Tovuzun icra başçısı da işdən çıxarıldı

  • 07 iyun 2018, 14:46

Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O bu vəzifədə 17.02.2007-ci ildən çalışırdı.  

Demokratik.Az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Onu da bildirək ki, sabiq icra başçısı Baş DYP idarəsinin rəisi General Ramiz Zeynalovun qardaşıdır.

Oxşar xəbərlər