Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:24 - 21.09.2019  
Bülbüloğlu səfir postundan geri çağırılır - təfsilat
Tarix: 9-05-2017, 09:08 | Bölmə: Xəbərlər » Siyasət

YUNESKO-ya rəhbərlik üçün namizəd olan Rusiyadakı səfir diplomat kimi fəaliyyətinin başa vurmaq ərəfəsindədir; gələn il həm Azərbaycanda, həm Rusiyada mühüm siyasi hadisə olacaq; iqtidar Moskvada səfir postuna daha çevik diplomat təyinatı barədə qərarlıdır

Bülbüloğlu səfir postundan geri çağırılır - təfsilat YUNESKO-ya rəhbərlik üçün namizəd olan Rusiyadakı səfir diplomat kimi fəaliyyətini başa vurmaq ərəfəsindədir; Gələn il həm Azərbaycanda, həm Rusiyada mühüm siyasi hadisə olacaq; iqtidar Moskvada səfir postuna daha çevik diplomat təyinatı barədə qərarlıdır

Xəbər verildiyi kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə namizəd olub.

Onun namizədliyini Azərbaycan rəsmən YUNESKO-nun İcraiyyə Şurasına təqdim edib. P.Bülbüloğlu artıq Parisdə növbəti dörd il üçün təşkilatın məsuliyyət sahələrində beynəlxalq ictimaiyyətin əsas məqsədləri barədə öz proqramının bəzi məqamlarını açıqlayıb.


Qeyd edək ki, 2009-cu ildə YUNESKO-nun baş direktoru vəzifəsinə seçilən, 2013-ci ildə ikinci dəfə görəvinin başında qalan bolqarıstanlı diplomat İrina Bokovanın səlahiyyət müddəti payızda başa çatır. YUNESKO-nun qaydalarına görə, bir şəxs baş direktor vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

Təcrübəli diplomat olan İrina Boyko YUNESKO-nun onuncu rəhbəridir. Payızda keçiriləcək seçkilərdə təşkilatın 11-ci rəhbərinin adı bilinməlidir.

Məlumat üçün deyək ki, təşkilat 16 noyabr 1945-ci ildə yaradılıb, mərkəzi qərargahı Fransa paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif bölgələrindən 67 büro və alt bölmələr daxildir. Hazırda təşkilatın 191 üzvü var. Siyasi Şuranın 58 üzvü var. Oktyabrda 58 üzv toplaşaraq namizədlər irəli sürəcək, gizli səsvermə olacaq və ən çox etimad qazanmış namizəd təşkilatı baş konfransa gedəcək. Baş konfransda isə YUNESKO-nun 11-ci baş direktorunu seçəcək.


P.Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd olması ölkə mediasında və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. P.Bülbüloğlu ingilis dilini yaxşı bilməməsi barədə iradlara münasibət bildirərək deyib ki, ingilis dilində bir çox mədəniyyət nazirlərindən daha yaxşı danışır: "Dil məsələsi mübahisəlidir. YUNESKO-da da 6 əsas dil keçərlidir. Bunlardan biri rus dilidir. Mən bu dili mükəmməl bilirəm. Orada tələb oldu ki, ingilis və ya rus dili olsun. Bütün hallarda mən suallara cavab verdim. Mən ingilis dilini ingilislər kimi bilmirəm. Qarşıda 5 ay var, mən hələ hazırlaşacağam”.

P.Bülbüloğlu vurğulayıb ki, əsas məsələ namizədin hansı ideyalar irəli sürməsidir: "Bu gün bu quruma onun problemlərini həll edə biləcək qətiyyətli, yeni ideyalar və yanaşmalar, islahatlar təklif edə bilən adam lazımdır. Mənim krizis menecment sahəsində çox gözəl təcrübəm var. Mən Sovet İttifaqı dağılan dövrdə Azərbaycanın mədəniyyət naziri olmuşam”. 
P.Bülbüloğlunun namizədliyini irəli sürməsi və seçiləcəyi təqdirdə nüfuzlu bir təşkilata rəhbərlik etməsi şübhəsiz ki, Azərbaycan adına çox uğurlu bir iş olar. Amma indilikdə onun namizədliyini irəli sürməsi barədə çox sensasion hesab oluna bilən iddialar var.

İddia olunur ki, 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışan P.Bülbüloğlu ilin sonunadək vəzifəsindən geri çağırılacaq. 11 ildir ki, Azərbaycan üçün ən önəmli bir ölkədə səfir işləyən P.Bülbüloğlu özü də vəzifədən getmək niyyətindədir. Amma əsas məqam budur ki, iqtidar onun diplomat fəaliyyətindən çoxdan razı deyil. Bildirilir ki, P.Bülbüloğlunun xüsusilə Rusiyadakı diaspora ilə bağlı tutduğu mövqe Bakını ciddi narazı salır. Onun 11 illik fəaliyyəti dövründə Azərbaycanın bu ölkədəki diaspor təşkilatları parçalanaraq zəifləyib. Sirr deyil ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının böyük bir qismi amorf təşkilatlara çevrilib. Diaspor üzərində liderlik iddiaları diasporun böyük hissəsinin ondan üz döndərməsi ilə nəticələnib. Rusiyadakı diaspora bu illər ərzində əsasən Heydər Əliyev Fondunun zəhməti sayəsində ayaqda qala bilib.

Bülbüloğlu səfir postundan geri çağırılır - təfsilat


İddialara görə, P.Bülbüloğlu xüsusilə diaspora təşkilatları arasında koordinasiyanı lazımi səviyyədə edə bilməyib, hətta intriqalarda tərəf kimi çıxış edib. İqtidarın P.Bülbüloğlundan əsas narazılığı isə onun Azərbaycanın sabiq vitse-primyeri Abbas Abbasovun vaxtilə rəhbərlik etdiyi "AzerRos”da baş verən parçalanmada sabiq məmurun tərəfini tutması olub. Həmin ərəfədə A.Abbasova qarşı cəbhədə yer alan Söyün Sadıqov səfiri öz həmyerlilərinin taleyinə biganəlikdə, rəsmi Bakıya qarşı yaradılmış "Milyarder ittifaqı” ilə bir gəmidə yer almaqda günahlandırmışdı.

Bülbüloğlu səfir postundan geri çağırılır - təfsilat


Son aylar isə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi üçün Rusiya Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti P.Bülbüloğlunu yenidən tənqid hədəfinə çevirib. Aprelin 26-na təyin edilən məhkəmə mayın 15-dək təxirə salınsa da, 50-dən çox regional təşkilatı olan ÜAK-ın taleyi bir qərarın ümidinə qalıb. ÜAK-ın qeydiyyatı ilə bağlı yaranmış vəziyyəti Azərbaycan mediasına şərh edən rusiyalı siyasi texnoloq Denis Kokordinovun fikirləri də maraqlıdır. O, təşkilatın qeydiyyatın ləğv edilməsi kimi bir təhlükə ilə üzləşməsində Rusiyadakı səfirimizin məsuliyyəti olduğunu demişdi. Politexnoloq iddia edib ki, P.Bülbüloğlu təşkilatın fəaliyyətinə bəzi hallarda qısqanc münasibət göstərib, təşkilatın ictimai arenada nüfuzlu nümayəndələrinin ÜAK-dan uzaqlaşdırılmasına nail olub. Maraqlıdır ki, bu qədər səs-küy doğuran məhkəmə barədə səfir hələ də danışmayıb ki, bu da müəmmaları artırır.


Gələn il həm Rusiyada, həm də Azərbaycanda prezident seçkiləri ilidir. Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olsa da, bu münasibətlər etiraf etmək lazımdır ki, həm də ziqzaqvaridir. Zamanla Rusiya ilə rəsmi Bakı arasında gərginliklər müşahidə edilir. Bu cür hallarda isə P.Bülbüloğlu həmişə "kölgədə qalmağa” çalışır ki, bu da rəsmi Bakını razı sala bilməz. Bildirilir ki, iqtidar Rusiyadakı səfir postuna daha çevik diplomat təyinatı barədə qərarlıdır. Bu səbəbdən də P.Bülbüloğlu iqtidarın xeyir-duası ilə YUNESKO-ya rəhbərlik üçün yarışa qatılıb ki, bu işdə ona Azərbaycan adına ancaq uğurlar arzulamaq lazımdır.


"YM”

Xəbər 2396 dəfə oxunub






Oxşar xəbərlər

Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32820] initstartout [0.00022] initstartin [0.00124] calstart [0.01345] calend [0.00054] topnewsend [0.00444] rsssend [0.00000] ehgend [0.02688] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28072]