Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:40 - 25.05.2019  
Akif Nağı: “Lapşin səmimi deyil, ağ yalan danışır”
Tarix: 3-07-2017, 09:18 | Bölmə: Xəbərlər » Siyasət

Akif Nağı: “Lapşin səmimi deyil, ağ yalan danışır”Ötən həftə erməni işğalı altında olan Qarabağa qanunsuz səfər edən və Azərbaycanın bütövlüyünə qarşı çağırışlar səsləndirdiyi üçün Belarusda tutularaq ölkəmizə gətirilən bloger Aleksandr Lapşinlə bağlı məhkəmə istintaqına start verildi. Bakı Ağır Cinayətlər Məhkəməsində başlanan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə Aleksandr Lapşin özünü təqsirli bilmədiyini deyib.

Məhkəmə ona sərbəst ifadə verməsini təklif edib. Lakin A.Lapşin suallara cavab vermək istədiyini söyləyib. Dövlət ittihamçısının suallarını cavablandıran A.Lapşin bloger olduğunu, turist kimi iki dəfə Qarabağa səfər etdiyini deyib. Dövlət ittihamçısını "işğal altında olan ərazilərin Azərbaycana məxsus olduğunu bilirdinizmi” sualına cavabında A.Lapşin "O ərazilər Azərbaycana məxsusdur” deyib: "Həmin ərazilərin Azərbaycana məxsus olduğunu internet vasitəsi ilə öyrənmişəm. Onda bildim ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Qarabağa gedəndə Azərbaycan tərəfinə heç bir müraciət etməmişəm. İşğal olunmuş ərazilərdə olarkən oteldə qalmışam. Heç kimlə əlaqə saxlamamışam. Məni Qarabağda müşayiət edən qara saçlı şəxs idi. Orada olarkən Ermənistan tərəfinin rəhbər şəxslərindən heç kəslə görüşməmişəm. Səfərim barədə məqalələr yazmışam. Öz turistlik təəssüratlarımı yazmışam. Hər iki xalqa hörmətim var. Həmin videoları mən və digər şəxslər də çəkib. Özümün çəkmədiyim videolarda görüntülərdə varam. Həmin vaxt Georgi Artyonov və onun həyat yoldaşı Yuliya da yanımda olub. Mən yazılarımda Dağlıq Qarabağı coğrafi ərazi kimi göstərmişəm. Hər bir münaqişəli zonalarda xüsusi qeydlər etmişəm. Həmçinin bir çox ölkələrdə-Suriya, Əfqanıstan, Kosova, Qətər, Abxaziya, Osetiyada da olmuşam”.


Məhkəmənin növbəti iclası bu günə - iyulun 3-nə təyin edilib.


Bəs A.Lapşinin məhkəmədə ilk ifadəsi səmimi qəbul edilirmi? Bu cür ifadələr Azərbaycanı qane etməlidirmi və onun barəsində çıxarılacaq hökmə necə təsir edə bilər?


Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı "Yeni Müsavat”a bildirdi ki, Lapşin ifadəsində səmimi deyil, ağ yalan danışır: "Çünki onun məlumatsız olması mümkünsüz idi. İstər bloger, istər deputat, istər mədəniyyət işçisi qismində Dağlıq Qarabağa səfər edənlərin heç biri təsadüfən o əraziyə getmir. Onların səfərləri hamısı öncədən xüsusi erməni mərkəzləri tərəfindən təşkil olunmuş səfərlərdir. Belə şəxslərin səfərinin maliyyəsini də ermənilər ödəyir. Lapşin də şübhəsiz ki, bu qayda ilə səfər etmişdi və öncədən dəqiq bilirdi ki, getdiyi ərazilər ermənilər tərəfindən işğal olunub və o ərazilər Azərbaycanındır. Ermənilərin Lapşin kimi adamların Qarabağa səfərlərini təşkil etməsi Dağlıq Qarabağdakı qondarma rejimin dünyada təbliğini aparmaq üçündür. Təsadüfi deyil ki, Lapşin də məhz bu təbliğatı aparırdı. İndi məhkəmədə ifadəsi özünü təmizə çıxarmaq üçündür. Ola bilsin ki, vəkili belə danışmasını məsləhət edib, müdafiəni o şəkildə qururlar. Lapşinin ifadəsi inandırıcı deyil və məhkəmə də ona inanmamalıdır. Amma Lapşin səhvini etiraf edirsə, Dağlıq Qarabağın və səfər etdiyi digər torpaqların işğal olunduğunu, Azərbaycanın əraziləri olduğunu etiraf edirsə, bu, yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Amma şübhəsiz ki, məhkəmənin işinə qarışa bilmərik. Lapşin Azərbaycan qanunlarını pozub və yəqin ki, buna uyğun da cəzalandırılacaq. Çünki bu cür adamlara qarşı sərt cəza tətbiq olunmalıdır ki, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən və qondarma separatçı rejimi təbliğ edən digər şəxslər üçün ibrət olsun. Ona görə də Lapşinə barəsində açılmış cinayət işləri üçün nəzərdə tutulan cəzanın sərt formasında cəza kəsilməlidir”.


Qeyd edək ki, Lapşinin həbsi ilə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, müxtəlif dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub. Lapşin özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Aleksandr Lapşinin adını "arzuolunmaz şəxslər” siyahısına daxil edib. 2016-cı ilin dekabrında A.Lapşin Belarusda həbs edilib. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına məlumatlar təqdim olunub. Belarus Baş Prokurorluğu 2017-ci il yanvarın 17-də Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.


A.Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırlşlar) və 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.


Xəbər 1745 dəfə oxunub






Oxşar xəbərlər

“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29660] initstartout [0.00020] initstartin [0.00104] calstart [0.02449] calend [0.00072] topnewsend [0.00588] rsssend [0.00000] ehgend [0.03047] tagsstart [0.00073] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23302]