İlham Əliyev icra başçılarına yeni tapşırıq verdi
- 29 noy 2016, 22:07
Prezident İlham Əliyev 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə
təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.5.2-ci
yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və
aşağıdakı məzmunda 3.5.2-1-ci yarımbənd əlavə edilir: "3.5.2-1. müvafiq ərazidə
fəaliyyət göstərən malların istehsalçıları və onların istehsal etdikləri mallar
barədə məlumatların Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21
sentyabr tarixli 2349 nömrəli sərəncamı ilə yaradılmış internet portalında yerləşdirilməsinin
təmin edilməsi istiqamətində təşviqedici tədbirlər həyata keçirir və yenilənərək
aktual saxlanmasına nəzarət edir;”.
Demokratik.Az