Levon
Ter-Petrosyan qısa zamanda Qarabağda sülhün əldə olunması ilə bağlı açıq bir
mövqe ortaya qoyub. Baxaq görək, erməni xalqı bu seçkidə özünü necə aparacaq.
Bu sözləri Axar.az-a açıqlamasında Ermənistanın
eks-prezidenti Levon Ter-Petrosyanın son çıxışlarına münasibət bildirən millət
vəkili Rasim Musabəyov deyib. Politoloq bildirib ki, beynəlxalq müstəvidə
Ermənistana sanksiyalar tətbiq olunmasa da, Azərbaycan Ermənistanı bütün
layihələrdən məhrum edib, nəqliyyat çıxışlarını bağlayıb:
"Bunların hamısı
birbaşa Ermənistana təzyiqdir. Petrosyan birinci dəfə deyil ki, belə mövqe
ortaya qoyur. Onun vaxtilə hakimiyyətdən uzaqlaşdırlmasına səbəb də elə onun
torpaqların Azərbaycana qaytarılması, işğal olunmuş ərazilərdən geri çəkilməklə
sülhün təmin edilməsi və etirablı münasibətlərin bərpa olunması ilə bağlı
fikirləri idi. Ancaq Qarabağ quldurları onu hakimiyyətdən uzaqlaşdıraraq indiyə
qədər həm Ermənistan, həm də Azərbaycan xalqının qanını içirlər. Petrosyan
Qarabağda qısa zamanda sülhün əldə olunması ilə bağlı açıq bir mövqe ortaya
qoyub. Baxaq görək, erməni xalqı bu seçkilədə özünü necə aparacaq”.
Qeyd edək ki,
Ter-Petrosyan qısa vaxtda Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad
edilməyəcəyi təqdirdə beynəlxalq aləmin sanksiyalar tətbir etməklə Ermənistanı
buna məcbur edəcəyini açıqlayıb.
Demokratik.Az