Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:33 - 15.09.2019  
İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi
Tarix: 12-01-2019, 20:00 | Bölmə: Xəbərlər » Sərəncamlar

İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi"Prezident İlham Əliyevin mütəfəkkir şair İmadəddin Nəsimi haqqında verdiyi hər iki sərəncam, ilk növbədə, müstəqil Azərbaycan dövlətinin görkəmli şəxsiyyətlərə, klassik mədəni ədəbi irsə verdiyi yüksək qiymətin ifadəsidir”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, sərəncamlar həmçinin Nəsimi irsini müstəqillik vaxtında yenidən Azərbaycan xalqına tanıtmağa və dünya ədəbiyyatında tutduğu mövqeyi göstərməyə geniş meydan açır: "Hesab edirəm ki, Nəsiminin sənət ideallarını, həyat çağırışlarını, onun qəhrəmanlıq nümunəsi olan həyatını, məğrurluğunu, şəxsiyyətini yeni nəsillərə müstəqillik gözü ilə nümunə kimi təqdim etmək bizim vəzifələrimiz sırasında dayanan işlərdən olacaq”.

İ.Həbibbəyli bildirib ki, şairin irsinin ölkədə sistemli tədqiqi və təbliği 1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir: "Həmin vaxt Nəsiminin Azərbaycanda heykəli ucaldıldı, ona həsr olunan əsərlər meydana çıxdı, hətta film də çəkildi və bir sıra vacib addımlar atıldı. Bu da Nəsimini dünyaya tanıtmaq baxımından təqdirəlayiq işlər idi. Həmin müddətdən artıq 50 il vaxt keçib. Etiraf edək ki, bu gün Nəsimiyə dair tədqiqat işləri çox deyil, əsərləri, demək olar ki, az nəşr olunur, eləcə də əsərlərinin dünya dillərinə tərcüməsini həll etmək lazımdır. Sərəncam bu istiqamətdə həm akademik qurumların, həm də ali təhsil müəssisələrində olan alimlərin fəaliyyət göstərmələrinə və onlara dəstək olunmasına geniş imkanlar yaradır”.

İnstitut direktoru vurğulayıb ki, artıq Akademiyada Nəsimi ilə əlaqəli bir sıra tədbirlərin, beynəlxalq konfransların keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb: "Əlyazmalar İnstitutunun əməkdaşları arxivlərdən Nəsimiyə aid edilən, ya da onun imzası ilə yazılan bir çox yeni bədii əsərlər, qəzəllər tapıb. Bu əsərlərin dəqiqləşməsinə ehtiyac var və həmin əlyazmaların çap olunması elm ictimaiyyəti üçün əvəzsiz olacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Həmçinin Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının müvafiq sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Xəbər 1604 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye
Misir Mərdanov direktor seçildi
İqor Levitin: "Azərbaycanda idman çox inkişaf edib"
Deputat Rusiyada 6.5 milyon dollara obyekt aldı
Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
Bal yarmarkasına müraciət edən arıçıların seçimi aparılıb
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Netanyahu Soçidə Rusiya prezidenti ilə görüşəcək
İqtidar və müxalifət birgə sənəd imzaladı – Video
"Əxlaq polisi"nin yaradılması nəzərdə tutulmayıb - AÇIQLAMA
İqtidar-müxalifət partiyaları birgə BƏYANAT verdi - MƏTN
Bloqqer Elvin İsayev sərbəst buraxıldı
Şuşa qalasının ən son görüntüləri (FOTO)
Bakıda adam oğurlayan dəstə tutuldu - Video
Arda Turana 2 il həbs cəzası verildi – SƏBƏB
Universitetlərimizin reytinqi yenidən gündəm oldu
"Qarabağı yavaş-yavaş itiririk" - Deputat
Neft bahalaşmağa davam edir
Dilqəm və Şahbaz azad edilə bilər - ÇAĞIRIŞ
“Eldar Mahmudovu Rusiya ifşa etmişdi” - Sərdar Cəlaloğlu
Moskva “B planı”nı işə saldı - Paşinyan üçün son döyüş
Erməni şirkətləri Azərbaycana necə yol tapır? – Gömrükdəki problem
AŞPA məruzəçisi Bakıya səfərini yekunlaşdırıb
Eldar İbrahimova SUAL: “Sən özün hansı tərəfdəsən?”
Sami Yusifdən misilsiz ifa: Nəsimi qəzəli... - Video
"Ayna"dan baxış: "Məmurların sosial mediaya gəlişi tapşırıq yox, ünsiyyət olmalıdır..."
Zakir Qaralov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
“Porsche” Bakının mərkəzində qəza törədib - FOTO
GÖZLƏNİLMƏZ! Putin seçkilərdə geri təpdi
ABŞ-ın Rusiyadakı keçmiş casusu 925 min dollara ev alıb
Türkiyənin tanınmış aktyoru vəfat edib
Əli Həsənov Nəsimidən yazdı - "7 böyük ozandan biri..."
Putin 30 yüksək vəzifəli məmuru işdən çıxardı
Cin çıxarmaq adıyla qətl törədənlər, nəhayət, vəkil tapdı
Mixael Şumaxer Paris xəstəxanasına yerləşdirilib
Azərbaycanı “maşın zibilliyi”nə döndərən səbəblər
Əli Abbasov canını necə qurtardı? – Detallar
Deputatlar: Keçmiş nazirlərə cinayət işi açılmalıdır
Azərbaycanda müəllimlərin dərs yükü norması artırıldı
Azərbaycan Xorvatiya ilə heç-heçə edib
İlham Əliyev Qaxariyanı təbrik etdi
Bu gün Aşuradır
“Mənim müxalifət kimi istədiyim...” - İqbal Ağazadə
Azərbaycan şirkətlərinin Türkiyədə kapitalı nə qədərdir?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.39608] initstartout [0.00021] initstartin [0.00119] calstart [0.01556] calend [0.00095] topnewsend [0.00753] rsssend [0.00000] ehgend [0.01619] tagsstart [0.00092] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.35348]