Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:16 - 25.08.2019  
"Əli Kərimlinin böyük şirkəti var imiş - “Ali-Export” MMC
Tarix: 27-04-2017, 07:58 | Bölmə: Xəbərlər » Siyasət

"Əli Kərimlinin böyük şirkəti var imiş - “Ali-Export” MMCAzərbaycanda hamı bilir ki, ölkənin ixracının böyük hissəni neft və neft məhsulları təşkil edib son illərdə. İqtisadiyyatı bu vəziyyətə gətirən Azərbaycan hakimiyyəti isə hələ indi ayılıb və ixracda qeyri-neft sektorunun çəkisini artırmağa girişiblər. Amma ixracda qeyri-neft sektorunun çəkisini artırmağa Azərbaycan hakimiyyəti ilə birlikdə onun digər tərəfdaşı olan "Ali-Export” MMC də girişib. Bu "Ali-Export” MMC – 99% səhmləri Əli Kərimliyə məxsus olan və siyasi mühacir ixracı ilə məğul olan bir şirkətdir. 

"Əli Kərimlinin böyük şirkəti var imiş - “Ali-Export” MMCBu fikirləri AXCP funksioneri Səbuhi Əliyev bildirib: "Bu arada hörmətli oxuculardan xahiş edirəm ki, bu "Ali-Export” şirkətinin dünyada məşhur olan "Ali Express” şirkəti ilə qarışdırmasınlar. Bu şirkətlərin ikisi də ixracla məşğul olur, hər ikisi də xarici valyuta qazanır - amma AliExpress Çindən bütün dünyaya bütün malları ixrac edib valyuta qazanır, Ali-Export şirkəti isə yalnız Azərbaycandan siyasi mühacir ixracı ilə məşğul olur. "Ali-Export” MMC-nin təsisçiləri bilinmir, çünki Azərbaycan hakimiyyəti 2012-ci ildə "İnformasiya əldə etmək haqqında” Qanuna dəyişiklik edib və indi heç bir şirkətin təsisçisinin kim olduğunu bilmək olmur, amma güman edilir ki, Ali-Export MMC-nin təsisçiləri hansısa xarici dövlətlərdir. Ali-Export MMC-nin icraçı direktoru isə əlbətdə ki, Əli Kərimli adlı şəxsdir. Bu icraçı direktorun fəaliyyətə başladığı dövrlərdə Ali-Export MMC Qərb ölkələrinə yüzlərlə saxta siyasi mühacir ixrac etmişdir və bu əməliyyatlardan milyonlar qazanmışdır. Təxmini hesablamalara görə Əli Kərimlinin "Ali-Export” MMC-si Azərbaycan Respublikasının ümumi qeyri-neft sektoru ixracında təxmini 5% paya malikdir. Hamı Azərbaycanın ixrac potensiallı müəssisələri kimi Embawood, STP, Azərxalça, AzGranta və sair şirkətləri tanıyır, bu gündən isə bilin və agah olun ki, siyasətçi kimi tanınan lakin əslində start-up biznesi ilə məşğul olan Əli Kərimlinin saxta sənədlərlə siyasi mühacir ixracı ilə məşğul olan "Ali-Export” MMC-si də Azərbaycanın əsas ixrac yönümlü şirkətidir. 

Əli Kərimlinin rəhbərliyi altında siyasi mühacir ixracını artırmaq üçün "Ali-Export” MMC- hətta ölkə daxilinə də investisiyalar yatırır. Belə investisyalara nümunə kimi bu yaxınlarda (08 Aprel 2017) Bakı şəhərində, "Məhsul” stadionunda keçirilən piketi göstərmək olar. Həmin piket iştirakçılarının bir çoxu məhz ixrac sənədlərini (şəkillər çəkdirmək, polislə mübahisə, sutkalıq həbs və sair) düzəltmək üçün oraya toplanmışdılar və yəqin ki, bu yaxınlarda siyasi mühacirətə gedərlər. Azərbaycan hakimiyyəti isə ölkədə qeyri-neft sektorunun ixracını artımaq üçün bu piketə icazə vermişdi ki, ölkəyə valyuta daxil olsun. 

Yeganə problem odur ki, Əli Kərimlinin saxta siyasi mühacir ixrac edib qazandığı valyuta gizlədilir və vergilərdən yayındırılır. Əli Kərimli artıq çoxdan siyasətçi olmaqdan çıxıb və biznesmenə çevrilib, buna görə də az qala kiçik sahibkarlardan hər qəpiyin vergisini alan Vergilər Nazirliyi gərək Əli Kərimlini də VÖEN almağa, DSMF-də uçota durmağa məcbur etsin. Xeyir ola ölkədə bütün sahibkarlar, şirkətlər öz işçilərinə görə DSMF-yə 22% ödəniş edirlə amma Əli Kərimli öz "Ali-Export” MMC-nin ştatında olan Gözəl Bayramlı, İlham Hüseynli və sairlərə görə, o cümlədən xaricdəki filiallarının rəhbərləri Qənimət Zahidə, Natiq Ədilova görə heç bir vergi ödəmir ? Bütün biznesmenlər kimi Əli Kərimli də "Ali-Export” MMC-nin fəaliyyətinə görə, şirkətin hər ixrac etdiyi saxta siyasi mühacirə görə aldığı minlərlə dollar puldan vergiləri ödəməlidir !

Bu aralar hələ Milli Şura deyilən qurum adından Cəmil Həsənli adlı bir yaşlı müəllim deyib ki, guya 8 aprel mitinqinə 10.000 adam gəlmişdir. Əgər bu həqiqətən belədirsə onda demək Əli Kərimlinin "Ali-Export” MMC-si çoxlu saxta siyasi mühacir ixrac etmək niyyətindədir və buna görə də ondan artıq 18% ƏDV tutulmalıdır".

// Cebhe.info
Xəbər 3296 dəfə oxunub






Oxşar xəbərlər

AZAL-ın sabiq prezidenti: “Təyyarənin vurulma ehtimalı var”
Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...
Rasim Balayev: “Paşinyanın ağızını, burnunu vurub əzmək lazımdır!”
Təhsil nazirindən yeni – TƏYİNAT
Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti - Fabrik, otel, zavod... (FOTOLAR)
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
Qabil Hüseynli danışdı - "mənə hücum edənlər..."
Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12919] initstartout [0.00012] initstartin [0.00063] calstart [0.00746] calend [0.00053] topnewsend [0.00296] rsssend [0.00000] ehgend [0.00580] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11120]