Ermənilər kimə arxalanır? - "Digər 6 dövlət də..."

  • 11 iyul 2017, 09:31

Ermənistan danışıqlar prosesində konstruktiv mövqeyə gəlmir və təxribat törətməklə prosesi uzatmağa çalışır.

Bu sözləri millət vəkili Rövşən Rzayev son prosesləri şərh edərkən Şərq.az-a açıqlamasında deyib. O bildirib ki, düşmən öz niyyətindən əl çəkmək istəmir:

"Təbii ki, danışıqların uzanması və ermənilərin təxribatları Azərbaycanı qane etmir. 2 yaşlı Zəhranın qətlindən sonra ölkə başçısı, birinci vitse-prezident, Prezident Aparatının rəhbəri, deputatlar və rəsmi şəxslər də öz fikrini səsləndirdi. Bu problemləri gizlətmək üçün Ermənistan təxribat xarakterli addımlar atıb, diqqəti yayındırmağa çalışır. Bütün bunları dəstəyi olmazsa, edə bilməz. Düşünürəm ki, yaxın zamanda hər şey öz yerini tutacaq. Azərbaycan düzgün mövqedədir. Öz torpaqlarını sülh yolu işğaldan azad etməkdə israrlıdır. Bunun üçün beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

Azərbaycanın istəyi ondan ibarətdir ki, problemimizi sülh yolu ilə həll edə bilək və bölgədə gözlənilməyən münaqişələrdən uzaq duraq. Amma Ermənistan buna hələlik hazır deyil.

Böyük dövlətlər də öz mövqelərini səsləndirməyi bacarmalıdır. Yaxşı olar ki, Ermənistanla bundan sonra Minsk qrupu çərçivəsində aparılan danışıqlarda tək həmsədrlər deyil, qalan üzvlər də iştirak etsin. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün digər 6 dövlətin də mövqeyini səsləndirməsi vacib amildir”.

Demokratik.Az

Oxşar xəbərlər