ABŞ Əliyev və Sarkisyanın görüşünü hazırlayır

  • 31 mart 2017, 19:28
ABŞ Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünü təşkil etməyə çalışır. 

Oxu.Az xəbər verir ki, bu barədə mənbəyə istinadən "Aykakan Jamanak” qəzeti məlumat yayıb. 

Xatırladaq ki, ötənilki aprel müharibəsindən sonra 2016-cı ilin mayında Vyanada, iyunda isə Sankt-Peterburqda Əliyev-Sarkisyan görüşü keçirilib.  

"İndi isə yeni görüş hazırlanır. Bununla yanaşı, Serj Sarkisyan martın 14-də Moskvaya ikigünlük səfəri zamanı Vladimir Putin ilə Dağlıq Qarabağ problemini müzakirə edib. O zamana qədər isə elə bu məqsədlə İlham Əliyev Moskvada olub”, - məlumatda deyilir. 

Nəşr yazır ki, Serj Sarkisyan Moskvadan qayıtdıqdan sonra işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gedib, orada yerli hakimiyyətə Qarabağ münaqişəsinin nizamlanması üzrə inkişafı nümayiş etdirib.  

Qəzetin mənbəyinin məlumatına görə, Moskvada Serj Sarkisyana ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması üzrə hər iki tərəfə qarşı tələblərin sərtləşdiriləcəyi bildirilib.
 
Demokratik.Az
Oxşar xəbərlər