Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:34 - 18.08.2019  
Prezident Mülki Məcəlləni təsdiqlədi-fərman
Tarix: 15-12-2016, 22:06 | Bölmə: Xəbərlər » Sərəncamlar

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Prezident Mülki Məcəlləni təsdiqlədi-fərman

 

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609; 2001, № 10, maddə 640; 2003, № 8, maddə 435, № 10, maddə 552; 2004, № 6, maddə 435; 2005, № 2, maddə 64, № 5, maddə 403; 2006, № 7, maddə 590, № 12, maddə 1034; 2007, № 3, maddə 228, № 6, maddə 606, № 11, maddə 1110, № 12, maddə 1246; 2008, № 6, maddə 493; 2009, № 3, maddə 163, № 5, maddə 324; 2010, № 5, maddə 399, № 7, maddələr 610, 628; 2011, № 8, maddə 751; 2012, № 6, maddə 535; 2014, № 6, maddə 626; 2016, № 9, maddə 1464) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

"3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.4-cü (üçüncü cümlədə), 139-1.1.8-ci və 1076-6.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Məcəllənin 100.2-ci (birinci və ikinci hallarda), 103.2-ci (ikinci cümlədə), 103.5-ci (ikinci cümlədə), 105.4-cü, 246.1-ci, 246.2-ci, 246.3-cü, 379.1.3-cü, 398.1-ci (ikinci cümlədə), 710.2-ci və 1076-6.4.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının və 209.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq dövlət orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.3. həmin Məcəllənin 48.1-ci (birinci cümlədə), 61.2-ci (birinci və ikinci cümlələrdə) və 61.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

3.3.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qurumlarına münasibətdə isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;

3.3.2. kommersiya hüquqi şəxslərinə və publik hüquqi şəxslərə, habelə təhsil müəssisələrinə münasibətdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi;

3.3.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi;

3.4. həmin Məcəllənin 61.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət büdcəsinə məcburi ödənişlər üzrə borclara münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borclara münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

3.5. həmin Məcəllənin 61.10-cu (dördüncü cümlədə), 139.3-cü, 139-1.1.12-ci, 144.2-1-ci, 144.3-cü (ikinci cümlədə), 146.8-ci (birinci cümlədə), 150.1-ci (ikinci cümlədə) və 748-5-ci (daşınmaz əmlaka münasibətdə) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;

3.6. həmin Məcəllənin 139-1.1.1-ci maddəsində nəzərdə tutulmuş icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.7. həmin Məcəllənin 139-1.1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları həyata keçirirlər;

3.8. həmin Məcəllənin 139-1.1.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini şəhər (rayon) icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.9. həmin Məcəllənin 139-1.1.9.1-ci, 139-1.1.9.2-ci (hər iki halda), 139-1.1.10.2-ci, 139-1.1.11-ci və 362.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.10. həmin Məcəllənin 249.3-cü və 997-1.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

3.11. həmin Məcəllənin 609.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

3.12. həmin Məcəllənin 670.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

3.13. həmin Məcəllənin 748-5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini daşınar əmlaka münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə müəyyən edilmiş daşınar əmlakın rəsmi reyestrlərini aparan orqanlar həyata keçirirlər;

3.14. həmin Məcəllənin 1119.2-ci maddəsinin dördüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

3.15. həmin Məcəllənin 1179.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həyata keçirirlər;

3.16. həmin Məcəllədə "maliyyə bazarlarına nəzarət orqanı” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;

3.17. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil olan məlumatlar, o cümlədən daşınmaz dövlət əmlakının istifadəyə və icarəyə verilməsinə, habelə ipoteka ilə yüklü edilməsinə dair əqdlərin qeydiyyatı haqqında məlumatlar daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir;

3.18. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası qeydiyyata alınan ipoteka kağızları barədə məlumatı 3 (üç) iş günü ərzində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir.”.

2. 4-cü hissədə "hüquqi şəxslərə” sözləri "kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinə” sözləri ilə əvəz edilsin.

3. 5.1-ci bənddən "və təhsil müəssisələri” sözləri çıxarılsın.

4. 5.3-cü bəndə "şəxslər” sözündən sonra "və publik hüquqi şəxslər, habelə təhsil müəssisələri” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2017-ci il martın 1-dək, bu Fərmana uyğun olaraq, dövlət reyestrinin müvafiq məlumatlarının və qeydiyyat sənədlərinin onların adlarını və sayını özündə əks etdirən mündəricat əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinə aktla təhvil verilməsini təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2016-cı il.
Xəbər 2451 dəfə oxunub






Oxşar xəbərlər

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT
ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində TƏCRÜBƏDƏ
Peşə təhsilindən və Amil Əlilidən ŞOK ŞİKAYƏT - Peşə təhsili müəssisələrində NƏZARƏTSİZLİK ?
Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT
BDU-nun müəllimi oğlunu işə düzəltmək üçün 50 min rüşvət verib – TƏFƏRRÜAT
Azərbaycandan Türkiyəyə qadın “ixrac edən” şirkətlər
Bank sektorunda təhlükəli qayıdış: Baş bankir nədən narahatdır?
Saxta "jurnalistlər" liseyə hücum çəkdi, direktoru söyüb “xox” gəldilər – Gəncədə KURYOZ OLAY
“Youtube müxalifəti”nin inqilab çağırışlarına Bakı müxalifətindən reaksiya
ABŞ həyəcan təbili çalır: İŞİD “dirilir”...
Qarabağ üçün Ankara-Moskva tandemi
Xoşqədəm Hidayətqızı sələmçi imiş - Məhkəmə QƏRARI
Açıqlama: “Yenidən güclü külək gözlənilir”
İlham Əliyev sərəncam imzaladı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16620] initstartout [0.00013] initstartin [0.00058] calstart [0.00682] calend [0.00040] topnewsend [0.00252] rsssend [0.00000] ehgend [0.04432] tagsstart [0.00041] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11097]