Beyləqanın icra başçısı vəzifəsindən azad olundu

  • 05 okt 2018, 20:06
Prezident İlham Əliyev sərəncam imzalayıb.
Demokratik.Az-ın xəbərinə görə, dövlət başçısı Vaqif İdris oğlu Abdullayevi Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Qeyd edək ki, Vaqif Abdullayev 10 aprel 2012-ci ildən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı idi.  İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı olub.
Oxşar xəbərlər