Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:48 - 15.11.2019  
Rəsul Quliyevlə Cəmil Həsənli bir-birini “qırır”
Tarix: 14-03-2017, 09:41 | Bölmə: Xəbərlər » Siyasət

Cəmil Həsənli: "Rəsul Quliyev Azərbaycan cəmiyyəti  üçün öz  cazibəsini itirib”; Rəsul Quliyev: "Adamın hələ də dəcəl uşaq təfəkkürü ilə yaşaması dəhşətdir”; Ağasif Şakiroğlu: "Sövdələşmə ilə təyin edilən deputat sən deyilsənmi, Cəmil Həsənli?”

Rəsul Quliyevlə Cəmil Həsənli bir-birini “qırır”
Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli ilə Amerikada mühacirətdə yaşayan sabiq spiker Rəsul Quliyev arasında ciddi qarşıdurma yaşanır. Onlar öz facebook səhifələrində bir-birilərinin ünvanına ağır ittihamlar səsləndirirlər.


Artıq söz savaşı təhqirə belə keçib. Təkcə C.Həsənli və R.Quliyev bir-birini aşağılamır, onların paylaşdıqları statusların altında tərəfdarları liderlərini müdafiə etməklə yanaşı, əks düşərgəni ən ağır formada təhqir edirlər. Hər şey eks-spikerin bir statusu ilə başlayıb...


Həmin statusu təqdim edirik: "Zaqafqaziya adlandırılan 3 respublika 1918-ci il 27-28 mayda müstəqillik alıb. Hər 3-ü müstəqilliyini 1920-21-ci illərdə itirib. Azərbaycan birinci və öz xoşu ilə, heç bir müqavimət göstərmədən, Ermənistan 6 ay 5 minə yaxın əsgəri öldürüləndən, Gürcüstan isə 9 ay 10 min qurban verəndən sonra müstəqilliklərini itiriblər. Hər 3 ölkə eyni rejimdə 70 il yaşayıblar. Müstəqilliklərini geri qaytarmaqda tərs ardıcıllıqla, yəni əvvəl Gürcüstan, ondan bir qədər sonra Ermənistan, Azərbaycan isə sovetlər dağılandan sonra məcburən axırıncı müstəqilliyini elan edib. Gürcüstan və Ermənistan 1991-ci ilin aprelində ”sovet ittifaqının tərkibində qalmaq istəyirsən" referendumunda "biz müstəqilik və sovetləri tanımırıq” deyib və iştirak etməyib. Azərbaycan isə nəinki iştirak edib, hətta 80 faizə yaxın əhali "bəli, qalmaq istəyirik” deyib.


Biz gürcü və erməni kimi olmamağımızla, yəni hökumətə heç bir təsir göstərə bilməməyimizlə fəxr edirik. Millət, nəhayət, anlamalıdır. İstər 1991-ci il referendumu, istərsə də bu günə qədər keçirilən seçkilərin saxtalaşdırılması camaatın birbaşa iştirakı ilə baş tutur. Millət anlamalıdır, saxtalaşdırmaq ancaq hökumətin qorxmadığı, xalqı adam hesab etmədiyi ölkələrdə ola bilər".


Milli Şura sədri sabiq spikerin statusunda Azərbaycan xalqının təhqir olunduğunu qeyd edərək, ona geniş yazı həsr edib: "Rəsul Quliyevin son yüz ildə Zaqafqaziya xalqlarının keçdiyi tarixi yol haqqında bir statusunu oxudum. Qonşu Ermənistan və Gürcüstanla müqayisəli formada yazılmış bu status bütövlükdə Azərbaycan xalqının alçaldılmasını, onun aşağılanmasını özündə ehtiva edir. Əlbəttə, buna əhəmiyyət verməmək də olardı. Çünki dəfələrlə Rəsul Quliyev tarix və reallıqla uyğunlaşmayan mülahizələr söyləsə də, biz buna əhəmiyyət verməmişik. Öz fərdi problemlərini həll etmək, vətənə dönüşünə razılıq almaq üçün bir müddət bu adam gecə-gündüz müxalifətin ünvanına hədyanlar söylədi, arada mənim ünvanıma da təhqiramiz ifadələr səsləndirdi. Doğrusu, əhəmiyyət verməməyə çalışırdım. Həm də, fikirləşdim ki, əgər adam çox böyük zəhmət çəkib 48 dəqiqəlik videomaterial çəkib paylaşıbsa və altı ay ərzində sosial şəbəkələrdə cəmi 94 nəfər bu materiallara baxırsa, onunla mübahisə etməyin nə mənası var.
Əslində Rəsul Quliyev Simferopol məzhəkəsindən sonra Azərbaycan cəmiyyəti üçün öz cazibəsini itirib...


R.Quliyevin "Azərbaycan birinci öz xoşu ilə” müstəqilliyini itirib ifadəsi həmin cümhuriyyət uğrunda canını fəda etmiş minlərlə əsgərin, zabitin, cümhuriyyət sevdalısı olan insanların ruhuna açıqca bir həqarətdir...


Adam 15 ildən artıqdır işsiz-gücsüz Amerikada oturub, tarixi belə kobud şəkildə təhrif etməmək için özünə əziyyət verib iki kitab belə oxumur. Deyək, başqa kitablara əli çatmır, dünyanı özünün cazibəsinə salmış "Əli və Nino” əsərinidəmi oxumamış bu adam? Oxumuş olsaydı, ölkədən çıxmaq imkanları olduğu halda minlərlə vətənsevər gəncin işğalçılara qarşı necə döyüşdüyü, necə fədakarlıqla öz canlarını iki yaşlı cümhuriyyət üçün qurban verdiyini görərdi. Yalnız Gəncədə 1920-ci ilin may ayının sonlarında 10 min adamın həyatı bahasına başa gələn mübarizə müqavimət deyildimi?


İndi Azərbaycana gəlməyə cəsarəti çatmayan və Bakı əvəzinə Simferopolda eniş edən, mübarizə əzminə görə erməniləri və gürcüləri bizə örnək verən Rəsul Quliyevdən soruşmaq lazımdır ki, təkcə bir şəhərdə dirəniş göstərib həyatlarını qurban vermiş 10 min adamın haqqına niyə təcavüz edirsən? Bəs bu adamların apardığı mübarizə mübarizə deyildi? Bunun adını nə qoyasan?


Rəsul Quliyev, sadəcə olaraq, tarixi prosesi öz fikir və mülahizələrinə uyğunlaşdırmaq üçün onu olduğu kimi deyil, baş-ayaq formada təqdim edib. Qırmızı ordu 1920-ci ilin noyabr ayının 29-da bir güllə atmadan belə Ermənistana daxil olub və heç bir müqavimətlə qarşılaşmadan İrəvanı tutub. Devrilmiş daşnak hökumətində müqaviməti təşkil edəcək general Dro Kanayan bolşeviklərlə sazişə girib, yeni sovet hökumətində hərbi komissar postunu tutmuşdu. Həmin vaxt ermənilərin nəinki 6 ay, heç altı dəqiqə müqavimət imkanları yox idi. Nəinki müqavimət imkanları, heç Ermənistan hökuməti yox idi. 1920-ci il noyabrın sonlarında Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşa başda olmaqla, türk qoşunları Gümrüyə yetişmiş, Ermənistan sadəcə diz çökməmiş, iflas etmiş, tabuta qoyulmuşdu.


Tiflis də eyni qaydada bolşeviklərin əlinə keçmişdi. R.Quliyevin bizə nümunə göstərdiyi Gürcüstan hökuməti 1919-cu ilin iyun ayının 16-da imzaladığı saziş əsasında bolşevik işğalına qarşı Azərbaycana kömək etmək əvəzinə Rusiya bolşevikləri ilə gizli əlaqəyə girib müəyyən güzəştlər müqabilində ruslara yardım etdilər. Yəqin ki, R.Quliyev özünün də yaxşı bilmədiyi 1921-ci ilin fevralında Simon Vratsyan başda olmaqla, Ermənistandakı qiyamı, Gürcüstanda 1924-cü ilin avqustunda baş vermiş antisovet üsyanı nəzərdə tutub Azərbaycan xalqını aşağılayır.


R.Quliyev elə danışır ki, sanki içində olduğu milli hökumətin devrilməsində iştirak etməyib. Adam parlamentin sədri ola-ola rəhbərlik etdiyi qurumun səlahiyyətlərinin məhdudlaşdırılmasında iştirak edib. İştirakı ola-ola indi xalqı günahlandırmaq ən azından siyasi yekəxanalıqdır. Amerikada xanənişin olub yüksək materiyadan danışmaq olar. Amma adamdan soruşarlar ki, sən də bu xalqın bir nümayəndəsisən, xalq 20 ildir sənli və sənsiz zəlalətin içindədir. Hansı xidməti göstərdin bu xalqa ki, indi də əvəzini umursan".


R.Quliyev də öz növbəsində şəxsi hesabından C.Həsənliyə sərt cavab verib: "2013-cü il prezident seçkilərində 65 faiz səs topladığını elan edən, tarixdən başı çıxmayan, ancaq özünü professor adlandıran bir şəxs növbəti cızmaqarası ilə xalqı növbəti dəfə çaşdırmağa cəhd edir. Sifarişlə gah 100 minlərlə azərbaycanlını qanına qəltan etmiş M.C.Bağırovun şəninə dastan yazan bu şəxsin cəfəngiyyat deməkdən başqa bir işi yoxdur. ”Mənə xalqın 65 faizi səs veribdir" deyən bir şəxsin özünün mitinqinə min nəfər belə toplaya bilməməsindən rüsvayçı bir hal ola bilərmi? 2013-cü ildən bu günə qədər mən müxalifəti yox, bu hökuməti gücləndirən bu şəxsin rəhbərlik etdiyi Milli Şuranı tənqid etmişəm... Özünü görkəmli ‘’tarixçi’’ adlandıran bu şəxs, əgər elementar analiz apara bilsəydi, tarixin elementar baza qaydalarından xəbəri olsaydı, günahını dərk edərdi. Həyatda heç kimə heç vaxt heç bir xeyri dəyməyən və bundan sonra da dəyməyəcək bu şəxs heç olmazsa ziyan vurmasaydı, xalqı kölələşdirməkdə rol oynamasaydı, onun yazdığı cızma-qaraya cavab verməmək olardı. Yazımda proseslərin mahiyyətini izah etməyə çalışmışam. Bu insanın yazısına bax, 27 may yox, 26 may olub. Bu yaşda adamın hələ də dəcəl uşaq təfəkkürü ilə yaşaması dəhşətdir... Bu adam hansı olmayan biliyini göstərmək istəyir və nə demək istəyir başa düşmək olmur. Azərbaycan parlamenti öz qərarı ilə hakimiyyəti bolşeviklərə verib. Bu elementar məsələni anlamaq üçün professor olmaq lazım deyil... 2005 Simferopol hadisəsini şou adlandıran adamdan nə gözləmək olar? Sadəcə olaraq, bu adam yalandan, şər və böhtandan yoğrulmuş birisidir, xalqa heç olmazsa ömrünün finişində xidmət etmək istəyirsə, susmalıdır".


R.Quliyevin Azərbaycanda rəsmi nümayəndəsi kimi tanınan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da C.Həsənliyə cavab verib: "Kim olduğunuzu unutmusunuzsa, yaddaşınızı təzələyə bilərik.


- 300 mindən çox Azərbaycan xalqının qanına əli batmış Mircəfər Bağırova kitab yazan sən deyilsənmi, Cəmil Həsənli?


- Parlamentdə sövdələşmə ilə təyin edilən deputat sən deyilsənmi, Cəmil Həsənli?


- Korrupsioner Fərhad Əliyevin hüquqlarının müdafiə komitəsinin sədri sən deyildinmi, Cəmil Həsənli?


- 2010-cu ildə deputat seçilməyəcəyin sənə deyiləndə Prezident Aparatında uşaq kimi ağlayan sən deyilsənmi, Cəmil Həsənli?!


Sənin Rəsul Quliyevə dil uzatmağa, söz deməyə mənəvi haqqın çatmır. Yerini bil, həddini aşma, yaşından utan".


Cavanşir ABBASLI

Xəbər 2874 dəfə oxunub






Oxşar xəbərlər

“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.35800] initstartout [0.00025] initstartin [0.00120] calstart [0.01376] calend [0.00053] topnewsend [0.00442] rsssend [0.00000] ehgend [0.00594] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.33121]