Demokratik TV
Xəbər lenti
İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində- Fotolar
- 22 may 2017, 08:38
Bu gün Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti işə başlayıb.
"Demokratik.Az"-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Sammitin keçirildiyi Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində Azərbaycan prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb. Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Ərəb və İslam ölkələri rəhbərlərinin, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirak etdikləri Sammit "Birlikdə güclüyük” devizi altında keçirilir. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılır. Sammit iştirakçı ölkələr arasında işgüzar, mədəni və siyasi əlaqələrin tolerantlıq və əməkdaşlığa müştərək inam vasitəsilə daha da gücləndirilməsinə xidmət edir. Tədbirin məqsədlərindən biri də ölkələr arasındakı münasibətlərdə yeni başlanğıcın və hamı üçün daha parlaq gələcəyin təməlinin qoyulmasıdır.
"Demokratik.Az"
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
iLHAM ƏLİYEV Nüvə Təhlükəsizliyi Sammitində
Prezident Səudiyyə Ərəbistanına səfər edib
Zakir Həsənov Səudiyyə kralı ilə görüşüb
İlham Əliyev “Böyük iyirmilik”də
İlham Əliyev Səudiyyə Ərəbistanının dövlət nazirini qəbul edib
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir- VİDEO
Azərbaycana 30 min ərəb turist gəlir
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti