Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:47 - 20.09.2018  
"Xədicə İsmayıl anormal fəaliyyətlə məşğuldur " - EKSPERT RƏYLƏRİ
Tarix: 24-10-2014, 21:50 | Bölmə: Xəbərlər » Siyasət

Xədicə İsmayılın anti-milli fəaliyyəti, xarici təşkilatların diqtəsi və xüsusi tapşırığı ilə ictimai dialoqu pozması cəhdləri ilə bağlı ekspertlərin SİA-ya açıqlaması:

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev: "Xədicə İsmayılla yanaşı, 2-3 nəfər də var ki, onlar konkret olaraq Azərbaycan xalqına düşməndirlər. Düşmənçilik üçün müxtəlif üsullara əl atmaqdan belə çəkinmirlər. Təbii ki, həmin iyrənc üsulların heç biri insanlığa yaraşan hərəkət deyil. Xədicə İsmayıl kimiləri nə qeyrət, nə namus, nə ar, nə də mədəniyyət bilir: "Bu hərəkətlərinin arxasında ilk növbədə pul dayanır. Belə ki, Azərbaycana düşmən olan qüvvələr onları öz əllərində saxlayaraq vaxtaşırı pul verirlər. Digər tərəfdən onların genetik kökünü axtaranda görərik ki, kökləri Azərbaycana düşmən olan millətlərə gedib çıxır. Bu səbəbdən də burada izah ediləcək ayrı məntiq yoxdur. Çünki şüurlu düşünən insan heç vaxt öz millətinə qarşı düşmənçilik mövqeyindən çıxış edə bilməz”.

M.Quliyev onu da qeyd edib ki, hətta Azərbaycanın açıq düşməni olan ermənilər belə onlar kimi etmirlər: "Bir sözlə, onların hərəkətlərinin arxasında iki faktor dayanır. İlk növbədə onlar bizə düşmən mövqedən yanaşan dairələrin əlində alətdirlər. Buna görə də həmin dairələrin vəsaiti hesabına xidmət göstərirlər. Ya da görünür, onların genetik kökləri xarabdır. Bütün bu kimi hərəkətlərin hamısı Dağlıq Qarabağ probleminin həll edilməsinə mane olmaq, eləcə də Azərbaycanın regionda artan nüfuzuna kölgə salmaq cəhdlərinin bariz nümunəsidir”.

YAP Siyasi Şurasının üzvü, "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Xədicə İsmayıl nə jurnalist kimi, nə də vətəndaş kimi özünü təsdiq edib. Bu insanın bütövlükdə məqsədi pozuculuq, dağıdıcılıq və qanunlara zidd əməllərlə məşğul olmaqdır: "Düşünürəm ki, aidiyyatı qurumlar öz fəaliyyətlərində bu məsələni nəzərə alacaqlar. Xədicə İsmayılın kimliyi (mənəviyyatı, fəaliyyəti və s.) artıq Azərbaycan ictimaiyyətinə bəllidir. Bu şəxs yalnız anti-Azərbaycan, ermənipərəst qüvvələrin və xaricdə olan ermənipərəst dairələrin aləti rolunu oynayır. Hesab edirəm ki, X.İsmayıl Azərbaycan vətəndaşı olaraq vətəndaşlıq mövqeyinin qanunsuz şəkildə olmasından bixəbərdir. O, yalnız bu torpağın suyunu içib, çörəyini yeyib, havasını udaraq Azərbaycanı bütün hallarda ləkələyərək, ölkəmizin mənafeyinə xələl gətirməyə çalışır. Təbii ki, bu da onun daxili xislətini ortaya qoyur və təsdiq edir. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı onun kimliyi, fəaliyyəti ilə bağlı obyektiv və düzgün qiymətini verməlidir.

Ümumiyyətlə, bu şəxsin bütün əməlləri təxribata hesablanıb. Əgər siz araşdırsanız, görərsiniz ki, onun "AzadlıqRadiosu”nda apardığı bütün verilişlərin hər biri aranı qızışdırmağa yönəlib. Necə deyərlər, bu, bir növ "bulanıq suda balıq tutmaq" sevdasıdır. X.İsmayılın daxili xisləti, əməlləri anormaldır və bu prinsip üzrə də o, öz fəaliyyətini qurub”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli: "Bu günə qədər Xədicə İsmayılın davranışları yalnız təxribat xarakterli olub. Xədicə İsmayıl jurnalistdirmi? Bu sualın birmənalı şəkildə cavabı xeyrdir, Xədicə İsmayıl jurnalist deyil. Həmçinin o, hüquq müdafiəçisi də deyil. Eyni zamanda özünü Azərbaycan vətəndaşı kimi də aparmır. Yəni, Xədicə İsmayıl standartların heç birinə uyğun gəlmir. Donosları göz qabağındadır. Bu günə qədər atdığı addımlar, xarici dairələrin vasitəsi ilə Azərbaycanda ayrı-ayrı adamların ləkələnməsi istiqamətində həyata keçirdiyi kampaniyalar, böhtan və şər xarakterli materialların dərc olunması, insanları təxribata çəkmək, onların şəxsi həyatlarına müdaxilə etmək, saysız-hesabsız məsələlər var ki, onların hər biri Azərbaycan qanunvericiliyi, ümumiyyətlə dəyər normalarının pozulmasıdır. Bu baxımdan Xədicə İsmayılın son addımlarında fərqli istiqamətdə dəyərləndirmək mümkün deyil.

E.Mirzəbəyli bildirib ki, Azərbaycanda insan haqları üzrə işçi qrupunun bərpa olunaraq fəaliyyətini davam etdirməsi və bu istiqamətdə ictimai sektorun nümayəndələri ilə dövlətin birbaşa təmaslar quraraq birgə addımlar atması çox önəmli hadisədir: "Bu addımlara heç Avropa ölkələrində belə rast gəlinmir. Ancaq bütün bunların fövqündə Xədicə İsmayılın insanları təxribata çəkməsi, Azərbaycanın ictimai-siyasi həyatında önəmli rolu olan insanlara qarşı aqressiv münasibət bildirməsi, təhqir etməsi, onun bütün mahiyyətinin yalnız təxribatçılıqdan ibarət olmasını ortaya qoyur”.
Xəbər 2440 dəfə oxunub






Oxşar xəbərlər

BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11463] initstartout [0.00013] initstartin [0.00067] calstart [0.00736] calend [0.00041] topnewsend [0.00334] rsssend [0.00000] ehgend [0.01454] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08763]