Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:03 - 15.11.2019  
Çirkli pullara nəzarət edən qurumu Vergilər Nazirliyinə vermək doğrudurmu?
Tarix: 1-06-2019, 10:17 | Bölmə: Xəbərlər » Sərəncamlar

Maliyyə Monitorinq Xidmətinin (MMX) müstəqilliyi uzun çəkmədi, bir illik fasilədən sonra yenidən başqa qurumun çətiri altına verildi. Halbuki MMX 2018-ci ilə qədər Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində fəaliyyət göstərib və ötən ildən ayrıca quruma çevrilmişdi.

Çirkli pullara nəzarət edən qurumu Vergilər Nazirliyinə vermək doğrudurmu?Prezidentin 30 may 2019-cu il tarixli sərəncamı ilə qurum Vergilər Nazirliyinin strukturu kimi fəaliyyət göstərəcək. Sərəncama əsasən bu addım cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi çərçivəsində atılır.

Bu Sərəncam müzakirədən kənarda qala bilərdi, əgər iki məsələ olmasaydı.

Birincisi, qurum müstəqilliyini itirir.

İkincisi, ana qurum olaraq Vergilər Nazirliyinin seçilməsi nə dərəcədə məqsədəuyğundur?

Birinci məsələ ilə bağlı qeyd edim ki, MMX-nin müstəqil olmasının vacibliyi Eqmont Qrupunun tələbidir. Məlumat üçün bildirim ki, Eqmont Qrupunun əsası 1995-ci ildə bir neçə dövlətin Maliyyə Kəşfiyyat Bölmələri (Financial Intelligence Units) tərəfindən Belçikanın Brüssel şəhərində (Eqmont-Arenberq sarayında) qoyulub və hazırda 158 dövlətin maliyyə monitorinqi orqanları (MMO) Eqmont Qrupunun üzvüdür. Azərbaycan 2011-ci ildən Eqmont Qrupun tamhüquqlu üzvü seçilsə də 2017-ci ildə üzvlükdən çıxarılıb. Səbəb Qrupun əsas tələblərindən birinin pozulması, daha konkret desək, maliyyə kəşfiyyatını həyata keçirən qurumun müstəqil olmaması olub. MMX 2018-ci ildə müstəqil quruma çevrildikdən sonra həmin il MMX yenidən Qrupa üzvlüyə qəbul olunub.

Eqmont Qrup prinsipcə maliyyə kəşfiyyatı qurumlarının digər dövlət qurumlarının nəzdində fəaliyyət göstərməsinə etiraz etmir. Ancaq bir şərtlə – ana qurumla MMO-ların funksiyaları fərqli olsun və məlumatların təhlükəsizliyi ciddi qorunsun. Yəni ana qurumun MMO-ların məlumatlarına çıxışı olmamalıdır, çünki bu halda söhbət digər xarici analoji qurumların MMO-ya ötürdüyü məlumatların icazəsiz üçüncü tərəfə verilməsindən gedir. Hətta Eqmont Qrupun təcrübəsində olub ki, MMO-ların fəaliyyətinə digər dövlət qurumu tərəfindən müdaxilə olunduğu üçün həmin MMO-nun ümumi şəbəkəyə çıxışı dayandırılıb.

İkinci məsələ ilə bağlı isə qeyd etmək lazımdır ki, MMX-nin Vergilər Nazirliyinə verilməsi onun Eqmont Qrupda yenidən qeydiyyata alınması və üzvlərin razılığı tələb olunacaq. Bu isə son illər özünü qeyri-sabit aparan, müxtəif qurumların tərkibinə verilən MMX üçün asan olmayacaq. Digər tərəfdən Qrup MMO-ların müstəqil olmasına önəm verilir. Məsələn, MDB ölkələrində Rusiya, Ukrayna və Qırğızıstanda bu qurum müstəqildir. Ancaq Ermənistan, Tacikistan (Mərkəzi Bank) və Qazaxıstanda (Maliyyə Nazirliyi) başqa qurum tərkibində fəaliyyət göstərir. Qonşu Türkiyədə də MMO Maliyyə Nazirliyinə tabedir. Əlbəttə belə qurumların müstəqilliyi şərtdir. Əgər hansısa quruma tabe edilirsə, bu halda ən yaxşısı Mərkəzi Bank və fiskal yığım funksiyalarını özündə birləşdirən Maliyyə Nazirliyidir.

Azərbaycanda MMO-nun hansısa strukturun tərkibində fəaliyyəti arzuolunan deyil. Çünki yuxarıda qeyd edilən ölkələrdən fərqli olaraq Azərbaycanda Mərkəzi Bank və Maliyyə Nazirliyi maliyyə monitorinqi sahəsində məhdud səlahiyyətə malikdir. Mərkəzi Bankın bank əməliyyatlarına nəzarət imkanları məhdudlaşdırılıb və Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib. Maliyyə Nazirliyi isə fiskal yığım funksiyalarını özündə birləşdirmir. Deməli, Azərbaycan üçün ən ideal variant MMX-nin müstəqil qurum olmasıdır. Çünki Vergilər Nazirliyinin müəyyən fiskal yığım səlahiyyəti olsa da bank sektoruna nəzarət funksiyası yoxdur. Çirkli pulların yuyulması isə vergidən yayınma ilə məhdudlaşmır, bu, daha geniş məhfumdur. Hər bir halda son illər dünyada çirkli pulların yuyulması probleminin aktuallaşması və geniş vüsət alması maliyyə sektoruna nəzarətin artırılmasını zəruri edir və MMO-ların müstəqilləşməsi zərurəti də bundan yaranıb.

Samir Əliyev
Ekspert

Xəbər 1199 dəfə oxunub






Oxşar xəbərlər

Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.53566] initstartout [0.00051] initstartin [0.00116] calstart [0.03917] calend [0.00172] topnewsend [0.00654] rsssend [0.00000] ehgend [0.03981] tagsstart [0.00088] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.44582]