Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:31 - 22.04.2019  
Prezident İlham Əliyev fərman imzaladı
Tarix: 5-02-2019, 08:08 | Bölmə: Xəbərlər » Sərəncamlar

Prezident İlham Əliyev "Ortamüddətli xərclər çərçivəsinin icrasının təmin edilməsi ilə bağlı əlavə tədbirlər və "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Prezident İlham Əliyev fərman imzaladıFərman "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanının tətbiqi ilə əlaqədar nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid işlərinin sistemliliyini təmin etmək və səmərəliliyini artırmaq, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olmaq məqsədilə imzalanıb.

Fərmanda bildirilir ki, son illərdə ölkədə dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra mühüm və genişmiqyaslı islahatlar aparılması, makroiqtisadi sabitliyin gücləndirilməsi, iqtisadi artımın dəstəklənməsi dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artmasına imkan verib.

Ortamüddətli və uzunmüddətli makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin gerçəkləşdirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivəni müəyyən edən büdcə qaydasının normativ hüquqi bazası formalaşdırılıb və onun tətbiqinə başlanılıb.

Həmçinin bu istiqamətdə növbəti büdcə islahatlarının həyata keçirilməsinə başlanılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli fərmanı ilə "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” təsdiq edilib.

Qeyd olunanlarla yanaşı, dövlətin maliyyə resurslarının proqramlara və strateji hədəflərə uyğun icrasının təmin edilməsi, dövlət orqanları üzrə büdcənin həmin orqandan gözlənilən nəticələr əsasında tərtib edilməsi, onların fəaliyyətindən gözlənilən əsas nəticələrin aydın müəyyənləşdirilməsi ortamüddətli xərclər çərçivəsinin tətbiqi ilə bağlı tədbirlərin sürətləndirilməsini zəruri edir.

Ortamüddətli xərc çərçivəsinin tətbiqini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası "Ortamüddətli Xərc Çərçivəsi”nin, o cümlədən "Ortamüddətli Resurs Zərfi”nin və "Milli Xərc Prioritetləri”nin hazırlanması, nəticəyə hədəflənmiş büdcənin təşkili prosesinə keçidin təmin edilməsi məqsədilə aidiyyəti tədbirlər planını (konkret icraçılar və icra müddətləri göstərilməklə) üç ay müddətində təsdiq etməli və həmin tədbirlər planının icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat verməli, büdcə xərclərinin funksional təsnifatının "Təhsil” bölməsi, habelə iqtisadi təsnifatının "Dövlət əsaslı vəsait qoyuluşu” köməkçi bölməsi üzrə dövlət xərclərinin səmərəliliyinin və effektivliyinin təhlilinin aparılmasını təmin etməli, büdcə xərclərinin funksional təsnifatının "Təhsil”, "Kənd təsərrüfatı” və "Ətraf mühitin mühafizəsi” bölmələri üzrə bu fərmanda qeyd olunmuş "Milli Xərc Prioritetləri” ilə əlaqələndirilmiş sektor strateji planlarının və bu planlar əsasında həmin bölmələrin ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin 2021-ci il dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunmasını təmin etməli, 2021-ci il dövlət büdcəsinin tərtibi ilə bağlı nəticələr nəzərə alınmaqla, 2022-ci ilin və növbəti illərin dövlət büdcələri layihələrinin hazırlanması zamanı tətbiq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli fərmanı ilə təsdiq edilmiş "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nda nəzərdə tutulmuş büdcə tərtibi prosesinin və nəticəəsaslı büdcənin formalaşması mexanizminin "Büdcə sistemi haqqında” qanunda müəyyən olunmasını təmin edən müvafiq qanun layihəsini 2021-ci il yanvarın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası bu fərmanda göstərilmiş işlərə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, müxtəlif dövlət orqanlarının və qurumlarının, habelə maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə alt işçi qruplar yarada bilər.

Nazirlər Kabineti mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu fərmana əsasən təsdiq olunacaq tədbirlər planında nəzərdə tutulacaq aidiyyəti tapşırıqların icrasını təmin etməlidirlər.

"Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli fərmanının 2.5-ci bəndində "2020-ci və 2021-ci illərin” sözləri "2021-ci ilin” sözləri ilə əvəz edilib və həmin bəndə "etsin” sözündən sonra "və bu məqsədlə 2019-cu il ərzində müvafiq hazırlıq işlərini həyata keçirsin” sözləri əlavə edilib.

Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Xəbər 845 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycanlı kriminal avtoritet güllələnərək ÖLDÜRÜLDÜ
Suriyada PKK tərkibində yeni erməni terror qrupu yaradılır
Analitik material: Ukraynanın şoumen prezidenti
Araz Əlizadə: "Dallarına şalvar ala bilmirlər, amma it saxlayırlar"
Pərviz Şahbazov: "Neftin qiyməti qənaətbəxşdir"
Sabah Azərbaycanda intensiv yağış yağacaq
Prezident Şri-Lankalı həmkarına başsağlığı verib
İmişli Rayon İHB-yə yeni müavin təyin olunub
Azərbaycan-Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO
AXH-nin parçalanması reallaşır - daha bir ayrılıq toplantısı...
Cəbhədə erməni təxribatları davam edir
“Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ
“Bolton planı” “Lavrov planı”na qarşı - Gərginlik
ABŞ-dan bəzi ölkələrə NOTA: "İran neftini almayın!"
Dünyada 263 milyon marixuana istifadəçisi var
Elinanın çantasına psixotrop tabletkanı KİM və niyə qoyub? – Xalidə Bayramovaya AĞIR suallar? + VİDEO
Vladimir Zelenski “exit poll”un nəticələrini şərh edib
Devrilmiş prezidentin evindən 115 milyon dollar pul çıxdı
Zelenski baş prokuroru vəzifəsindən uzaqlaşdıracaq
Eldar Namazov: “Bu, Azərbaycan üçün növbəti siyasi tələdir”
Paşinyan Azərbaycanı bu səbəbə görə müharibəyə çəkir
“Azərbaycanı boğa bilməyənlər...” – Deputatdan açıqlama
Cavid Qurbanova yeni səlahiyyət verildi
Cahangir Əsgərovun qızının milyonları üzə çıxdı
Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb
Zelenski Poroşenkonu yenəcəksə - cinayət işləri açılacaq
Kamal Kılıçdaroğluna Ankarada belə hücum etdilər - VİDEO
10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək
Azərbaycan XİN Şri-Lankada törədilən terror aktlarını pisləyib
Qarabağlı aviasiya marşalının ən böyük sirri... - FOTOLAR
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İkram Rəhimovun məhkəməsində “Hürriyyət”in adı niyə çəkilib? - ŞOK AÇIQLAMA
"Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiqlənib
Xaricdən avtomobil gətirən şəxslər əlavə ödənişlərə məcbur edilir /FAKTLAR
Generaldan proqnoz: "Rusiya parçalanacaq"
"Yasin Quliyevin ABŞ-da oxumasına dəstək olaq" – Qubad İbadoğlu
Baş nazir elektrik enerjisi ilə bağlı qərara dəyişiklik etdi
Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir
ABŞ-da hücum hazırlayan məktəbli qızlar saxlanılıb
Meksikada zavodda yanğın baş verib
"Bacısına dovşan şəkli göndərib"- qanlı hesablaşma
"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu olub
Xameneyini təhqir edən alimə 13 il həbs cəzası verildi
Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20837] initstartout [0.00015] initstartin [0.00062] calstart [0.00812] calend [0.00048] topnewsend [0.00418] rsssend [0.00000] ehgend [0.02084] tagsstart [0.00057] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.17338]