Ramil Usubov yeni polis rəisi təyin etdi

  • 28 yan 2019, 10:09
 
 
 
 
 
 
 
 
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.
Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov Şəki Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 
Qeyd edək ki, bir müddət əvvəl Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunaraq Xəzər Rayon Polis İdarəsinin rəisi təyin olunub. Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov isə sərəncama götürülmüşdü. 
Oxşar xəbərlər