Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:11 - 21.07.2018  
Azərbaycan-Avropa İttifaqı müzakirələri başlayacaq
Tarix: 4-03-2017, 10:54 | Bölmə: Xəbərlər » Siyasət

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin əsası 1996-cı il aprelin 22-də imzalanmış və 1999-cu il iyulun 1-də qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Bu saziş çərçivəsində siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadiyyat, qanunvericilik, mədəniyyət və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq nəzərdə tutulub. Sazişin imzalanmasından keçən 20 il ərzində Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı maraq kəsb edən bir çox sahələrdə sıx və faydalı əməkdaşlıq əlaqələri qurub.
Azərbaycan-Avropa İttifaqı müzakirələri başlayacaq
Enerji təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq 2011-ci il yanvarın 13-də Azərbaycan və Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalandıqdan sonra start götürüb. Bu layihə ilə Azərbaycan 2018-ci ildən sonra Avropanı ildə 10 milyard kubmetr, 2030-cu ildən etibarən isə il ərzində 25-30 milyard kubmetr qazla təmin edə biləcək. 

"Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üzrə Məşvərət Şurasının ikinci toplantısı fevralın 29-da Bakı şəhərində keçirilib. Prezident İlham Əliyevin də iştirak etdiyi tədbirə Avropa İttifaqı tərəfindən xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və enerji birliyi üzrə vitse-prezident Maroş Şevçoviç, həmçinin layihənin iştirakçısı olan ölkələrdən enerji nazirləri və digər yüksək səviyyəli qonaqlar da qatılıblar. İclasın sonunda "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə və layihənin Balkan bölgəsinə genişlənməsinə dəstəyi əks etdirən Birgə Bəyannamə imzalanıb.

Azərbaycan 2009-cu ildən həyata keçirilən Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” təşəbbüsündə də iştirak edir. Azərbaycan Avropa İttifaqı ilə sıx iqtisadi-ticarət əlaqələrinə malikdir və Cənubi Qafqazda bu qurumun ən böyük ticarət tərəfdaşıdır. 

Azərbaycan 2015-ci ilin may ayında Riqada keçirilmiş "Şərq Tərəfdaşlığı”na üzv ölkələrin Sammitində Avropa İttifaqına "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş” layihəsini təqdim edib. 

Qeyd edək ki, sözügedən saziş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən Avropa Komissiyasi nın vitse-prezideniti Federika Mogeriniyə təqdim olunub.

Azərbaycanın Avropa Ittifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu qeyd olunaraq, bu sənəd əsasında Azərbaycanla Avropa Ittifaqı arasında əməkdaşlığın strateji müstəvidə inkişafı üçün imkanların yarana biləcəyi vurğulanıb.

Avropa İttifaqı Şurası artıq Azərbaycan ilə Avropa İttifaqı arasında sözügedən saziş layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verib. Yaxın həftələrdən etibarən bu istiqamətdə intensiv danışıqlar başlanılmalıdır.

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində daha çox enerji təhlükəsizliyi sahəisində əməkdaşlıq aktualdır. Bununla belə bu qurumun qonşu ölkələrlə bir sıra strateji inteqrasiya proqramları mövcuddur. Gürcüstan bu istiqamətdə addımlar ataraq bu il martın 28-dən tam qüvvəyə minəcək viza sadələşdirilməsi barədə razılaşma imzalanmasına nail olub. 

Bu günlərdə  Ermənistan prezidenti Serj Sarkisyan da Brüsseldə olub Avropa lidlerləri ilə müəyyən danışıqlar aparıb. Yerevan 2014-cü ildə xəyal qırıqlığına uğratdığı Brüssellə əlaqələri yenidən bərpa etməyə cəhd edir. Bu, xüsusi ilə seçki kampaniyası və cəbhə xəttində gərgin situasiyanın davam etdiyi dövrə təsadüf edir. Ermənistanın cəhdləri Azərbaycanın da bu istiqamətdə ciddi addımlar atmasını diqtə edir.     

Politoloq Elxan Şahinoğlu «Bizim Yol» qəzetinə şərhində deyib ki, Azərbaycan bütün sahələrdə Ermənistandan üstün mövqeyə sahib olmalıdır, çünki bu yol torpaqların işğaldan azad olunmasını şərtləndirir. Politoloqun sözlərinə görə ancaq bir istiqamətdə Ermənistandan geri qala bilərik: «Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramı çəvçivəsində Brüssellə Assosiativ sazişi Gürcüstan, Ukrayna və Moldova imzaladılar, müxtəlif səbəblərdən Azərbaycan və Ermənistan imzalamadılar. Bu ilin başlanğıcında Brüsselə ilk olaraq Azərbaycan prezidenti səfər etdi, bir neçə gün əvvəl isə Ermənistan prezidenti də Avropa İttifaqının paytaxtında görüşlər keçirdi. Rəsmi Bakı danışıqlara başlayaraq Avropa İttifaqı ilə strateji sənədin üzərində işləyəcək. Sənədin bu il imzalanacağı hələ bilinmir.

Bunun qarşılğında rəsmi İrəvan Brüssellə danışıqları başa çatdıraraq tərəfdaşlıq sazişini imzalamağa yaxındır. Ermənistanın bir üstünlüyü də odur ki, Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Bu Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalanmasında başlıca şərtlərdən biridir. Azərbaycan isə Ümumdünya Ticarət Təşkilatının üzvü deyil və nə vaxt üzv olacağı da bəlli deyil, danışıqlarda irəriləyiş yoxdur. İndi Ermənistan Azərbaycandan əvvəl Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi imzalasa bunun ölkəmizə nə xeyri olacaq? Niyə bu qədər geri düşdük?»deyə politoloq vurğulayıb. 
Siyasi icmalçı Qulu Məhərrəmliisə qəzetimizə şərhində ölkə başçısının Brüsselə səfərini xatırladaraq deyir ki, Azərbaycan bütün hallarda Avropa ilə əməkdaşlıq yönündən imtina etməyib, Avropa Birliyi, Avropa Şurası, ATƏT-lə münasibətlərini yüksək səviyyədə davam etdirir. «Hesab edirəm ki, bu, bizim xarici siyasətdə son iki-üç ildə nəzərə çarpan ən parlaq nüansdır” - deyə müsahibimiz bildirib. 

Qulu Məhərrəmli bildirir ki, Azərbaycanın Gürcüstan-Avropa əlaqələri səviyyəsinə çatmağa xeyli vaxt lazımdır. "Aparılan danışıqlardan və imzalanacaq sazişdən çox də vəcdə gəlməyin tərəfdarı deyiləm. Çünki Gürcüstanda bu məsələ bir az fərqlidir. Gürcüstanın həm geopolitik imkanları, həm Qərblə dialoqu daha davamlı və effektlidir. Azərbaycanın bu danışıqlarının effektiv olmasına imkan verməyən amillər çoxdur. Bu amillərin bir qismi subyektiv olaraq Azərbaycanda asılıdırsa, digəri xarici amillərlə bağlıdır. Ona görə də Azərbaycanla Gürcüstanın vəziyyəti müəyyən mənada eyni deyil. 2008-ci ildə Rusiyanın hücumuna, ərazi itkilərinə baxmayaraq, Gürcüstan böyük sıçrayış edə bildi və bu məsələdə daha təkidli, inadkar görünür.  Düşünürəm ki, Azərbaycan Qərblə danışıqlarda həmişə Gürcüstandan bir addım geridə, Ermənistandan isə iki addım öndə olmalıdır. Bu siyasətlə Azərbaycanı Qərb hüdudlarına səmərəli şəkildə aparıb çıxarmaq olar. Həm də bu danışıqlar, proses dalğavari yox, davamlı olmalıdır. Çünki burada Rusiya, İran faktoru və başqa amillər var. Yəni Azərbaycanın müəyyən təhlükələri var. Ona görə də Azərbaycan bu məsələdə hərəkətlərini çox götür-qoy etməli olur. Əlbəttə, bunun içərsində Qərbin də, beynəlxalq təşkilatların də şərtləri var. Gürcüstanla bağlı göz qabağında olan vəziyyət odur ki, orada bu şərtlərə bir çox hallarda əməl edilir. Azərbaycanda isə təəssüf ki, bu şərtlərə heç də həmişə əməl olunmur. Bax, bu kimi problemlər var” - deyə Q.Məhərrəmli bildirdi.

Politoloq Elman Nəsirov isə hesab edir ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın yeni bir səviyyəsini özündə ehtiva edən bir sənədi mzalamaq niyyətini ortaya qoyub. "Bu istiqamətdə hər iki tərəf ciddi səylər göstərir. Hesab edirəm ki, bu sferada atılacaq addım Bakı-Brüssel əlaqələrinin yeni inkişaf səviyyəsini müəyyən edə bilər. Biz Avropa İttifaqı ilə inqilabi deyil, məhz təkamül yolu ilə əlaqələrin inkişafında maraqlıyıq. Bu nöqteyi-nəqərdən, viza rejiminin sadələşdirilməsi, sonradan tam aradan qaldırılması bizim hədəflərimiz sırasındadır.  Avropa İttifaqı ilə ticari-iqtisadi, mədəni, humanitar, enerji və siyasi sahələrdə olan mövcud əlaqələri növbəti mərhələyə keçirmək də əsas hədəflərdən biridir». 

Deputat, Milli Məclisinin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə Sarkisyanın Brüssel səfərini şərh edərkən deyib ki, bu ilk növbədə erməni diaspor təşkilatlarının dəstəyi ilə Avropa ölkələrindən və NATO-dan dəstək almaq üçün edilmiş bir səfərdir: "Sarkisyanın bu addımları onun çox pis strateq siyasətçi olduğunu göstərir. Çünki, Ermənistan bu gün NATO-ya alternativ olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Həmçinin Ermənistan NATO-nun düşmən elan etdiyi Rusiyanın strateji müttəfiqidir. Belə olan halda Rusiyanın rəqibləri ilə əlaqə qurmağa çalışması, iki stulda oturmağa cəhd etməsi Rusiyanın Ermənistana ciddi etimadsızlığına və Dağlıq Qarabağ probleminin həllində bu ölkənin mövqeyinin ciddi şəkildə dəyişməsinə səbəb ola bilər. NATO-nun baş katibinin tərəfləri sülhə çağırması isə yarımçıq diplomatiyadır. Ortada konfilikt yox, bir dövlətin digər dövlətin ərazisini işğal etməsi faktı var. Burada məsələyə ikili yanaşma mövcuddur. NATO baş katibi qəbul etdiyi şəxsin beynəlxalq hüquq normalarını pozduğunun fərqinə varmır. Azərbaycan bu münasibəti yaxşı başa düşür. Bizə görüntü yox, real fəaliyyət, nəticə lazımdır”-deyə deputat vurğulayıb.

İlhamə
Xəbər 1689 dəfə oxunub






Oxşar xəbərlər

Sualtı sivilizasiya? yoxsa yadplanetlilərin bazası? - Su pərilərinin sirri
Adnan Oktarın Azərbaycandakı adamının kimliyi açıqlandı (FOTO)
Rusiyalı politoloq erməniləri hədələdi: “Əgər..”
Tramp Çini məhv etmək istəyir? - Milyardlıq vergi
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Atəşkəs rejimi 82 dəfə pozulub
Hələb Türkiyənin nəzarətinə verilir - iddia...
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır
Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”
Səmra Emin Ağalarovun hədiyyəsinə erotik klip çəkdirdi – VİDEO
Azərbaycan Prezidenti Fransa prezidenti ilə görüşüb - FOTOLAR
Türkiyədən qovulan fahişələr Azərbaycana niyə gəlir? – SƏBƏB
Sabahın hava PROQNOZU!
ŞOK - Putinin öyündüyü silahların sirrini QƏRB ƏLƏ KEÇİRDİ
Ermənilər Plovdivdə at oynadır: kriminal qanunlar…
Azərbaycanda nüfuzlu ziyalı dünyasını dəyişdi
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
Prezident: “Daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə hazır olmalıdırlar”
Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10418] initstartout [0.00015] initstartin [0.00089] calstart [0.00919] calend [0.00042] topnewsend [0.00299] rsssend [0.00000] ehgend [0.00575] tagsstart [0.00073] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08400]