Qənirə Paşayeva mükafatlandırılıb

  • 25 iyul 2017, 19:46

 

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayevaya Aksaray vilayətinin fəxri vətəndaşlıq statusu verilib. Lent.az xəbər verir ki, millət vəkilinə fəxri vətəndaşlıq Aksaray bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib. Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı bildirib ki, Q.Paşayeva Türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında hər zaman Türkiyəyə dəstəyi, Aksarayın tanıdılmasındakı xidmətlərinə, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla Türkiyənin Aksaray vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Aksarayın Fəxri Vətəndaşlığına layiq görülüb.

 

 

Qeyd edək ki, Q.Paşayevaya qədim Kapadikyanın(Uçhisar) da fəxri vətəndaşlığı verilib.

Oxşar xəbərlər