İlham Əliyev Norveç kralını təbrik edib

  • 16 may 2017, 18:50

Azərbaycan prezidenti İlham Əliyev Norveç kralı V Haraldı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

"Demokratik.Az" bildirir ki, təbrik məktubunda deyilir:

"Əlahəzrət, ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim sülh və rifah arzulayıram”.

Demokratik.Az

Oxşar xəbərlər