Radik İsaevə Prezidentin xüsusi olimpiya təqaüdü təyin edilib

  • 01 sen 2016, 23:34

Taekvonduçu Radik İsaevə Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü təyin edilib.

Azərbaycan prezidenti İlham Əliyev taekvonduçu Radik Veleddin İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, bu təqaüd R. İsayevə XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə verilib.
 
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həll tapşırılıb.
Oxşar xəbərlər