Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:25 - 18.06.2019  
Kremldən Bakıya qarşı növbəti de-marş - Zaxarova üstümüzə gəlir
Tarix: 20-05-2017, 09:29 | Bölmə: Xəbərlər » Siyasət

İki paytaxt arasında diplomatik gərginlik - ermənilərə reverans; Azərbaycanlıların Rusiyadakı ən böyük təşkilatının ləğvinin ardınca Rusiya XİN sözçüsünün erməni sevgisi təzədən "fontan” vurdu; yenə təhqir stilinə keçən Mariya Zaxarova Dilqəm Əsgərovu unudub Bakıda cəza çəkən Qalustyanın müdafiəsinə qalxdı, Azərbaycanı atəşkəsi pozmaqda suçladı...

Kremldən Bakıya qarşı növbəti de-marş - Zaxarova üstümüzə gəlirAzərbaycanlıların Rusiyadakı ən böyük təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvindən sonra iki ölkə arasında gizli-açıq gərginlik davam edir. Artıq bu gərginlik özünü diplomatik səviyyədə də göstərməkdədir.

Məlum olduğu kimi, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya Ali Məhkəməsinin ÜAK-la bağlı qərarını "yersiz və qeyri-dost” adlandırıb. XİN sözçüsü həmçinin Rusiya tərəfinə iradını bildirərək Azərbaycanın ÜAK üzvləri ilə əlaqəsini təbii saydığını deyib: "Biz təşkilatın Ədliyyə Nazirliyinin tələblərini yerinə yetirməsi haqda da məlumatlıyıq... Necə ki, Ermənistan Rusiya Erməni İttifaqının üzvləri ilə əlaqə saxlayır, Azərbaycan da ÜAK üzvləri ilə təbii ki, həmişə əlaqə saxlayıb”, - deyə H.Hacıyev faktiki şəkildə Moskvanı Azərbaycana və azərbaycanlılara qarşı iradlarını rədd edib və onu ikili standart siyasəti yürütməkdə ittiham edib.


***


Ancaq cavab da özünü çox gözlətməyib. Özü də yenə Rusiya XİN-in rəsmi nümayəndəsi, bədnam Mariya Zaxarova öncə çıxıb. Və xanım növbəti dəfə Azərbaycan tərəfinin, o sırada rəsmi Bakının, Hikmət Hacıyevin ünvanına yolverilməz sərt, haqsız tənqid və hətta aşağılayıcı ifadələr yağdırıb. Xanım Zaxarovanın eyni gündə həmçinin, erməni sevgisi də təzədən "fontan” vurub. Gəlin ardıcıllıqla izləyək.


Moskvada keçirilən ənənəvi brifinqdə Zaxarova əvvəlcə ÜAK-ın ləğvinə rəsmi Bakının verdiyi reaksiyanı haqsız şəkildə tənqid edərək deyib: "Biz Azərbaycan XİN-in nümayəndəsinin Rusiyanın daxili siyasəti ilə bağlı çıxışına diqqət elədik. Orada ölkəmizdə millətlərarası əlaqələrdə balans, islahatlar konsepsiyası, mədəniyyətlərarası dialoqun inkişafı perspektivləri haqda da sözlər var. Hesab edirik ki, belə bəyanatlar yersizdir. Biz habelə, Azərbaycan XİN-in mətbuat xidmətinin ÜAK-ın ləğvi haqda Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlı söylədiklərini də təəccüblə qarşıladıq. ÜAK federal qanunvericiliyinin çoxsaylı pozuntularına görə ləğv edilib. Bu qərarın Azərbaycana qarşı qeyri-dost addım kimi qiymətləndirilməsi qəribədir”, - deyə Zaxarova Rusiya Ali Məhkəməsinin qərarına bəraət qazandırıb (Haqqin.az).

Kremldən Bakıya qarşı növbəti de-marş - Zaxarova üstümüzə gəlir


Bu harasıdır, xanım Zaxarova ÜAK-ın ləğvində "erməni izi”ni də inkar edib və bununla bir daha xislətini göstərib. "Kədərlidir ki, Azərbaycanın xarici siyasət idarəsi yenə də bir sıra KİV-lərdə gedən versiyalardan istifadə edir və həm də açıq şəkildə ”erməni izi"ndən danışır. Biz öz ölkəmizdə millətlərarası münasibətləri necə tənzimləmək barədə hansısa şübhəli məsləhətlərə ehtiyac görmürük" - Zaxarova rəsmi Bakıya iradənə bildirib.


***


Eyni gündə Rusiya XİN rəsmisi cəbhə xəttində işğalçı qüvvələrə məxsus "OSA" zenit-raket kompleksini tam qanuni surətdə məhv edən Azərbaycanı faktiki, atəşkəsi pozmaqda suçlayıb. Sitat: "Müxtəlif qaynaqlardan aldığımız informasiyalara əsasən, mayın 15-də gündüz Azərbaycan tərəfindən təmas xəttinin o biri tərəfindəki hərbi obyekt atəşə məruz qalıb”.


Bundan əlavə, eyni tarixdə Rusiyadan Mariya Zaxarovanın timsalında Azərbaycana qarşı daha bir demarş edilib. Belə ki, XİN rəsmisi Bakıda saxlanılan və böyük məbləğdə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə 8 il müddətinə azadlıqdan məhrum edilən erməni əsilli Rusiya vətəndaşı Marat Qalustyanın müdafiəsinə qalxıb - bir növ Lapşinin müdafiəsinə qalxan kimi.


"Azərbaycandakı Rusiya səfirliyi əlindən gələni edir ki, Bakıda Rusiya vətəndaşının hüquq və maraqları tam qorunsun. Prosesdə səfirliyimizin nümayəndəsi də iştirak edib. Səfirliyik həm Qalustyanın özü və vəkili, həm də Azərbaycan hakimiyyəti ilə daimi təmasdadır. Müvafiq apelyasiya şikayəti verilib. Hadisələrin sonrakı inkişafında onun Rusiyaya verilməsi də istisna deyil” - Zaxarova bildirib.


Bu yerdə təbii ki, işğal altındakı Azərbaycan rayonu Kəlbəcərə - sırf öz dədə-baba yurduna qanuni şəkildə getdiyinə görə tam qanunsuz şəkildə separatçı rejim tərəfindən ömürlük həbsə məhkum edilmiş başqa bir Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi yada düşür. Onun "məhkəməsi” ilə nəinki Ermənistandakı Rusiya səfirliyi maraqlanmadı, üstəlik, ötən ay bu barədə xanım Zaxarovaya sual verən azərbaycanlı jurnalistin timsalında o, bütün Azərbaycan mediası və xalqını aşağıladı. Amma Bakıda narkotik üstündə tutulan ermənini, avantürist Lapşini görün, Rusiya dövlət səviyyəsində necə müdafiə edir...


***

Sadalanan fakt və gəlişmələr Rusiyanın Azərbaycana qarşı ikili standart siyasətinin təzahürləri olmaqla yanaşı, şübhə yox ki, həm də rəsmi Bakıya qarşı növbəti demarşlar, İrəvana isə reveranslardır. İki paytaxt arasında son vaxtlar müşahidə edilən diplomatik gərginlik fonunda həmçinin Qarabağda yeni müharibə xəbərdarlıqlarının artması diqqət çəkir. Ötən sayımızda yazdığımız kimi, bir sıra ekspertlərə görə, Rusiya hətta yeni müharibədə maraqlı da ola bilər. Belədirsə, şimaldan gələn de-marşları təzyiq kimi də qəbul eləmək lazım gəlir.


Siyasət şöbəsi

Xəbər 2039 dəfə oxunub






Oxşar xəbərlər

Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir
İlham - Fərizə ailəsinə daha bir ağır itki
“GERİ ÇƏKİLMƏYƏCƏM, CAVAB VERİN!…” – “Heydər Əliyevin qovduğu adamı nə məqsədlə vəzifəyə təyin etdiniz?”
Nuru Paşa və Məmmədəmin Rəsulzadənin fotosu avroda - FOTO
Tvitterdən minlərlə hesab bu səbəb görə silindi
Bakıda "Hozu” ləqəbli şəxs iş adamını güllələdi
Timoşenko Zelenskini belə "təriflədi"
İbrahimbəyovun Bakıya səfəri yenə aranı qatdı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31502] initstartout [0.00019] initstartin [0.00098] calstart [0.01245] calend [0.00074] topnewsend [0.00599] rsssend [0.00000] ehgend [0.04916] tagsstart [0.00077] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24468]