Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:28 - 18.06.2019  
Ermənistan kritik həftəyə girdi - işğalçı hərbi seçir?
Tarix: 27-03-2017, 09:11 | Bölmə: Xəbərlər » Siyasət

2 aprelin iki gözləntisi: "4 günlük savaş”a 5 gün qalmış...; Bir il sonrakı müharibə riskləri nə vəd edir? Düşmən ölkədə "hərb partiyası” seçkilərdə yenə qalib olsa, sülh daha əlçatmaz olacaq; Kremlin Qarabağ klanına stavka etməsinin tək səbəbi; ekspert: "Sərkisyan əlindən gələni edəcək ki...”


Ermənistanda 2 aprel parlament seçkilərinə sayılı günlər qalır. Gözlənildiyi kimi, səsvermə günü yaxınlaşdıqca işğalçı ölkədə siyasi ehtiraslar daha da qızışır, rəqib qüvvələr və namizədlər arasında qarşılıqlı ittiham və hədələr, kompromat savaşı güclənir, hətta silah səsləri eşidilir. Hakimiyyət isə öz növbəsində ölkədə repressiya ab-havasını gücləndirməkdədir. Bu da səbəbsiz deyil.


Əvvəla, budəfəki parlament seçkiləri əvvəlkilərdən prinsipial və mahiyyət etibarilə fərqlənir. Çünki məhz bu seçkilərdən sonra Ermənistan parlamentli üsul-idarəyə keçəcək. Yəni ölkənin ictimai-siyasi həyatında yeni parlamentin rolu önə keçəcək. Odur ki, əsas siyasi qüvvələr, həmçinin terroru rəqabət vasitəsi sayan qüvvələr nəyin bahasına olur-olsun, növbəti qanunverici orqanda təmsil olunmağa çalışır. Seçkiöncəsi atmosferin kəskinləşməsinin mühüm bir motivi sözsüz ki, budur.


İkinci səbəb 20 ilə yaxındır Ermənistanda hakimiyyəti zəbt eləmiş və Rusiyapərəst mövqeyi ilə tanınan Qarabağ klanı ilə mötədil qərbyönlü kursu da mümkün sayan yerli Ermənistan klanı arasında rəqabətin pik həddə çatması ilə əlaqədardır. Sirr deyil ki, Qarabağ konfliktinin bu günədək həll olunmamış qalmasının əsas səbəbi Qarabağdan olan "səhra komandirləri”nin 19 ildir Ermənistanda hakimiyyəti öz nəzarətində saxlamasıdır..

Image result for Armenia vote sargsyan


2 aprel seçkilərinin keçən ilki 4 günlük müharibənin ildönümü gününə təsadüf eləməsi də seçkilərə və siyasi rəqabətə özünün məxsusi möhürünü vurmaqdadır. Erməni cəmiyyətində yaşanan gərginlik seçkilərlə yanaşı, şübhə yox ki, həm də bu faktordan qaynaqlanır. Yəni cəmiyyətdə təlaş var ki, Azərbaycan aprel seçkiləri ilə Ermənistanın daxilən daha zəif və parçalanmış duruma düşməsindən faydalana və ötən ilki aprel hərbi uğurunu daha geniş miqyasda təkrarlaya bilər.
Belə bir təlaş üçün əsaslar ciddidir. Hər halda, proqnozlar və müşahidələr Ermənistanda "müharibə partiyası”nın bu dəfə də parlamentdə üstünlük təşkil edəcəyini göstərir - legitim və ya qeyri-legitim yolla, bu, artıq önəmli deyil. Belə olacağı təqdirdə isə, əlbəttə ki, erməni xalqının iztirabları, iqtisadi və başqa sıxıntıları ilə birgə, müharibə riskləri də artmış olacaq.


***


"Köçəryan-Sərkisyan hakimiyyəti dövründə Ermənistan və işğal altında saxladıqları Qarabağ əhalisinin iqtisadi və sosial vəziyyəti ağırlaşıb. Ermənistanda kütləvi narazılıq var. Parlament seçkisi yaxınlaşdıqca güllə səslərinin və həbslərin sayı artır”.

Bu fikri politoloq Elxan Şahinoğlu Ermənistandakı seçkiönəsi durumu və baş verən son prosesləri təhlil edərkən deyib. Onun sözlərinə görə, işğalçı ölkədə hakimiyyət uğrunda siyasi mübarizə ilə yanaşı, klanlararası mübarizə də gedir.
"Vaxtilə Ermənistanda doğulan siyasətçilər Qarabağdan gələnləri sevməsələr də, onların artan rolunu qəbul etmək məcburiyyətində qaldılar. Buna görə də 2 aprel seçkisində mübarizənin yenə də Ermənistan və Qarabağ klanı arasında gedəcəyini söyləmək mümkündür”, - deyə ekspert ehtimal edib.


Lakin o hesab edir ki, Ermənistan əbədi olaraq, Qarabağ klanının şıltaqlıqlarına görə kasıbçılıq içində, miqrasiya girdabında, müharibə qorxusu altında yaşamaq istəmir.

Ermənistan kritik həftəyə girdi

"Qarabağdan Ermənistana gətirilən əsgər meyitləri də klanlararası münasibətləri gərginləşdirir. Ermənistanda doğulanlar niyə Ağdam və Füzulidə ölməlidirlər? Bu sual Ermənistan klanı üçün getdikcə aktuallaşır. Hesabla bu amillər 2 aprel parlament seçkisində Ermənistan klanının xeyrinə işləməlidir. Ancaq Qarabağ klanı, başda Serj Sərkisyan olmaqla, əlindən gələn hər şeyi edəcək ki, iqtidar ”yadların" nəzarətinə keçməsin" - politoloq bildirib.

Buna baxmayaraq, o, Ermənistan klanının asanlıqla təslim olacağını da düşünmür: "Seçkidən bir gün sonra İrəvanda, Ermənistanın digər şəhərlərində kütləvi etirazların baş qaldıracağı istisna olunmur, silah səsləri də eşidiləcək”.


Ekspert Kremlin Ermənistandakı klanlararası mübarizədə kimə üstünlük verdiyinə də münasibət bildirib: "Rusiya Qarabağ klanını dəstəkləyir. Ermənistan klanı Rusiya ilə yanaşı, Qərblə də yaxınlaşma tərəfdarıdır. Bu faktor isə Kremli qorxudur. Ona görə Moskva Levon Ter-Petrosyan, Vardan Oskanyan və digər fiqurlardansa, Serj Sərkisyan-Karen Karapetyan cütlüyünə üstünlük verəcək. Kremldə hər ikisini yaxşı tanıyırlar, Rusiyanın bütün istəklərini yerinə yetirirlər, digərlərinin isə Moskvanın əmrlərini yerinə yetirəcəyinə təminat yoxdur. Öz növbəsində Qarabağ klanı da Rusiyanın dəstəyinə arxayındır”.

***


Məsələ də ondadır ki, Sərkisyan rejimi seçkilərə məhz Kremlə arxayınçılıqla, ondan "dobro” alıbmış kimi gedir. Seçki ərəfəsində radikal (hərbi) müxalifət liderlərindən olan Samvel Babayanın həbsi bu qənaəti daha da gücləndirir. Bu həbs həm də siyasi rəqiblərə və xalqa aydın bir mesajdır ki, seçkisonrası bütün kataklizmlər zamanı hakimiyyət ən radikal vasitələrə belə əl atmaqdan çəkinməyəcək. Hakim rejim qorxutmaqla bahəm, eyni zamanda qorxur.

Prezident Serj Sərkisyanın seçki ərəfəsində - srağagün yenidən işğal altındakı Dağlıq Qarabağa baş çəkməsi həm də daxili təlaşın təzahürü hesab edilə bilər.


Beləliklə, 2 aprellə bağlı bir mühüm gözlənti erməni seçicilərinin "müharibə partiyası”nı dəstəkləyib-dəstəkləməməsi ilə birbaşa bağlıdır. Bu, "hərb, yoxsa sülh yolu” dilemmasına da cavab olacaq. İkinci mühüm gözlənti seçkisonrası siyasi kolliziyaların nələrlə sonuclanacağı ilə ilgilidir. İstənilən halda Ermənistan kritik bir həftəyə girib və bu durum Azərbaycan üçün işğal altındakı ərazilər məsələsində hərbi və diplomatik xarakterli yeni fürsət(lər) də aça bilər.


Analitik xidmət

Xəbər 1999 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27025] initstartout [0.00021] initstartin [0.00104] calstart [0.03699] calend [0.00070] topnewsend [0.00547] rsssend [0.00000] ehgend [0.00885] tagsstart [0.00079] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.21615]