Demokratik TV
Xəbər lenti
Prezident Qusarda yol tikintisinə pul ayırdı
- 17 apr 2019, 22:20
Prezident İlham Əliyev Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılır.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalı, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ölkə başçısı 3 sərəncam imzaladı
Prezident yol tikintisinə 5,6 milyon ayırdı
Ucarda yol tikintisinə 9,7 milyon manat ayrılıb
İlham Əliyevdən 3 milyonluq sərəncam
Prezident 22 yaşayış məntəqəsini birləşdirən yol üçün 7,5 milyon manat ayırıb
Prezident İmişlidə yol tikintisinə 6 milyon ayırdı
Prezident sərəncam verdi - Xaçmaza pul ayrıldı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti