DTX-nın 3 polkovniki GENERAL RÜTBƏSİ aldı

  • 27 mart 2018, 07:44

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayb.

Demokratik.Az-ın məlumatına görə, dünən imzalanan sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraqqərara alıram:

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-mayor ali hərbi rütbəsi

polkovnik Rəşad Firidun oğlu Həmzəyevə

polkovnik İmran Surxay oğlu Tağı-zadəyə

ədliyyə general-mayoru ali hərbi rütbəsi

ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova "

Demokratik.Az

Oxşar xəbərlər