Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:03 - 22.10.2018  
İqbal Ağazadədən müxalif birliklərə mesaj
Tarix: 5-04-2017, 08:31 | Bölmə: Xəbərlər » Siyasət

"Ona görə həmin birliklərdə təmsil olunmuruq ki...”

İqbal Ağazadədən müxalif birliklərə mesajAdətən aktivliyi ilə seçilən partiyalardan və siyasi liderlərdən olan Ümid Partiyası və onun sədri İqbal Ağazadənin əvvəlki dinamikliyi bir qədər səngimiş kimi görünməkdədir. Ümid Partiyasının hazırda fəaliyyətinin nədən ibarət olduğu və digər məsələlərlə bağlı İqbal Ağazadəyə suallar ünvanladıq.

İqbal Ağazadə bildirdi ki, 2018-ci ilin birinci yarısında partiyanın qurultayını keçirmək nəzərdə tutulub. Ona görə də indi partiyanın strukturları qurultayla bağlı konfranslara hazırlaşır. Bununla bağlı partiyanın mərkəzi qərargahında mütəmadi müşavirələr keçirilir. O cümlədən rayonlara səfərlər olur. Partiyaya yeni üzvlərin cəlb olunması prosesi də gedir. 
Partiyanın əvvəlki aktivliyinin azalmasına gəldikdə, İ.Ağazadə qeyd etdi ki, ölkədə ictimai-siyasi proseslər bir qədər süst olduğundan buna görə də ümumən müxalifətin səsi möhkəm çıxmır. Proseslər bir əvvəl devalvasiyanın ilk dönəmindəki kimi dinamik deyil.

Digər müxalif qüvvələrlə Ümid Partiyasının əlaqələrinin, əməkdaşlığının nə yerdə olduğuna gəlincə, İqbal Ağazadə açıqlama verdi ki, bir sıra partiyalarla bu və ya digər şəkildə əlaqələri olur, amma Ümid Partiyası heç bir birlikdə deyil: "O birliklərin də hesab etmirəm ki, bugünkü gündə cəmiyyətin ümumi əhval-ruhiyyəsinə də, baş verən proseslərə də təsir imkanları geniş olsun. Buna görə də həmin birliklərdə təmsil olunmuruq”.

"Təkbaşına fəaliyyət nə zamana qədər davam edəcək” sualına isə Ümid sədri belə cavab verdi: "Ümid Partiyası hakimiyyətə gələnədək davam edə bilər. Eyni zamanda qarşıdakı dönəmlərdə ictimai-siyasi vəziyyətə baxacağıq və situasiyaya uyğun qərar vermək mümkündür. Hələlik hansısa partiya və birliklərlə bir yerdə təmsilçiliklə bağlı qəti qərarımız yoxdur”.

"Ümid Partiyasının yürütdüyü siyasi xətti, strategiya və taktikanı daha çox ölkədəki hansı partiyaların siyasi xəttinə və taktikasına yaxın hesab etmək olar” sualını isə İ.Ağazadə belə cavablandırdı: "Azərbaycanda vəziyyət belədir ki, ənənəvi partiya bölgüləri, strategiyası yoxdur. Azərbaycanda hamı baş verən problemlərin, hadisələrin arxasınca qaçmağa çalışır. Bundan istifadə edib seçiciyə səslənmək istəyir. Çünki KİV-lə və digər yollarla seçiciyə bilavasitə müraciət ünvanlamaq və seçici ilə görüş imkanları məhduddur. Ona görə də hamı cari hadisələrdən yapışır, hamı eyni məsələləri deyir, bəzən hətta eyni cür ifadə edir. Ona görə də bu gün oxşarlıqlar və ya fərqliliklər axtarmağa dəyməz”.

İqbal Ağazadə bugünlərdə aktuallaşan partiyaların MSK-ya illik maliyyə hesabatı verməsi məsələsindən də danışdı və bildirdi ki, Ümid Partiyası hesabatı təqdim edib. Açıqlanan siyahıda Ümid Partiyasının adının nə üçün olmadığına isə cavabdeh qurum olan MSK aydınlıq gətirməlidir: "Mən niyə belə olduğu ilə maraqlanmıram. Onlar maraqlanmalıdırlar ki, hesabat təqdim edən partiyaların adları nə üçün siyahıda yer almayıb. Biz hesabatımızı vermişik və kifayət qədər ciddi, professional hesabatdır”.

"Keçmiş müttəfiqiniz Sərdar Cəlaloğlu bildirib ki, MSK-nın partiyalardan maliyyə hesabatı tələb etməsi məntiqsizlikdir, eyni zamanda dövlət büdcəsindən maliyyələşməyən partiyalardan maliyyə hesabatı tələb edilməsi düzgün deyil. Sizin bu məsələyə münasibətiniz necədir” sualına isə İqbal Ağazadə belə cavab verdi: "Hüquqi şəxsin hər biri haradan maliyyələşməyindən asılı olmayaraq hesabat verməlidir. Hüquqi şəxs status alıbsa, onun maliyyə hesabatı da olmalıdır, boş olsa belə xətt çəkib hesabatı təhvil verməlidir. Orada nə yazılması önəmli deyil, önəmlisi sənəd təhvil verilməlidir və bu, hüququn prosedurudur. Amma qeydiyyatdan keçmiş siyasi partiyaların maliyyə hesabatı verdiyi qurum Mərkəzi Seçki Komissiyası olmamalıdır. Mən bunu parlamentdə də dəfələrlə demişəm ki, MSK hansı əsasla siyasi partiyalardan illik maliyyə hesabatı götürməlidir?! Maliyyə qurumudur, vergi qurumudur MSK?! MSK-nın siyasi partiyalardan maliyyə hesabatı götürməyə ixtiyarı yoxdur, ona belə bir səlahiyyət verilməməlidir”.

Etibar SEYİDAĞA

 

Xəbər 1615 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.19440] initstartout [0.00018] initstartin [0.00093] calstart [0.01068] calend [0.00065] topnewsend [0.00426] rsssend [0.00000] ehgend [0.03401] tagsstart [0.00083] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14281]