıb. Bu isə o deməkdir ki, ziyarət, hər halda, baş tutacaq. ABŞ vitse-prezidentinin hay-küylü Gürcüstan səfərinə cavab xarakterli gedişin zəruriliyi bu qənaəti gücləndirir ki, azaltmır. Artıq rəsmi Tiflis Putinin səfəri ilə bağlı sərt bəyanat yayaraq, bunu Pensin səfərinə cavab reaksiyası kimi qiymətləndirib. Putin bundan əvvəl Abxaziyada 2013-cü ildə olub.

 

***


Putin Gürcüstana "arxa qapı”dan səfər eləməklə ən azı 5 hədəf güdür:


1. Vurğulandığı kimi, bu, öncəliklə ABŞ-ın Gürcüstanda (Cənubi Qafqazda) möhkəmlənmək və onu öz nüfuz dairəsinə salmaq səylərinə və siyasətinə cavabdır;


2. Pensin konkret Tiflis bəyanatlarına və orada davam edən NATO təlimlərinə cavabdır. ABŞ-a mesajdır ki, Rusiya heç bir halda bölgədəki maraqlarından geri çəkilməyəcək;


3. Səfərin məhz "5 günlük” müharibənin başladığı günə - avqustun 8-nə salınması da təsadüfi deyil və Kremlin postsovet məkanında işğalçılıq siyasətinin davam edə biləcəyinə vurulan aydın işarədir (az öncə Cənubi Osetiyada Bakı-Supsa neft kəmərinin bir hissəsi işğalçı rus hərbçiləri tərəfindən nəzarətə götürülmüşdü);


4. Bu, həmçinin postsovet məkanındakı separatçı rejimlərə Moskvanın aşkar dəstəyinin bir nümayişidir. Deməli, belə bir mesajdan Azərbaycana da pay düşür. Yeri gəlmişkən, Putindən az öncə Rusiya baş nazirinin müavini Dmitri Roqozin Moldovanı Dnestyanı bölgədəki separatçı rejimlə, "200 minlik Rusiya vətəndaşı” ilə hədələmişdi;


5. Nəhayət, Gürcüstanda NATO təlimləri gedə-gedə Putinin Gürcüstana gəlməsi ABŞ-a, Qərbə özünəməxsus güc nümayişidir, Pensin atdığı "əlcəyi” götürməkdir.


***


Maraqlıdır ki, bu arada hətta Rusiya hakimiyyətinə loyal siyasi qüvvələrin Putinə təzyiqi artmağa başlayıb. O sırada Kremlin "danışan dilləri”ndən olan Vladimir Jirinovskinin son açıqlaması təəccüblü olmaqla yanaşı, diqqətçəkicidir. Jironovski deyib ki, hazırkı Rusiya hakimiyyəti artıq özünü tükədib (axar.az).


"Mən Kremlə getmək üçün prezident seçkisini gözləməməliyəm. Əgər hazırkı hökumət hakimiyyətdə qalsa, heç nə edə bilməyəcək. Ona görə ki, hökumət artıq özünü tükədib. Mən Kremlə getsəm, Ukraynada dərhal nizam bərpa olunacaq. Qiyamçılar Kiyevə qədər gedəcəklər. Yaxın Şərqdə nizam bərpa olunacaq. Biz Suriya prezidentinə bütün xarici qoşunları öz ərazisindən çıxarmasına kömək edəcəyik. Biz Çinlə danışıb, koreyalıları birləşdirəcəyik. Yeni Koreya bütöv və nüvə silahsız olacaq. İndiki hökumət bunları edə bilməz”, - deyə Jirinovski aqressiv tonda bildirib.


Həm Putinin Abxaziya səfəri, həm də Jirinovskinin bu bəyanatı Rusiya siyasi isteblişmentində ABŞ və "Yaxın xaric”lə bağlı nə dərədəcə böyük gərginliyin, qəzəb və aqressiyanın yaşandığını bir daha təsdiqləyir. Ancaq bu arqressiya ən əvvəl Rusiyanın özünə ziyan vuracaq. Çünki məsəl var, deyərlər, "Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”.


Siyasət şöbəsi

Xəbər 1753 dəfə oxunub






Oxşar xəbərlər

Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!
Elmar Vəliyevi ölümdən xilas edən cangüdəni danışdı
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-ya gəlib
"AZƏRSU ASC"-yə qarşı şikayət davam edir - MƏKTUB
Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [1.13687] initstartout [0.00028] initstartin [0.00147] calstart [0.04581] calend [0.00104] topnewsend [0.01951] rsssend [0.00000] ehgend [0.03832] tagsstart [0.00118] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [1.02918]