Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:21 - 17.01.2019  
Azəri dili olmayıb?
Tarix: 17-10-2014, 16:04 | Bölmə: Xəbərlər » Siyasət

"BDU-da tələbələrə erməni və gürcü dili öyrədilir”
Dilavər Əzimli: "Azərbaycanda ermənişünaslıqla bağlı Tarix İnstitutunda bir neçə şöbə var"Azəri dili olmayıb?Məlum olduğu kimi, millət vəkili Aydın Mirzəzadə bir neçə gün öncə sia.az-a verdiyi açıqlamada erməni dilini öyrənmək arzusunu dilə gətirib. İrəvan Dövlət Unirversitetində Azərbaycan dilinin bütün detalları ilə öyrənildiyinə diqqət çəkən A.Mirzəzadə, Azərbaycanda da bu dili öyrənməyin vacib olduğunu vurğulayıb:

"Yaxın zamanda erməni dilini öyrənməyi düşünürəm. Bu mənim çoxdankı fikrimdir. Azərbaycanla münasibətləri kəskin olsa da, gündəmimizdə bir Ermənistan və erməni xalqı faktoru mövcuddur. Düşünürəm ki, bir sıra məsələləri birbaşa mənbədən öyrənsək düzgün olar. Təəssüf olsun ki, bu gün Azərbaycanda o dili bilən insanlar azlıq təşkil edir. Onlar Azərbaycan dilinin bütün detallarını öyrənməyə çalışırlar. Bu baxımdan müəyyən materiallar toplamışam ki, bunun da gələcəkdə şəxsən mənim özümə faydası olacağını düşünürəm".

A.Mirzəzadənin bu açıqlaması elm adamları tərəfindən birmənalı qarşılanmayıb. Məsələyə münasibət bildirən bəzi ziyalılar buna lüzum görməsələr də, onların arasında erməni dilini öyrənməyin vacibliyini düşünənlər də yox deyil. Bu qəbildən olan şəxslər hesab edir ki, düşmənin dilini bilmək ən azından onunla mübarizə aparmaq baxımından vacibdir. Üçüncü qrup ziyalılar isə hesab edir ki, bu gün Azərbaycanda ana dilinin özünün vəziyyəti kifayət qədər acınacaqlıdır. Bu səbəbdən də onlar öncə Azərbaycan dilinin lazımi səviyyədə öyrənilməsi və təbliğini zəruri hesab edir.

"Hürriyyət”qəzetinə açıqlamasında məsələyə münasibət bildirən AMEA-nın Tarix İnstitunun baş elmi işçisi, tarixçi alim Dilavər Əzimli erməni dilinin öyrənilməsinin vacibliyi ilə bağlı millət vəkilinin fikirlərini bölüşdüyünü bildirib. Lakin D.Əzimlinin sözlərinə görə, Azərbaycanda erməni dilinin bilən şəxslərin azlığıvə bu dilin öyrədilməməsi ilə bağlı səslənən fikirlər həqiqətdən uzaqdır:

"Millət vəkili Aydın Mirzəzadənin fikirlərini bölüşürəm. Amma görünür ki, onun Bakı Dövlət Universitetindən xəbəri yoxdur. Neçə illərdir ki, orada tələbələrə erməni və gürcü dili öyrədilir. Orada tələbə var ki, erməni dilini təmiz bilir. Bundan başqa AMEA A.Bakıxanov adına Tarix İnstitutunda da erməni dili öyrədilirdi. Bir neçə əməkdaş bu dildətəmiz danışır. Görünür, millət vəkillərinin başı qarışıq olduğundan buna fikir vermirlər. Həm də Bakı Dövlət Universitetinin rektoru millət vəkilidir. Heç olmasa, ondan soruşaydı”.

D.Əzimlinin bildirdiyinə görə, Tarix İnstitunda ermənişünaslıqla bağlı bir neçə şöbə də fəaliyyət göstərir:

"Azərbaycanda ermənişünaslıqla bağlı Tarixİnstitutunda bir neçə şöbə var. Bunlardan "Soyqırım"la, "Qarabağ"la bağlı şöbələri misal çəkə bilərəm. Son 10 ildə bizim institutda ermənilərlə, onların yalanları ilə bağlı saysız kitab nəşr olunub. Bu günlərdə institutun direktoru, millət vəkili, AMEA müxbir üzvü, Dövlət mükafatılaureatı Yaqub Mahmudlunun "Real tarix" kitabı işıq üz gördü. Bu kitab qədim mənbələrə və bir də qədim erməni mənbələrinə istinadla yazılıb”.

Tarixçi alim Azərbaycan dilinin öyrənilməsi və ona olan qayğının artırılmasının da vacib olduğunu vurğuladı. D.Əzimlinin fikrincə, ingilis, İran və sovet tarixşünaslarının uydurduğu bəzi yalanlar ifşa edilməli, əsl həqiqət ortaya çıxarılmalıdır:

"Sizin sözünüzə qüvvət verirəm ki, bizim dil barədə araşdırmalar dərinləşməlidir. Bu dil çox qədimdir. Məsələn, yazırlar ki, vaxtilə Albaniyada alban dili, arran dili və azəri dili var idi. Tarixdə azəri dili olmayıb. Bu ingilis və İran tarixşünaslığının SSRİ tarixşünaslığı ilə uydurduğudur. Alban və arran isəbizim dilimizdir. Bunu dərindən tədqiq edib ortaya qoymaq lazımdır. Dil həm dəbu xalqın göstəricisidir. O zaman bu xalqın vahid dili olub ki, bir-birləri iləünsiyyət qurub. Bu da qədim türk dilidir ki, indiyə qədər müəyyən dəyişikliklərləbizə qədər gəlib çıxıb”.

Seymur Əliyev

Xəbər 2653 dəfə oxunub






Oxşar xəbərlər

Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb
İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi
Qanunsuz saxlanılan silah-sursat götürülüb
"Çelsi"dən 21 yaşlı oyunçu üçün 55 milyon avro
“Adam baxanda dəhşətə gəlir...”- Dövlət başçısı
Rusiyanın “Spektr-R” kosmik teleskopu ilə rabitə itib
Gömrük Komitəsinin iki vəzifəli şəxsi həbs olunub
Mirşahin QHT rəhbərinin oğlunu tutdurub!
Prezidentdən sabiq nazirlərə ağır ittihamlar – “Piramida yaradılırdı, sahibkarlar incidilirdi…”
ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib
Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır
Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər
Ciddi struktur islahatları olacaq - Prezident anons etdi
Ölkə başçısı ordumuzun "Polonez” və "LORA” raketlərindən danışdı
Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib
“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək - Gəncədə

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14593] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00815] calend [0.00043] topnewsend [0.00318] rsssend [0.00000] ehgend [0.01213] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12077]