Azərbaycanda yeni universitet yaradıldı

  • 09 noy 2016, 10:08

Prezident İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

 

 AzərTac-ın məlumatına görə, sərəncama əsasən, ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti yaradılacaq.

 

Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki:

 

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Bakı Mühəndislik Universitetinin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. Bakı Mühəndislik Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

2.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Oxşar xəbərlər