Əfqan Muxtarlı olayı Gürcüstanda siyasi qalmaqala çevrilir:

  • 07 iyun 2017, 15:38

Gürcüstan parlamentinin keçmiş deputatı, müxalif "Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Givi Tarqamadze iddia edir ki, Tbilisidə azərbaycanlı jurnalistin oğurlanmasını keçmiş baş nazir Bidzina İvanişvilinin qohumu təşkil edib.

Dünən Tbilisidə keçirdiyi brifinqdə Tarqamadze bəyan edib ki, Əfqan Muxtarlının oğurlanması Bidzina İvanişvilinin əmisioğlu olan Uça Mamatsaşvilinin biznes-tərəfdaşı olan nüfuzlu azərbaycanl iş adamı tərəfindən sifariş edilib. Bununla da adı çəkilməyən iş adamı öz rəhbərliyinə hədiyyə etmək istəyib.

Tarqamadze əmindir ki, məhz bu səbəbdən müxalif jurnalist oğurlanaraq Bakıya aparılıb.

O, həmçinin qeyd edib ki, jurnalistin oğurlanması əməliyyatından Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri və baş nazir Georgi Kvirikaşvili də xəbərdar olub.

"Bizdə olan mötəbər məlumata əsasən, Uça Mamatsaşvilinin tərəfdaşının beynəlxalq qanunvericiliklə problemi var və onun tutduğu vəzifədən azad edilməsi gözlənilirdi. O da rəhbərliyinə hədiyyə etmək qərarına gəlib. Jurnalisti hansısa yolla Azərbaycana keçirmək üçün Uça Mamatsaşvilidən kömək istəyib”, – deyə Tatqamadze bildirib.

O, həmçinin qeyd edib ki, azərbaycanli tərəfdaşını qoruyub saxlamaqda maraqlı olan Uça Mamatsaşvili Azərbaycandan olan bir nəfərin Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Vaxtanq Qomelauri ilə görüşünü təşkil edib. Görüşdə həmçinin onun müavini Soso Qoqaşvili də iştirak edib. Nəticədə bu işi həyata keçirmək Soso Qoqaşviliyə tapşırılıb.

Keçmiş deputatın versiyasına əsasən, jurnalisti oğurlayanlar kriminal polis geyimində olublar. Onlar junalisti saxlayıb maşına mindiriblər.
Bundan sonra üç dəfə istiqaməti dəyişiblər: əvvəl onu Qarejidən Azərbaycana göndərmək istəyiblər. Ancaq ordan alınmayıb, sonra istiqaməti dəyişib İormuqanlo tərəfə gediblər. Ordan da keçirmək mümkün olmayıb.

Yolda məlumolub ki, Muxtarlının pasportu özü ilə deyil, üstəlik də onun halı pisləşib. Yekunda Soso Qoqaşvilinin zəmanəti ilə jurnalisti "yaşıl sərhəd”də keçiriblər.

Azadliq.info

 

Oxşar xəbərlər